Category: Hadisə

  • Qusar-Quba yolunda mikroavtobus VAZ-la toqquşub aşdı

    Qusar-Quba yolunda avtomobil qəzası baş verib.

    Bu barədə videogörüntü yayımlanıb.

    İlkin məlumata görə, yolun buz bağlaması səbəbindən idarəetmədən çıxan mikroavtobus və VAZ markalı minik avtomobilləri toqquşub. Nəticədə mikroavtobus aşıb.

    Xəsarət alanların olub-olmaması ilə bağlı məlumat yoxdur.

    Aidiyyəti qurumlara sorğu verilib.
    //oxu.az

  • Bakıda məktəbdə 10-cu sinif şagirdi pəncərədən yıxılıb

    163 nömrəli tam orta ümumtəhsil məktəbinin 10c sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) fevralın 4-ü ehtiyatsızlıq nəticəsində pəncərədən yıxılıb.

    Median.Az xəbər verir ki, bu barədə Baku.ws-in sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verib.

    Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb.

    “Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.

    İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur”, – deyə məlumatda bildirilib.

  • Benzin və dizelin qiymətinin artırılması illik inflyasiyaya nə qədər təsir edib?

    “İlin əvvəlində benzin və dizel yanacağının qiymətinin artırılmasının illik inflyasiyaya birbaşa təsiri 0.31%, dolayı təsiri isə 0.33% səviyyəsində qiymətləndirilir”.

    Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov mətbuat konfransında çıxışı zamanı deyib.

    O bildirib ki, beləliklə, qiymət artımının inflyasiyaya ümumi artırıcı təsiri 0.64% təşkil edir.
    //oxu.az

  • Bakıda 64 yaşlı kişi boğulub öldü

    Bakıda 64 yaşlı kişi dəm qazından boğulub.

    Hadisə fevralın 3-də axşam saatlarında paytaxtın Xətai rayonunda baş verib.

    1962-ci il təvəllüdlü Əlövsət Ələsgərov yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Yaxınları onun meyitini hamamda aşkarlayıblar.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • İmişlidə yanğın zamanı bir nəfər xəsarət alıb

    İmişlidə yanğın olub, bir nəfər xəsarət alıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, ümumi sahəsi 100 kvadratmetr olan köməkçi tikilinin yanar konstruksiyaları və bitişik sahəsi 250 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

    Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb.

    Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Azərbaycanda professor vəfat etdi

    Professor Məsud Məmmədov (Məsud Dövran) vəfat edib.

    Bu barədə onun yaxınları məlumat veriblər.

    Qeyd edək ki, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, Özbəkistan Xalq Maarif əlaçısı Məsud Əliağa oğlu Məmmədov (Məsud Dövran) 1973-cü ildə elm aləminə məlum olmayan “Xələc dili” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

    O, 1994-cü ildən Lənkəran Dövlət Universitetində çalışıb. 300-ə yaxın elmi məqalə, 5 monoqrafiya, 6 şeirlər kitabının müəllifidir.

  • Azərbaycanda polkovnikin meyiti tapıldı

    Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən mənzilində cəzaçəkmə müəssisəsinin sabiq rəisinin meyiti aşkarlanıb.

    1968-ci il təvəllüdlü Nürəli Mahiyəddin oğlu Eyvazovun meyiti qonşuların hüquq-mühafizə orqanlarına müraciətindən sonra müəyyən edilərək aidiyyəti üzrə təhvil verilib.

    Qonşuların müraciətinə səbəb həmin mənzildən kəskin qoxunun gəlməsi olub.

    Mənzilin qapısı açıldıqdan sonra ev sahibi Nürəli Eyvazovun meyiti otaqlardan birində aşkarlanıb. Cəsədin vəziyyətindən onun bir neçə gün əvvəl vəfat etdiyi müəyyən olunub. Bildirilib ki, ailə üzvlərinin bu hadisədən xəbəri olmayıb.

    Mərhumun həmin evdə tək yaşadığı qeyd olunur.

    Qeyd edək ki, Nürəli Eyvazov uzun illər Penitensiar Xidmətdə müxtəlif vəzifələrdə çalışıb. O, təqaüddə olan ədliyyə polkovniki olub. Nürəli Eyvazov əvvəllər 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin, sonuncu dəfə isə Qobustanda yerləşən 4 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində çalışıb. O, bir neçə il əvvəl təqaüdə çıxmışdı.
    //oxu.az

  • Gəncədə kanalizasiya xəttində partlayış: 3 nəfər yaralandı

    Gəncədə kanalizasiya xəttinin təmiri zamanı partlayış olub.

    Şəhər ərazisində kanalizasiya quyusunun üzərində qaynaq işləri aparılan zaman qaynaq qığılcımları kanalizasiya borusuna düşüb və partlayış baş verib. Nəticədə 42 yaşlı A.Zamanov, 58 yaşlı Ə.Paşayev və daha bir nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır./APA

  • Bakıdakı ağır qəzanın görüntüləri yayıldı (VİDEO)

    DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtın Heydər Əliyev prospektində baş vermiş ağır qəzanın görüntülərini yayıb.

    Görüntülərdən yük avtomobilinin qaydaları pozmasının ağır nəticələrə səbəb olduğu məlum olur.

    “Sürət, hərəkətə başlama və manevretmə qaydalarının pozulmasının nəticəsi qəzadır. Son anda qəzadan yayınmaq isə ya olmur, ya da faydasız olur. Sürücülər bilməlidir ki, “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsi sürücüdən hərəkətə başlamazdan əvvəl edilən manevrin təhlükəsiz olmasını və hərəkətin digər iştirakçıları üçün maneə yaradılmamasını tələb edir.

    Sürücülər də yaxşı bilirlər ki, sürətlə nəqliyyat vasitəsini idarə etmək ölüm və xəsarətlə nəticələnə bilər.

    DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə bu halları nəzərə almalarını tövsiyə edir. Əks halda nəticələr ağır və qaçılmaz olacaq”, – deyə NİİM-in müraciətində vurğulanıb.

  • BDU-nun tələbəsi və qardaşı faciəli şəkildə öldü – YENİLƏNİB

    Siyəzən rayonunda baş verən qəzada qardaşı ilə birlikdə ölən qız tələbə imiş.

    Qəzada həlak olan Səma Mirzəyeva Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin III kurs tələbəsi idi.

    Qeyd edək ki, o, “Dövlət və ictimai münasibətlər” ixtisası üzrə təhsil alırmış.

    * * * * *

    Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

    Fevralın 1-i gecə saatlarında “Chevrolet” markalı avtomobil yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində eyni istiqamətdə hərəkətdə olan yük avtomobilinə çırpılıb.

    Qəza nəticəsində avtomobildə olan iki sərnişin – 20 yaşlı Səma Mirzəyeva və onun 24 yaşlı qardaşı Ramal Mirzəyev dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.