Category: Hadisə

  • Yevlax sakini özünə vurduğu iynədən öldü

    Yevlax rayon sakini özünə vurduğu iynədən sonra həyatını itirib.

    “Unikal” xəbər verir ki, 1954-cü il təvəllüdlü Zirəddin Quliyev müalicə məqsədilə özünə antibiotik iynəsi vurduqdan sonra vəziyyəti qəfil pisləşib.

    O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Mingəçevirdə çörək zavodunun əməkdaşı iş yerində öldü

    Mingəçevirdə çörək zavodunun əməkdaşı vəfat edib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Samux küçəsində yerləşən çörək zavodunda baş verib.

    1975-ci il təvəllüdlü Rəhman Əhmədov iş yerində qəfil keçinib. İlkin müayinə zamanı onun ürək çatışmazlığından öldüyü məlum olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Gəncədə QƏZA: xəsarət alanlar var

    Gəncədə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

    Hərəkətdə olan VAZ 2107 markalı avtomobil digər minik avtomobili ilə toqquşub.

    Qəza nəticəsində 2003-cü il təvəllüdlü E.Əliyev və 2002-ci il təvəllüdlü T.Zeynalov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

  • Bakıda cərrah vəfat etdi

    Bakıda həkim-cərrah Könül Sultanova vəfat edib.

    O, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 15 saylı şəhər poliklinikasında işləyirdi.

    Mərhum 62 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

  • Bakıda güclü külək hasarı aşırdı, dağıntılar altında qalan kişi öldü

    Bakıda güclü külək nəticəsində ölən şəxsin kimliyi məlum olub.

    Oxu.az-ın məlumatına görə, hadisə fevralın 4-ü saat 15 radələrində paytaxtın Xətai rayonu, Zeytun küçəsində baş verib.

    Güclü külək Zeytun küçəsində yerləşən hasarı uçurub. Hadisə nəticəsində Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Rüfət Qasımov uçqun altında qalaraq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Pambıq ixracı azalıb

    2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycandan 159,5 milyon ABŞ dolları dəyərində pambıq ixrac edilib.

    Valyuta.az xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,6 milyon dollar və ya 9,93% azdır.

    Məlumata görə, 2024-cü ilin yanvar-dekabr aylarında pambıq ixracı 177,1 milyon dollar təşkil edib.

  • Bakıda “BakuBus” minik avtomobili ilə toqquşdu: Sərnişinlərin düşürülüb yönləndirildiyi avtobus da qəzaya düşdü

    Zəfər Parkının yaxınlığında yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    Median.Az Bizim.Media-ya istinadən xəbər verir ki, “BakuBus”un Hövsandan metronun “28 May” stansiyası üzrə hərəkət edən 120 nömrəli marşrut avtobusu ilə minik avtomobili toqquşub.

    Hadisə minik avtomobilinin avtobus zolağına daxil olması nəticəsində baş verib.

    Qəzadan sonra avtobusda olan sərnişinlər düşürülüb və növbəti gələn avtobusa yönləndiriliblər.

    Maraqlısı odur ki, sərnişinlərin mindiyi növbəti 120 nömrəli avtobus da bir qədər hərəkət etdikdən sonra qəza törədib.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

    Xəsarət alan yoxdur.

  • Azərbaycanda halı pisləşən professor qəfil öldü

    Gəncə Dövlət Universitetinin (GDU) Riyazi analiz kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Orucəli Rzayev vəfat edib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, mərhumun səhhəti anidən ağırlaşıb və o dünyasını dəyişib.

    Məlumat üçün bildirək ki, O.Rzayev 1997-2006-cı illərdə Gəncə Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb. 2008- 2012-ci ilə kimi Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının direktoru işləyib, 2012-2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının direktoru olub. 2023-cü ildən GDU-nun Riyazi analiz kafedrasının müdiri vəzifəsində işləyirdi.

    Mərhum 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı, 10 may 2016-cı ildə Elm və Təhsil Nazirliyinin “Qabaqcıl Təhsil işçisi” döş nişanı ilə təltif olunub.

  • Qusarda avtobus aşıb, xəsarət alanlar var

    Qusar şəhərinin girəcəyində sərnişin avtobusu aşıb, xəsarət alanlar var.

    “Report”un Şimal bürosunun məlumatına görə, Qusar şəhərinin giriş hissəsində buzlu yolda hərəkət edən sərnişin avtobusu aşıb.

    Hadisə nəticəsində xəsarət alanlar var.

    Qəza ilə əlaqədar Qusar-Quba avtomobil yolunda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

    Hadisə ilə bağlı araşdırma aparılır.

  • Bakıda atasını öldürməkdə təqsirləndirilən yeniyetmə qız tutulub

    Bakının Nizami rayonu ərazisində qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, fevralın 2-də 1977-ci il təvəllüdlü Rüfət Haşımova Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan qızı tərəfindən xəsarət yetirilməsi nəticəsində növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

    Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.

    Qeyd edək ki, qızın atasını anasını döydüyü üçün bıçaqlandığı iddia olunur.