Category: Hadisə

  • Ağdaş sakini velosipeddən yıxılaraq ölüb

    Ağdaş rayon sakini velosipeddən yıxılaraq aldığı xəsarətlərdən həyatını itirib.

    Hadisə rayonun Aşağı Ləki kəndində qeydə alınıb.

    Kənd sakini, epilepsiyadan əziyyət çəkdiyi bildirilən 38 yaşlı Ə.Qədirov velosiped sürərkən yıxılıb və ağır xəsarət alıb. Yaxınları Ə.Qədirovu xəstəxanaya apararkən, o, yolda ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Alış-veriş edən 73 yaşlı kişinin ürəyi dayandı – Azərbaycanda

    Mingəçevirdə marketdə alış-veriş edən müştəri dünyasını dəyişib.

    “Unikal”ın məlumatına görə, hadisə 20 Yanvar küçəsində yerləşən “Qədiroğlu” Marketlər şəbəkəsinə məxsus mağazada baş verib. Alış-veriş üçün marketə gələn, 1953-cü il təvəllüdlü Mingəçevir şəhər sakini Mikayıl Məmmədovun qəfil halı pisləşib və o, yerə yıxılıb.

    İlkin müayinə zamanı onun ürək çatışmazlığından hadisə yerində vəfat etdiyi məlum olub. Faktla bağlı araşdırma aparılır.

  • “Qızıl qaya” istirahət mərkəzində yanğın oldu

    İsmayıllı rayonunda istirahət mərkəzində yanğın hadisəsi baş verib. 

    Median.Az Unikal-a istinadən xəbər verir ki, hadisə rayonun Diyallı kənd ərazisində 1962-ci il təvəllüdlü Abasov Malik Hacı oğluna məxsus “Qızıl qaya” istirahət mərkəzində qeydə alınıb.

    Yanğın yerinə İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğın zananı ümumi sahəsi 500 k/m olan hamam otağının 400 k/m tavan hissəsi yanıb, obyektin qalan hissəsi idə yanğından mühafizə olunub.

    Hadisə zamanı xəsarət alan olmayıb.

  • Bir ailənin dörd üzvü dəm qazından zəhərləndi – Sumqayıtda

    Sumqayıt şəhərində bir ailənin dörd üzvü dəm qazından zəhərləniblər.

    Hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.

    Məlumata görə, 1991-ci il təvəllüdlü Əliyev Vüsal Cəmal oğlu, həyat yoldaşı 2001-ci il təvəllüdlü Əliyeva Natəvan Əmin qızı və onların 2022 və 2025-ci il təvəllüdlü azyaşlı övladları yaşadıqları mənzildə dəm qazından zəhərləniblər.

    Zərərçəkənlər dərhal xəstəxanaya yerləşdirilib, onlara tibbi yardım göstərilib.

  • Bakıda kafenin tualetindən meyit tapıldı

    Bakıda fəaliyyət göstərən kafelərdən birinin tualetində kişi cəsədi aşkar edilib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, sözügedən hadisə paytaxtın Nizami rayonu ərazisində, Bəhruz Nuriyev küçəsindəki iaşə obyektlərindən birində baş verib.

    Hadisə yerinə baxış zamanı sanitar qovşaqda Abşeron rayonunda qeydiyyatda olan 51 yaşlı N.Namazovun cansız bədəni tapılıb.

    İlkin ehtimallara əsasən, həmin şəxsin ürək çatışmazlığı səbəbindən həyatını itirdiyi qeyd olunur. Faktla bağlı müvafiq araşdırmalara başlanılıb.

  • Bakıda körpə bacı-qardaş dəm qazından boğularaq öldü

    Bakıda körpə bacı-qardaş dəm qazından boğularaq ölüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayon ərazisində qeydə alınıb.

    Belə ki, 2024-cü il təvəllüdlü Fərxan Fərman oğlu Səfərov və bacısı Kübraxanım yaşadıqları evdə dəm qazından zəhərlənərək həyatlarını itiriblər.

    Faktla bağlı araşdırma aparılır.

  • İsmayıllıda maşın 36 yaşlı piyadanı vurdu

    İsmayıllıda avtomobil piyadanı vurub.

    Hadisə rayonun Xanagah kəndi ərazisində qeydə alınıb.

    Belə ki, fevralın 7-də saat 2 radələrində Zaur Bilalov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 36 yaşlı Cavad Xəlilovu vurub.

    Piyada aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

    DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
    //oxu.az

  • Bakıda kişi yaşadığı evdə faciəli şəkildə öldü

    Bakıda kişi dəm qazından boğularaq ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə dünən Nəsimi rayonunda baş verib.

    Belə ki, Anar Dadaşov yaşadığı mənzilin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Şəmkirdə evdən qadın meyiti tapıldı

    Şəmkirdə evdən meyit tapılıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

    Belə ki, rayon sakini 1961-ci il təvəllüdlü Z.Hacıyevanın meyiti yaşadığı evdə aşkarlanıb.

    Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb ediliblər. Ölümün hansı səbəbdən baş verdiyi məlum deyil.

    Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Masallıda “Mercedes”lər toqquşdu – Ölən var

    Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Masallı şəhərinin Dadva küçəsində qeydə alınıb.
    Belə ki, 1995-ci il təvəllüdlü Vəli Azər oğlu Hətəmzadənin idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən 1947-cı il təvəllüdlü Qardaş Məhərrəm oğlu Fətullayevin idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
    Qəza nəticəsində hər iki sürücü xəsarət alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti ağır olan Q. Fətullayev Masallıda özəl klinikaların birinə yerləşdirilib.
    Aparılan bütün reanimasyon tədbirlərinə baxmayaraq Qardaş Fətullayevin həyatını xilas etmək mümkün olmayıb. O, müalicə aldığı klinikada ölüb. Digər sürücü V. Hətəmzadənin müalicəsi xəstəxanada davam etdirilir.
    Qeyd edək ki, Q. Fətullayev Masallı Ziyalıları İctimai Birliyinin sədri, YAP-ın Masallı Rayon Təşkilatının, rayon Ağsaqqallar şurasının, rayon təhsil işçiləri həmkarlar komitəsinin şura üzvü idi.
    Faktla bağlı araşdırma aparılır.