Category: Hadisə

  • Qohumlarına toy mərasimi üçün kömək edib, evinə qayıdan qadının hamamda meyiti tapıldı

    İmişli rayonunda meyit aşkarlanıb.

    Hadisə rayonun Qızılkənd kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini 1987-ci il təvəllüdlü Vüsalə Rəhman qızı Ağalarovanın meyiti yaşadığı evin hamam otağında aşkarlanıb.

    Məlumata görə, qadın ötən gün qohumlarıgildə keçiriləcək toy mərasimi üçün kömək edib. Daha sonra evə gəldikdən sonra, meyiti hamamda aşkar edilib. Hələlik onun ölüm səbəbi dəqiq məlum deyil.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
    //unikal.az

  • Şəhid anası vəfat etdi

    Şəhid Kazımov Etibar Xudavi oğlunun anası Kazımova Elmira Musa qızı vəfat edib.

    “Unikal”ın məlumatına görə, E.Kazımova Goranboy rayonun Safikürd kəndində torpağa tapşırılıb.

  • İmişlidə 39 yaşlı qadın dəm qazından boğularaq ölüb

    İmişlidə 39 yaşlı qadın faciəli şəkildə ölüb.

    Hadisə aprelin 28-də gecə saatlarında rayonun Qızılkənd kəndində baş verib.

    Kənd sakini – 1987-ci il təvəllüdlü Vüsalə Rəhman qızı Ağalarova yaşadığı evin hamamında dəm qazından boğulub. Yaxınları onun meyitini vanna otağında aşkar ediblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda bir yaşlı körpə müayinəyə aparıldığı xəstəxanada öldü

    Bakıda bir yaşlı körpə ölüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Binəqədi rayon ərazisində aprelin 26-da 2025-ci il təvəllüdlü Ağahüseyn Elşən oğlu Əliyev müayinəyə aparıldığı xəstəxanada ölüb.

    Körpənin pnevmoniyadan öldüyü bildirilir.

    Faktla bağlı araşdırmalar aparılır.

  • 70 yaşlı kişi sanatoriyada öldü

    Naftalanda sanatoriyada 70 yaşlı kişinin meyiti aşkarlanıb.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Naftalan şəhərində yerləşən “Möcüzəli” sanatoriyasında qeydə alınıb.

    Meyiti tapılan şəxsin Yardımlı rayon sakini, 1956-cı il təvəllüdlü Z.Rzaquliyevin olduğu məlum olub.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

    İlkin ehtimala görə, sanatoriyaya istirahətə gələn Ş.Rzaquliyev ürək çatışmazlığından dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Cəlilabadda qəza: 13 yaşlı oğlan öldü

    Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb.

    1970-ci il təvəllüdlü Həmid Edison oğlu Yarməmmədov idarə etdiyi VAZ-2104 markalı avtomobillə rayonun Üçtəpə kəndindən Təzəkənd kəndi istiqamətində hərəkətdə olarkən yolu keçən piyada 2013-cü il təvəllüdlü Murad Möhübbət oğlu Zamanovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • İsmayıllıda zavodda ÖLÜM

    İsmayıllıda zavodda ölüm hadisəsi baş verib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə İsmayıllı şəhərinin ərazisində yerləşən “Körpü Bina Tikinti” zavodunda qeydə alınıb.

    Orada işləyən Tovuz rayon sakini, 1967-ci il təvəllüdlü Etibar İslam oğlu Hümmətov iş başında qəfil ölüb.

    Onun ürək çatışmazlığından öldüyü ehtimal edilir.

    Faktla bağlı araşdırma aparılır.

  • 3 ayda 21 piyada ölümü – Kimdir günahkar?

    Hər gün paytaxt Bakı və respublikanın yollarında müxtəlif yol-nəqliyyat hadisələri baş verir. Bu qəzalar əksər hallarda insan itkisi ilə nəticələnir. Rəsmi statistik məlumatlara əsasən, bu ilin ilk üç ayı ərzində paytaxt yollarında qeydə alınan 68 yol-nəqliyyat hadisəsindən 43-ü piyadaların vurulması ilə bağlı olub. Nəticədə 21 piyada həyatını itirib, 24 nəfər isə xəsarət alıb.

    Paytaxtda piyada vurulması hallarının artmasının səbəbləri nədir? Problem daha çox sürücülərdən, yoxsa piyadalardan qaynaqlanır?

    Qaynarinfo-nun suallarını cavablandıran nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, piyada vurulması hallarının çoxalmasının əsas səbəbləri həm sürücülər, həm də piyadaların yol hərəkəti qaydalarına tam əməl etməməsidir.

    Onun sözlərinə görə, sürücülər tərəfindən sürət həddinin aşılması, yol nişanlarına lazımi diqqətin yetirilməməsi bu halları artırır:

    “Eyni zamanda, piyadalar da bəzən yol hərəkəti qaydalarını pozur, yolu düzgün və təhlükəsiz şəkildə keçmirlər. Hətta piyada keçidlərindən istifadə zamanı da müəyyən qaydalara riayət olunmalıdır. Şəhər mühitində sürücülər minimum sürətlə hərəkət etməli və mümkün riskləri əvvəlcədən nəzərə almalıdırlar”.

    Ekspert problemin azaldılması üçün bir sıra təkliflər də irəli sürüb:
     
    “Şəhərdaxili bəzi yollarda sürət həddi aşağı salınmalı, piyada keçidlərinə yaxın ərazilərdə xəbərdaredici nişanlar artırılmalı və sürət azaldılması ilə bağlı əlavə yol nişanları quraşdırılmalıdır. Onun sözlərinə görə, bu tədbirlər həyata keçirilərsə, müsbət nəticə əldə oluna bilər”.

  • Ağdaşda yaşlı kişi çayxanada öldü

    Ağdaşda yaşlı kişi çayxanada ölüb.

    Hadisə Ləki qəsəbəsində baş verib. Çayxanada qəfildən halı pisləşən 1958-ci il təvəllüdlü rayon sakini Rafael Əzizov huşunu itirib. O,xəstəxanaya aparılarkən yolda ölüb.

    Faktla bağlı araşdırma aparılır.
    //unikal.az

  • Bakıda 41 yaşlı qadın faciəli şəkildə öldü

    Bakıda 41 yaşlı qadın altıncı mərtəbədən yıxılaraq ölüb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, 1985-ci il təvəllüdlü Gülər Yamil qızı Zamanova Biləcəri qəsəbəsindəki doqquzmərtəbəli binanın altıncı mərtəbəsində pəncərəni silən zaman ehtiyatsızlıqdan yıxılaraq ölüb.

    Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.