Category: Hadisə

  • Ağdaşda 68 yaşlı kişi kafedə öldü

    Ağdaş rayonunda 68 yaşlı kişi kafedə ölüb.

    Hadisə rayonun Ləki qəsəbəsi ərazisindəki kafedə baş verib.

    Qəsəbə sakini, 1958-ci il təvəllüdlü Rəfael Əzizov kafedə spirtli içki qəbul edəndən sonra qəfil halı pisləşib. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Bakıda məktəbli oğlanı maşın vurub öldürdü

    Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

    Murad Müslüm oğlu Abaszadə idarə etdiyi avtomobillə Yasamal rayonu, Şərifzadə küçəsində hərəkətdə olarkən yolu keçən piyada, 2010-cu il təvəllüdlü Emil Kamil oğlu Əliyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həlak olub.

    Faktla bağlı cinayət işi başlanılıb.
    //oxu.az

  • Şəkidə elektrik cərəyanı vuran 40 yaşlı kişi ölüb

    Şəkidə 40 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Təpəcənnət kəndində baş verib.

    Belə ki, Cəfərabad kənd sakini, 1986-cı il təvəllüdlü Bəxtiyar Makarovu elektrik cərəyanı vurub. O, hadisə yerində həyatını itirib.

    Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

  • “Şəkili Pərviz” həbs olundu

    Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib.
     
    Median.Az bildirir ki, məlumata görə, TikTokda “Şəkili Pərviz” ləqəbi ilə tanınan Alxasov Vahab Vüqar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
     
    1990-cı il təvəllüdlü tiktoker barəsində protokol tərtib edilib və ona qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülərək məhkəməyə göndərilib.
     
    Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə Vahab Alxasov barəsində 30 günlük inzibati həbs qərarı elan edilib.//Unikalı elan edilib.//Unikal

  • Ağcabədidə ağır qəza – 1 ölü, 4 yaralı

    Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Qəza zamanı bir nəfər həyatını itirib, dörd nəfər isə xəsarət alıb.

    Hadisə Laçın rayonundan olan məcburi köçkünlərin yaşadığı Qayğı qəsəbəsində qeydə alınıb.

    Belə ki, Laçın sakini Quliyev Bakir Möhbalı oğlunun idarə etdiyi 41-BE-893 dövlət nömrə nişanlı minik avtomobili Yevlax rayon sakini Bədəlov Azər Bənah oğluna məxsus “KamAz” markalı yük maşını ilə toqquşub.

    Toqquşma nəticəsində “VAZ” markalı avtomobilin sürücüsü B.Quliyev hadisə yerində ölüb. Nəqliyyat vasitəsində olan sərnişinlər – 1980-ci il təvəllüdlü Həsənov Habil Əli oğlu, 2008-ci il təvəllüdlü Həsənov Polad Habil oğlu, 2013-cü il təvəllüdlü Həsənov Murad Habil oğlu və 2014-cü il təvəllüdlü Həsənov Razi Surxay oğlu müxtəlif dərəcəli xəsarətlərlə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Göygöldə 62 yaşlı qadın dəm qazından boğulub

    Göygöl rayonunda qadın dəm qazından boğulub.

    Hadisə aprelin 25-i saat 11 radələrində saatlarında rayonun Bəhrambağı qəsəbəsində baş verib.

    Qəsəbə sakini, 1964-cü il təvəllüdlü İradə Allahverdiyeva evində dəm qazından boğularaq ölüb.

    Məlumata görə, qadın evində tək yaşayırmış. Onun meyiti qonşular tərəfindən aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • 62 yaşlı qadın dəm qazından boğularaq öldü

    Göygöldə zəhərlənmə hadisəsi baş verib.

    “Unikal”ın məlumatına görə, hadisə rayonun Bəhrəmbağı qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini 1964-cü il təvəllüdlü İ.Allahverdiyeva yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

    Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Naxçıvanda “Mercedes” yük maşınına çırpıldı: Xəsarət alanlar var

    Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.Az-ın məlumatına görə, hadisə Naxçıvan-Sədərək yolunun Duzdağ ərazisindən keçən hissəsində qeydə alınıb.

    Yolda hərəkətdə olan “Mercedes” markalı minik avtomobili ilə “Changan” markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Xəyal Vahid oğlu Mustafayev, 1964-cü il təvəllüdlü Möhbalı Rəcəb oğlu Rəcəbov və 2000-ci il təvəllüdlü Miradəm Mirdamət oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Naxçıvanda sərxoş kişi avtomobilini yandırdı

    Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda sərxoş şəxs avtomobilini yandırıb.

    Hadisə bu gün baş verib. Rayon sakini Faid Abbasov sərxoş vəziyyətdə özünə məxsus KIA markalı avtomobilini yandırıb. Hadisə yerinə polis əməkdaşları gəliblər və F.Abbasov saxlanılıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.

  • Salyanda 62 yaşlı balıqçını cərəyan vurdu

    Salyan rayonunda balıq tutan şəxsi elektrik cərəyanı vurub.

    Hadisə aprelin 24-ü saat 15 radələrində rayonun Yenikənd kəndi ərazisində baş verib.

    Kənd sakini, 1964-cü il təvəllüdlü Fuad Nəhmədov balıq tutmaq üçün çayın kənarına gələrək qarmağı suya atmaq istəyib. Bu zaman qarmaq yaxınlıqdan keçən elektrik xəttinə ilişib. Nəticədə F.Nəhmədovu cərəyan vurub.

    O, dərhal xəstəxanaya çatdırılıb və tibbi yardım göstərilib.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az