Category: Hadisə

  • Sumqayıtda dəhşətli yanğın: Evdən kişinin meyiti tapıldı

    Sumqayıt şəhərində evdə yanğın hadisəsi baş verib.

    Oxu.Az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhər ərazisindəki fərdi yaşayış evində qeydə alınıb.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb ediliblər və yanğın söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı evdən 1969-cu il təvəllüdlü Səxavət Hidayət oğlu Səmədovun meyiti aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Zabratda evdə yıxılan qadın öldü

    Paytaxtın Sabunçu rayonunda bədbəxt hadisə baş verib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dünən saat 16 radələrində Bakı şəhər sakini 1961-ci il təvəllüdlü Ş.Paşayeva Zabrat qəsəbəsindəki evdə yıxılıb. Nəticədə o, baş nahiyəsindən aldığı xəsarətdən ölüb.

    Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Bakıda məktəbli qız vəfat etdi – FOTO

    Fevralın 9-da Bakıda məktəbli qız vəfat edib.

    Median.Az xəbər verir ki, Sulutəpə qəsəbə sakini 12 yaşlı Mirvari Vəliyeva dünyasını dəyişib.

    Orta məktəb şagirdi olan Mirvarinin ölüm səbəbi açıqlanmayıb./news24.az

  • Aşıq Tellinin qardaşı iş yerində öldü

    Bakı şəhər Səbail rayonunda yerləşən Atatürk Mərkəzində ölüm hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, dünən saat 16 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən mərkəzdə oranın işçisi, paytaxt sakini 1966-cı il təvəllüdlü Ataxan Sədi oğlu Qurbanov qəfil vəfat edib.

    60 yaşlı şəxsin ürək çatışmazlığından öldüyü bildirilib.

    Qeyd edək ki, vəfat edən şəxs aşıq Telli Borçalı adı ilə tanınan (Telzadə Sədi qızı Qurbanova) sənətçinin qardaşıdır./qafqazinfo

  • Sumqayıtda avtomobil 38 yaşlı qadını vuraraq öldürüb

    Bakı-Quba avtomobil yolunun Sumqayıt ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    Median.Az “Report”a istinadən verir ki, “Volkswagen” markalı avtomobil yolu keçən 38 yaşlı Xədicə Kərimovanı piyadanı vurub.

    Piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb.

    Qeyd edək ki, hadisə zamanı minik avtomobili aşıb.

    Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

  • Binada YANĞIN: sakinlər təxliyə olundu – Video

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

    FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

    Görülmüş operativ tədbirlər sayəsində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

  • Qırmızıda gözləməyən sürücü “cip”i aşırtdı – HADİSƏ ANI

    Bakıda işıqforun qırmızığı işığını gözləməyənsürücü qəzaya səbəb olub.

    Görüntüləri Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.

    Kəsişmədə işıqforun qırmızı işığını gözləməyən minik avtomobili yaşıl işıqda düzünə hərəkət edən digər avtomobilə çırpılıb. Nəticədə digər nəqliyyat vasitəsi zərbənin təsirindən aşıb.

    NİİM bildirib ki, işıqforun siqnallarına riayət etmək “Yol hərəkəti haqqında” Qanunun 60-cı maddəsi ilə məcburidir. İşıqforun qadağanedici işığında keçmək qayda pozuntusu olmaqla yanaşı, nəticəsi xəsarət və ya ölümdür.

  • Qobustanda nənə və nəvə dəm qazından öldü

    Qobustanda bədbəxt hadisə nəticəsində iki nəfər ölüb.

    Hadisə günorta saatlarında Qobustan şəhəri ərazisində baş verib. İlkin məlumata görə, 68 yaşlı Qızbacı Mədətova və onun 13 yaşlı nəvəsi Gülmalı Mədətov hamamda dəm qazından zəhərlənərək həyatlarını itiriblər.

    Hazırda ölümün dəqiq səbəbi və hadisənin təfərrüatları müvafiq qurumlar tərəfindən araşdırılır.

  • Bakıda kollec müəllimi vəfat etdi

    Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllimi Nərgiz Rəcəbova vəfat edib.

    Bu barədə kollec məlumat yayıb.

    Məlumata görə, N.Rəcəbova kollecin terapiya fənn müəllimi olub.

  • Beyləqan xəstəxanasında körpə öldü

    Beyləqan rayonunda qeydə alınan yeni doğulmuş körpənin ölümü faktı ilə əlaqədar müvafiq araşdırmalara başlanılıb.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.

    Beyləqan rayonunun Birinci Şahsevən kəndində yaşayan, 1996-cı il təvəllüdlü Ülviyyə Əliyeva 39 həftəlik hamiləliklə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına qəbul edilib.

    Doğuş prosesinin normal tamamlanmasına rəğmən, dünyaya gələn oğlan uşağı qısa müddət sonra vəfat edib. Hazırda ananın sağlamlıq vəziyyətinin normal olduğu bildirilir.