Category: Hadisə

  • Bakıda “Prado” yandı – Video

    Bakıda “Toyota Prado” markalı avtomobil yanıb.

    Hadisə Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, Salamzadə küçəsi istiqamətində qeydə alınıb.

    Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
    //oxu.az

  • Bakıya qardaşı evinə qonaq gələn şəxs dəm qazından boğularaq ölüb

    Bakıya qardaşı evinə qonaq gələn şəxs dəm qazından boğularaq ölüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində Biləsuvar rayon sakini 1987-ci il təvəllüdlü Yaşar Allahyar oğlu Eyvazov qonaq gəldiyi qardaşının evindəki hamam otağında dəm qazından zəhərlənərək ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Binəqədidə 93 yaşlı kişinin meyiti aşkarlanıb

    Bakı şəhəri, Binəqədi rayonunda 93 yaşlı kişinin meyiti tapılıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, İbrahimpaşa Dadaşov küçəsində Bakı şəhər sakini 1933-cü il təvəllüdlü Ağazəki Məmmədağaoğlunun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda iki bacı dəm qazından boğularaq ölüb

    Bakı şəhəri, Qaradağ rayonunda iki bacı dəm qazından boğularaq ölüb.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, gecə saatlarında Ələt qəsəbə sakini 1951-ci il təvəllüdlü Minəxanım Qəzənfər qızı Məmmədova və bacısı 1955-ci il təvəllüdlü Almaz Abbasovanın yaşadıqları evdən meyitləri tapılıb.

    Onların dəm qazından zəhərlənərək öldükləri bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Mingəçevirdə 44 yaşlı qadın dəm qazından öldü

    Mingəçevirdə 44 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

    “Unikal’ın məlumatına görə, hadisə şəhərin Kürün sağ sahili adlanan hissəsindəki fərdi evlərdən birində baş verib. 44 yaşlı şəhər sakini Arzu Aslanova yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

    Faktla bağlı araşdırma başlanıb.

  • Bakıda 61 yaşlı kişi pilləkəndən yıxılıb öldü

    Bakıda 61 yaşlı kişi yıxılıb ölüb.

    Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi zamanı baş verib.

    Qəsəbə sakini, 1965-ci il təvəllüdlü Asif Babayev tikinti sahəsində fəhlə işləyərkən evin pilləkənindən yıxılıb. Ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən A.Babayev orada ölüb.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Polkovnik-leytenant Sakit Niftiyev vəfat edib

    Polkovnik-leytenant Sakit Niftiyev vəfat edib.

    O, ürək çatışmazlığından dünyasını dəyişib.

    Xatırladaq ki, Sakit Niftiyev I Qarabağ müharibəsinin qazisi olub.

    O, müharibədən sonrakı illərdə orduda xidmət edib. Sonra isə ehtiyata buraxılıb.

  • Ucardakı qəzada ölən müəllimin FOTOsu

    Ucarın Qazıqumlaq kəndi ərazisində “Mercedes” markalı minik maşınının su kanalına aşması nəticəsində Coşqun Məmmədov hadisə yerində həlak olub.

    Median.Az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, 1994-cü il təvəllüdlü C. Məmmədov Ucar rayonu Bərgüşad kənd ümumi orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb.

    32 yaşlı müəllim bu gün dəfn edilib.

    Qəzada həlak olan şəxsin fotolarını təqdim edirik:

  • Avtomobil kanala düşdü – Ölən var

    Ucarda yol qəzası olub.

    Hadisə rayonun Qazıqumlaq kənd yolunda baş verib.

    Belə ki, “Mercedes” markalı minik maşını su kanalına düşüb. Nəticədə, Coşqun Məmmədov hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Sumqayıtda aptekdə yanğın başlayıb

    Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin 36-cı məhəlləsində yerləşən apteklərin birində baş verib.

    Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

    Yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülür.

    Yanğının baş vermə səbəbləri araşdırılır.