Category: Hadisə

  • 21 yaşlı oğlan faciəli şəkildə öldü

    Şəmkir rayonunda 21 yaşlı oğlan dəm qazından boğulub.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində baş verib. Kənd sakini, 2005-ci il təvəllüdlü Ruhlan Etibar oğlu Məmmədov yaşadığı evin yataq otağında dəm qazından zəhərlənərək ölüb.

    Yaxınları onun meyitini yataq otağında aşkar ediblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Şahbuzda minik avtomobili qaz xəttinə çırpılıb, 160 abonent qazsız qalıb

    Şahbuzda minik avtomobili qaz xəttinə çırpılıb.

    Hadisə rayonun Sələsuz kəndində qeydə alınıb.

    Belə ki, avtomobil d-100 mm-lik qaz xəttinə çırpılıb, nəticədə qaz xətti yararsız hala düşüb.

    Təhlükəsizlik səbəbilə 160 abonentə təbii qazın verilişi dayandırılıb. Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.

  • Goranboyda iki avtomobil toqquşdu, xəsarət alanlar var

    Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Qəza rayonun Faxralı kəndinin girişində qeydə alınıb. Hərəkətdə olan iki VAZ markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

    Qəza yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
    //unikal.az

  • Bərdə sakini işlədiyi mağazada kimyəvi maddədən zəhərlənərək ölüb

    Bərdədə toksik səbəbdən ölüm hadisəsi baş verib.

    Rayonun Əliyalın kənd sakini, 1998-ci il təvəllüdlü Sabir Mehman oğlu Abbasov işlədiyi mağazada, ilkin ehtimala görə, kimyəvi maddədən zəhərlənərək həyatını itirib.

    Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Gəncədə azyaşlı qıcolmadan öldü

    Gəncədə azyaşlı qız qıcolmadan vəfat edib.

    Dünən 23 radələrində Daşkəsən rayon sakini, 2021-ci il təvəllüdlü Rüqəyya Ellazalıyeva Gəncədəki xəstəxanalardan birinə çatdırılıb.

    Həkimlərin səylərinə baxmayaraq, azyaşlı xəstəxanada vəfat edib.

    Faktla bağlı araşdırmalar aparılır.
    //oxu.az

  • Qubada dəm qazı bir nəfərin həyatına son qoydu

    Quba rayonunda dəm qazından zəhərlənmə olub.

    Oxu.Az xəbər verir ki, hadisə yanvarın 28-də, saat 17:00-da qeydə alınıb.

    Asəf Mirzə oğlu Ələkbərov özünə məxsus fərdi yaşayış evinin hamam otağında çimərkən dəm qazından zəhərlənərək həyatını itirib.

    Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Bakıda kirayədə qalanlar dəm qazından zəhərləndilər – Ölən var

    Bakı şəhəri, Nizami rayonunda iki nəfər dəm qazından zəhərlənib.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, İmran Teymur oğlu Qənbəralıyev və Ramazan Rafiq oğlu Məmiyev kirayədə yaşadıqları mənzildə dəm qazından zəhərləniblər.

    Zəhərlənmə nəticəsində Ramazan Məmiyev vəfat edib, İmran Qənbəralıyev isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Qazaxıstandan Azərbaycana sənədlərini düzəltdirmək üçün gələn gənc faciəli şəkildə öldü

    İmişli sakini bədbəxt hadisənin qurbanı olub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı şəhərində qeydə alınıb.

    Belə ki, 26 yaşlı Ramazan Rafiq oğlu Məmiyev dəm qazından boğularaq həyatını itirib.

    Məlumata görə, mərhum Qazaxıstanda işləyirmiş. O, 10 gün öncə sənədlərini düzəltdirmək üçün Azərbaycana gəlibmiş.

    Faktla bağlı araşdırma aparılır.

  • Şəhid atası Hüseyn Əzizoğlu vəfat edib

    Ağstafa Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Hüseyn Əzizoğlu vəfat edib.

    Bu barədə onun yaxınları məlumat veriblər.

    Qeyd edək ki, aşıq Hüseynin oğlu Şahlar Hüseynov 1994-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub.

  • Sabiq vəzifəli şəxs VƏFAT ETDİ

    Uzun müddət Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışmış Nadir Abıyev vəfat edib.

    Median.Az Publika.az-a istindən xəbər verir ki, onun ölüm səbəbi açıqlanmayıb.

    Qeyd edək ki, Nadir Abıyev Daşkəsən rayonunun sabiq icra başçısı Əhəd Abıyevin qardaşı olub.