Category: Hadisə

  • Bir ailənin 6 üzvü dəm qazından zəhərləndi – Ölən var

    Naxçıvan şəhərində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.

    Median.Az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsi, ev 12 ünvanında qeydə alınıb.
    Nəticədə Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1994-cü il təvəllüdlü Məsimov Oruc Məhərrəm oğlu həyatını itirib.
    Onun övladları – 2020-ci il təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

  • Gəncədə tövlə yandı, ev quşları tələf oldu

    Gəncədə yanğın olub.

    “Unikal”ın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Belə ki qəsəbə sakininə məxsus evin həyətində yerləşən tövlədə yanğın olub.

    Hadisə yerinə FHN-nin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb. Yanğın zamanı tövlədə olan 50-yə yaxın ev quşları yanaraq tələf olub.

    Yağının yaxınlığındakı tikililərə keçməsinin qarşısı alınıb.Hazırda baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.

  • Bakıda hoteldə 25 yaşlı oğlan öldü

    Bakıda 25 yaşlı kişinin hoteldə meyiti tapılıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən saat 13 radələrində paytaxtın Yasamal rayonu Ə.Haqverdiyev küçəsində yerləşən “Jade” hotelində baş verib.

    Bakı şəhər sakini 2001-ci il təvəllüdlü İbrahim Kərimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Naxçıvanda tələbə qız öldü – FOTO

    Naxçıvan Dövlət Universitetinin tələbəsi Elif Gəray qızı Sadiqli vəfat edib.

    O, universitetin Ekologiya mühəndisliyi ixtisasının birinci kurs tələbəsi olub.

    Onun uzun müddət davam edən xəstəlik səbəbi ilə dünyasını dəyişdiyi bildirilir.

  • Bakıda 10 yaşlı məktəbli qəfil vəfat etdi

    Bakıda 4-cü sinif şagirdi qəfil vəfat edib.

    Median.Az xəbər verir ki, 211 nömrəli məktəbin şagirdi olan Elcan Məmmədovun qripdən dünyasını dəyişdiyi bildirilir.

    Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 12-də saat 06:38-də Yasamal rayonundan çağırış qeydə alınıb.

    “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Briqada tərəfindən 2016-cı il təvəllüdlü azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb”, – deyə məlumatda bildirilir.

  • Bakıda polkovnik vəfat edib – FOTO

    Uzun müddət daxili işlər orqanlarında xidmət etmiş polis polkovniki Mirzə Hacıyev Bakıda dünyasını dəyişib.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə mərhumun nəvəsi bildirib.

    Onun verdiyi bilgiyə əsasən, Mirzə Hacıyev ötən gün günorta saatlarında vəfat edib.

    Xatırladaq ki, M.Hacıyev karyerası ərzində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi rəisinin birinci müavini vəzifəsində çalışıb, bundan əlavə paytaxtın Xətai, Nizami, Səbail və Xəzər rayonlarında polis rəisi kimi fəaliyyət göstərib.

    74 yaşlı sabiq polis rəisi 10 il öncə təqaüdə çıxmışdı.


  • Şəki sakini xəstəxanada öldü

    Şəki şəhər sakini xəstəxanada ölüb.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1961-ci il təvəllüdlü Əli Məmmədov 10 gün əvvəl yaşadığı evin hamamında yıxılıb.

    O, kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb.

    Həkimlərin səylərinə baxmayaraq, o, bu gün xəstəxanada dünyasını dəyişib.

  • Bərdədə qəza oldu – Ölən və yaralanan var

    Bərdədə qəza baş verib.

    “Unikal” xəbər verir ki, Bərdə rayonunun Gərənə kəndi ərazisində hərəkətdə olan “Mercedes” markalı avtomobil “VAZ-2106” markalı avtomobillə toqquşub. Məticədə bir nəfər hadisə yerində ölüb, iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Bərdə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Gürcüstanda azərbaycanlı gənc yol qəzasında öldü

    Ötən gün Gürcüstanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “Unikal” xəbər verir ki, qəza Tbilisi-Rustavi avtomobil magistralında qeydə alınıb.

    Minik avtomobilinin sürücüsü ötmə hərəkətləri edərkən yük maşınına çırpılıb.

    Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər ağır yaralanıb. Ölənlərdən biri Dmanisi bələdiyyəsinin Hamamlı kənd sakini Zaur Əliyevdir.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda 37 yaşlı kişi yanaraq öldü

    Bakıda 37 yaşlı kişi yanaraq ölüb.

    Oxu.Az-ın məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, “Atçılıq” yaşayış massivində baş verib. 1989-cu il təvəllüdlü Əfsun Camal oğlu Xanlarov tək yaşadığı evdə ehtiyatsızlıqdan yanaraq ölüb.

    Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.