Category: Hadisə

  • Gədəbəydə faciə: 12 yaşlı uşaq boğulub öldü

    Gədəbəy rayonunda yeniyetmə oğlan dəm qazından boğulub.

    Hadisə rayonun Arıxdam kəndində baş verib.

    Kənd sakini, 2014-cü il təvəllüdlü S.Bayramov axşam saatlarında evdə dəm qazından boğularaq ölüb.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Sumqayıtda toyda faciə: 49 yaşlı kişi rəqs edərkən öldü

    Sumqayıt şəhərində toy mərasimi zamanı ölüm hadisəsi baş verib.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən “Alinea” restoranında qeydə alınıb.

    Toy məclisində iştirak edən 49 yaşlı Baba Məmmədov rəqs edərkən qəfil halı pisləşib. Ona dərhal ilkin tibbi yardım göstərilsə də, kişinin həyatını xilas etmək mümkün olmayıb. O, hadisə yerində vəfat edib.

    Məlumata görə, əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Bakıda hamilə dəm qazından boğulub öldü

    Bakıda hamilə faciəli şəkildə dünyasını dəyişib.

    Median.Az Bizim.media-ya istinadən xəbər verir ki, Yevlax rayon sakini 21 yaşlı Nuranə Elçinqızı dünən dəm qazından boğularaq həyatını itirib.

    21 yaşlı qadın üç ay imiş Bakı şəhərinə ərə gedib. Hadisə də paytaxtda baş verib.

    Onu da qeyd edək ki, bədbəxt hadisə nəticəsində ölən Nuranə iki aylıq hamilə imiş.

  • Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi vəfat edib

    Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Xarici dillər kafedrasının müəllimi Xoşqədəm Əsəd qızı Hüseynzadə vəfat edib.

    Bu barədə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) məlumat yayıb.

    Qeyd edək ki, Xoşqədəm Hüseynzadə 1989-cu ildən etibarən ADNSU-nun Xarici dillər kafedrasında çalışıb.

  • Ağdamda qadın bıçaqlandı – Əri saxlanıldı

    Ağdamda qadına bıçaq xəsarətləri yetirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mahrızlı kəndi ərazisində qeydə alınıb.

    Kənd sakini Gülzəndə Abbas qızı Salahova bıçaqlanıb. O, Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    İlkin ehtimala görə, qadın əri tərəfindən bıçaqlanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdașlarının keçirdikləri tədbir zamanı cinayət əməlini törədən zərərçəkmişin həyat yoldaşı Ceyhun Salahov saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Universitet müəllimi dünyasını dəyişdi

    Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Xarici dillər kafedrasının müəllimi Hüseynzadə Xoşqədəm Əsəd qızı vəfat edib.

    Bu barədə ADNSU-nun məlumatında deyilir.

    Qeyd edək ki, Hüseynzadə Xoşqədəm Əsəd qızı 1989-cu ildən etibarən ADNSU-nun Xarici dillər kafedrasında çalışmış, uzun illər ərzində pedaqoji fəaliyyəti ilə yanaşı, universitetimizin ictimai həyatında fəal iştirak edib.

  • Gəncədə “Mercedes” yandı

    Gəncə şəhərində ümumi sahəsi 15 m² olan dəmir konstruksiyadan ibarət qarajın içərisində “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.

    Bitişik qarajlar yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Neftçalada balıq ovlamaq istəyən şəxs suya düşərək boğulub

    Neftçalada balıq ovlamaq istəyən şəxs suya düşüb.

    Məmmədov Habil Qabil oğlu Mayak kəndi ərazisində Xəzər dənizində balıq ovu etmək istəyərkən suya düşüb və boğularaq ölüb.

    Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.

  • Bakıda iki nəfərin hamamda meyiti tapıldı

    Bakıda iki nəfərin hamam otağında meyiti tapılıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Nardaran qəsəbə sakini, 1995-ci il təvəllüdlü Rəşid Rasim oğlu Hüseynov hamam otağında dəm qazından zəhərlənərək vəfat edib.

    Nərimanov rayonu, Xətai küçəsi, ev 33, mənzil 12 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Elyar Calal oğlu Muradov hamam otağında qəflətən ölüb.

    Faktlarla bağlı araşdırma aparılır.

  • Qubada ağır qəza: Üç avtomobil toqquşdu

    Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə yanvarın 29-da axşam saatlarında Quba-Qusar yolunda qeydə alınıb.

    İlkin məlumata görə, üç avtomobil toqquşub. Ölən yoxdur. Avtomobillərə ciddi ziyan dəyib.
    //oxu.az