Category: Hadisə

  • Qusarda 22 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb

    Qusarda 22 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb.

    Median.Az report-a istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü Əbiyev Fəzail Fariz oğlu yaşadığı İmamqulukənd kəndində yerləşən fərdi yaşayış evində hamam otağında yuyunarkən dəm qazından zəhərlənərək ölüb.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Bakıda DƏHŞƏTLİ HADİSƏ – İki nəfər yanaraq öldü

    Bakının Səbail rayonunda yanğın baş verən evdən iki nəfərin yanmış meyiti tapılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, fərdi yaşayış evinin həyətyanı ərazisində ümumi sahəsi 40 kvadratmetr olan birmərtəbəli, ikiotaqlı evin bir otağının yanar konstruksiyaları 20 kvadratmetr sahədə yanıb.

    Qeyd olunub ki, yanğın yerinin kəşfiyyatı zamanı iki nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

    Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Bakıda 60 yaşlı kişi iynədən şoka düşüb öldü – TƏFƏRRÜAT

    Bakıda iynə vurulan kişi şoka düşərək ölüb.

    Hadisə yanvarın 22-də gecə saatlarında paytaxtın Binəqədi rayonunda baş verib. Rayon sakini,1966-cı il təvəllüdlü Vüqar Məmmədovun səhhətində problem yaranıb. Ailə üzvlərindən biri ona həkim tərəfindən təyin edilməyən antibiotiki inyeksiya yolu ilə yeridib.

    İynədən dərhal sonra halı pisləşən kişi dünyasını dəyişib.

    Faktla bağlı araşdırmalar aparılır.
    //oxu.az

  • Bakı Dəmiryol Vağzalında ölüm

    Bakının mərkəzində orta yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

    Oxu.az-ın məlumatına görə, hadisə yanvarın 22-də axşam saat 20 radələrində paytaxtın Nəsimi rayonu, Bakı Dəmiryol Vağzalının qarşısında baş verib.

    Paytaxt sakini 1978-ci il təvəllüdlü Aydın Məmmədov vağzalın girişində ehtiyatsızlıqdan yıxılıb. O, hadisə yerində dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bu gün yanan evdə ölən qadın 31 il əvvəl metrodakı yanğında xəsarət alıbmış

    “Evə qayıdanda gördüm ki, hər şey yanıb kül olub”.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, bunu Abşeron rayonunun Masazır qəsəbəsində yanğın zamanı həyatını itirən Nigar Eminbəylinin oğlu Danyel İqnatyeviç bildirib:

    “Təxminən saat 15 idi, mən evə qayıtdım. Artıq çox gec idi. Evdən tüstü çıxırdı, hər şey kül olmuşdu. Mən xəstəxanaya getmək üçün evdən çıxmışdım. Anamın travması var idi. O, 31 il öncə metroda baş verən yanğında xəsarət almışdı. Yaddaşını itirmişdi, heç kimi tanımırdı”.

    Qeyd edək ki, Nigar Eminbəyli 1995-ci il oktyabrın 28-də Bakı metrosunda, “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasında baş verən yanğında xəsarət alıb.

  • Gəncədə veteranların binası yandı

    Gəncədə yanğın olub.

    “Unikal”ın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Belə ki sözügedən ərazidə yerləşən Dəmiryolu veteranlarına məxsus binada anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Qısa müddət ərzində alovun qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb. Baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.

  • Sərxoş halda qəza törətdi, ayıq sürücü və qohumu öldü, özü həbs edildi

    İsmayıllı rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır avtoqəza törədən Qəbələ rayon sakini Orxan Rəhimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Oxu.Az-ın məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə O.Rəhimli 3 il sürücülük hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum olunub.

    İttihama görə, hadisə 2024-cü il dekabrın 22-də gecə saatlarında İsmayıllı rayonunda baş verib. Qəbələ rayon sakini Orxan Rəhimli İsmayıllı rayonuna tələbə yoldaşı Tural Allahverdiyevin dəvəti ilə gəlib. O, spirtli içki qəbul etməyən həmkəndlisi Şükür Şükürlünü də sürücü qismində özü ilə gətirib.

    Orxan digər qohumu Səfər Rəşidov və Şükürlə birlikdə İsmayıllı rayonuna gəlib, burada Turalla birlikdə yeyib-içiblər. Orxan spirtli içki qəbul etsə də, geri qayıdarkən təkidlə avtomobilini özü idarə etməyə başlayıb. O, dostu Turalı, qohumu Səfəri və ayıq sürücü kimi gətirdiyi Şükürü avtomobilə əyləşdirərək, Qəbələ rayonu istiqamətində hərəkət edib.

    O.Rəhimlinin sərxoş halda sürdüyü maşın İsmayıllı-Qəbələ yolunun Qurbanəfəndi kəndindən keçən hissəsində idarəetmədən çıxaraq aşıb.

    Nəticədə Şükür Şükürlü və Səfər Rəşidov aldıqları xəsarətlərdən ölüblər.

    Orxan Rəhimli ağır, İsmayıllı sakini Tural isə orta-ağır xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

  • Bakıda gənc oğlan küçədə infarktdan öldü

    Bakıda gənc oğlan küçədə ölüb.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 21-də günorta saatlarında Nizami rayonu, 8-ci kilometr qəsəbəsi ərazisində qeydə alınıb.

    21 yaşlı Yaqub Elnur oğlu Yaqubov küçədə qəfil dünyasını dəyişib.

    Lənkəran şəhər sakini olan Y.Yaqubovun ürək çatışmazlığından öldüyü bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda ağır qəza: Ölən var

    Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

    1994-cü il təvəllüdlü Tural Cəmşid oğlu Şəfizadə idarə etdiyi “Renault Megane” markalı avtomobil ilə paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli Xan Xoyski küçələrinin kəsişməsində əks istiqamətində hərəkətdə olan, 2007-ci il təvəllüdlü Ramal Elnur oğlu Səfərlinin idarə etdiyi “Ihonzda FX32” markalı motosiklet toqquşub. Hadisə nəticəsində R.Səfərli hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Şəkidə yol qəzaları oldu – Xəsarət alanlar var

    Şəkidə Aşağı Küngüt kəndi və şəhər ərazisində yol qəzaları qeydə alınıb.

    Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq çökəkliyə aşıb. Nəticədə “Mercedes”in sürücüsü 26 yaşlı Elmar Musazadə xəsarət alıb.

    Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, şəxsə başın açıq yarası diaqnozu qoyularaq zəruri tibbi xidmətlər göstərilib. Müalicəsi cərrahiyyə şöbəsində davam etdirilir.

    Digər yol-nəqliyyat hadisə şəhərin Sabit Rəhman küçəsində qeydə alınıb. “Nissan” və VAZ-21015 markalı iki minik avtomobilinin toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan “Nissan”ın sürücüsü 71 yaşlı Asif Paşayev Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Pasiyentə başın çoxsaylı açıq yaraları, sol ayağın yerdəyişən sınığı diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən Asif Paşayevin müalicəsi müvafiq şöbədə davam etdirilir.

    Hər iki yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.