Category: Hadisə

  • Şəmkirdə QƏZA: Ata öldü, azyaşlı oğlu xəsarət aldı

    Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, rayonun İrmaşlı kənd sakini 1992-ci il təvəllüdlü Vüsal Rüstəmlinin idarə etdiyi VAZ-2110 və Şiştəpə kənd sakini 1991-ci il təvəllüdlü Orxan Hüseynovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub.

    Nəticədə VAZ-ın sürücüsü ölüb, sərnişini 2020-ci il təvəllüdlü Adəm Rüstəmli xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Şəmkirdə dərədən 56 yaşlı kişinin meyiti tapıldı: Oğlu qətldə şübhəli bilinir

    Şəmkir rayonunda dərədən kişi meyiti tapılıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, onun qətlə yetirildiyi müəyyən edilib.

    Qeyd olunub ki, 1970-ci il təvəllüdlü A.Nəbiyevin başına küt alətlə zərbə endirilib. O, aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

    İlkin məlumata görə, 56 yaşlı kişi oğlu tərəfindən qətlə yetirilib. Hazırda şübhəli şəxsin saxlanılması istiqamətində Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Malayziyada vəfat edən ANAMA əməkdaşının nəşi ölkəmizə gətiriləcək

    Malayziyada vəfat edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşının nəşi Azərbaycana gətiriləcək.

    Bu barədə ANAMA məlumat yayıb.

    Bildirilib ki, yanvarın 25-də Malayziyada vəfat edən ANAMA-nın minaaxtaran it bələdçilərindən biri Orxan Məhərrəmovun nəşinin ölkəmizə gətirilməsi üçün işlərə başlanılıb.

    Qeyd edilib ki, nəşin ölkəmizə gətirilməsi üçün Malayziyadakı səfirliyimizin dəstəyi və sözügedən təlimlərin təşkilatçıları ilə koordinasiyalı şəkildə müvafiq tədbirlər həyata keçirilir.

    Məlumat üçün bildirək ki, Orxan Məhərrəmov səhhətində yaranan kəskin problemlə əlaqədar cari il yanvarın 14-də Kambocada xəstəxanaya yerləşdirilib. O, yanvarın 18-də isə Malayziyadakı ixtisaslaşmış xəstəxanaya təxliyə edilib. Həkimlərin səylərinə baxmayaraq. əməkdaşın həyatını xilas etmək mümkün olmayıb və yanvarın 25-də vəfat edib.

  • Qəbələdə QƏZA: Ölən və yaralanan var

    Qəbələdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Nic qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

    İlkin məlumata görə, idarəetmədən çıxan “Nissan Navara” markalı avtomobil yol kənarına aşıb. Nəticədə bir nəfər ölüb, 26 yaşlı Kənan İlqar oğlu Zakirzadə isə müxtəlif dərəcəli xəsarətlər alıb.

    Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölən şəxsin kimliyi müəyyənləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Samuxda doqquz yaşlı oğlan boğulub öldü

    Samux rayonunda doqquz yaşlı oğlan dəm qazından boğulub.

    Oxu.Az-ın məlumatına görə, hadisə Samux şəhəri, 28 May küçəsində baş verib.

    Həmin ünvanda yaşayan 2017-ci il təvəllüdlü M.Əsgərov hamamda dəm qazından zəhərlənərək ölüb.

    Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Bakıda 75 yaşlı qadın şadlıq sarayında ölüb

    Bakıda 75 yaşlı qadın şadlıq sarayında ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün Binəqədi rayonunda baş verib.

    Məlumata görə, Bakı şəhər sakini 1951-ci il təvəllüdlü Zeynəb Dadayeva İ.Dadaşov küçəsində yerləşən şadlıq sarayında qəflətən ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Goranboyda minik maşını traktora çırpıldı, xəsarət alan var

    Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata əsasən, hərəkətdə olan “KİA” markalı minik avtomobili qoşqulu traktora çırpılıb. Qəzanı görən “Qazel” markalı yük avtomobili isə idarəetməni itirərək əvvəlcə dəmir arakəsməyə, daha sonra yolun kənarına aşıb.

    Qəza nəticəsində “KİA” markalı avtomobilin sürücüsü, Goranboy sakini, 1994-cü il təvəllüdlü R. Gülməmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

  • Salyan sakini dəm qazından boğularaq ölüb

    Salyan sakini dəm qazından boğularaq ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Pambıqkənd kəndində qeydə alınıb.

    Kənd sakini, 1985-ci il təvəllüdlü Ramin Vaqif oğlu Paşayev hamam otağında dəm qazından boğulub. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Ağcabədidə şahmat müəllimi vəfat etdi

    Ağcabədi Şahmat Məktəbinin müəllimi Pərviz Nəcəfov vəfat edib.

    Bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat paylaşıb.

  • Aktrisa Məsumə Babayeva DÜNYASINI DƏYİŞDİ

    Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva dünyasını dəyişib.

    Bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər.

    Qeyd olunub ki, 74 yaşlı M.Babayeva bu dəqiqələrdə vəfat edib.

    Xatırladaq ki, Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə Bakı şəhərində anadan olub.
    //oxu.az