Category: Hadisə

  • Cəlilabadda “Azərpoçt”un maşını ağaca çırpılıb, sürücü xəsarət alıb

    Cəlilabadda sürücü xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

    Qeyd olunub ki, “Azərpoçt”a məxsus nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb, sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Kürdəmirdə ev yanaraq külə döndü

    Kürdəmir rayonunun Carlı kəndində ev yanıb.

    Median.Az report-a istinadən xəbər verir ki, yanğın kənd sakini Rəşid Dadaşova məxsus birmərtəbəli evdə baş verib.

    Hadisə zamanı evin yanar konstruksiyaları yanaraq külə dönüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınaraq söndürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Sumqayıtda 71 yaşlı kişi faciəvi şəkildə öldü

    Sumqayıt şəhərində 71 yaşlı kişi dəm qazından boğulub.

    Oxu.Az-ın məlumatına görə, hadisə yanvarın 28-də gecə saat 2 radələrində şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

    Qəsəbə sakini, 1955-ci il təvəllüdlü Alabaxış Baxşıyev yaşadığı evdə dəm qazından boğularaq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda dördotaqlı ev yanıb

    Bakı şəhərinin Xəzər rayonunda dördotaqlı evdə yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, ümumi sahəsi 140 kvadratmetr olan birmərtəbəli dördotaqlı evin yanar konstruksiyaları və yaxınlıqda sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyündə quraşdırılan 1 ədəd plastikdən ibarət su çəni yanıb.

    Qeyd olunub ki, qonşu ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Bakıda BMW piyadanı vurub öldürdü

    Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə paytaxtın Balaxanı qəsəbəsində qeydə alınıb.

    Qəsəbə sakini Hüseyn Ağayev idarə etdiyi BMW markalı avtomobillə yolu keçən Ələsgər Bağırovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.
    //oxu.az

  • İmişlidə yanan evdən meyit tapıldı – Qadın saxlanıldı

    Yanvarın 26-da İmişli şəhəri ərazisində yerləşən evlərdən birində yanğın hadisəsinin baş verməsi və həmin evdə naməlum kişi meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə “Unikal”ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, ilkin yoxlama zamanı meyitin 1957-ci il təvəllüdlü Sədrəddin Fərəcov olması və onun bədəni üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətin olduğu müəyyən edilib.

    Keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1979-cu il təvəllüdlü Elnarə Cəfərovanın Sədrəddin Fərəcovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. E.Cəfərova iş üzrə şübhəli şəxs qismində tutulub.

    Hazırda istintaq davam edir.

  • Qəbələdə daş karxanasında fəhlə faciəli şəkildə ölüb

    Qəbələdə 47 yaşlı kişi faciəli şəkildə ölüb.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayon ərazisindəki daş karxanasında baş verib.

    Daş karxanasında fəhlə kimi çalışan Səxavət Abdullayev dəzgahın hərəkət hissəsinə düşüb və aldığı xəsarətlərdən xəstəxanada ölüb.

  • Avtobusda vəfat edən həkim generalın qardaşı imiş – FOTO

    Xəbər verdiyimiz kimi, tanınmış uşaq cərrahı Məhyəddin Aydəmirov dünyasını dəyişib.

    “Unikal”ın əldə etdiyi məlumata görə, vəfat edən M.Aydəmirov ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirovun qardaşıdır.

    Qeyd edək ki, mərhum həkim 1993-2023-cü illərdə Sumqayıt Uşaq Xəstəxanasında uşaq cərrahı olaraq çalışıb. O, avtobusda ürəktutmadan həyatını itirib. Ötən gün dəfn olunub.

  • Tanınmış cərrah vəfat etdi

    Tanınmış uşaq cərrahı Məhyəddin Aydəmirov 67 yaşında dünyasını dəyişib.

    Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

    Mərhum uzun müddət Sumqayıt Uşaq Xəstəxanasında uşaq cərrahı kimi işləyib.

  • Qəbələdəki qəzada həlak olan 28 yaşlı Mətinin FOTOSU

    Yanvarın 26-na keçən gecə Qəbələdə “Nissan Navara” markalı avtomobilin qəzaya uğraması səbəbindən ölən 28 yaşlı Mətin İbrahimov şirkət əməkdaşı olub.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxt sakini M.İbrahimov Oğuzun Mollalı kəndində yerləşən balıqartırma şirkətində çalışıb.

    Qeyd edək ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələnin Nic qəsəbəsindən keçən hissəsində baş verib. Hadisə zamanı avtomobildə olan 26 yaşlı Kənan İlqar oğlu Zakirzadə müxtəlif dərəcəli xəsarətlər alıb. Onun da balıqçılıq təsərrüfatında işlədiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.