Category: Hadisə

  • Naxçıvanda avtomobillə avtobus TOQQUŞDU

    Naxçıvan şəhərində baş verən qəzada üç nəfər xəsarət alıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Naxçıvan şəhərinin Xətai məhəlləsində baş verən qəzada KIA markalı avtomobillə 9 nömrəli şəhərdaxili marşrutun avtobusu toqquşub.

    Qəza zamanı Naxçıvan şəhər sakinləri – 1987-ci il təvəllüdlü Təhminə Qəhrəman qızı Abdullayeva, 1987-ci il təvəllüdlü Lamiyə Rüfət qızı Qafarova və 1981-ci il təvəllüdlü Vəfa Hüseyn qızı Vəliyeva xəsarət alıblar.

    Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdiriliblər.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

    Faktla bağlı araşdırma aparılır.

  • Zaqatalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib

    Zaqatalada qazdan zəhərlənmə faktı qeydə alınıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saat 22:00-da Zaqatala şəhəri Ərəblinski küçəsi, 50 ünvanında baş verib.

    1960-cı il təvəllüdlü Sura Vəliyullah qızı Səmədova, 1994-cü il təvəllüdlü İranə İlham qızı Səmədova, 2020-ci il təvəllüdlü İ.S. və 2024-cü il təvəllüdlü E.S. zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Birinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

    Müayinə zamanı məlum olub ki, bir ailənin dörd üzvü, o cümlədən iki azyaşlı qazdan zəhərlənib. Zəruri tibbi yardım göstərildikdən sonra ana İranə Səmədova və övladlarının vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün evə buraxılıblar.

    Sura Səmədovanın müalicəsi isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakı metrosunda ÖLÜM

    “Bu gün saat 11:30 radələrində “20 Yanvar” stansiyasının palatformasında bir nəfər kişi cinsli sərnişinin halı pisləşib”.

    Bu barədə Metropoliten məlumat yayıb.

    Bildirilib ki, dərhal əraziyə təcili tibbi yardım xidməti çağırılsa da, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

    Hadisə qatarların hərəkət intervalına təsir etməyib, yubanma baş verməyib.

    Allah rəhmət eləsin!

  • Gəncədə 73 yaşlı qadını maşın vurdu

    Gəncədə piyadanın vurulması ilə nəticlənən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, 1953 cü il təvəllüdlü Səmərqənd Cəfərovanı maşın vurub.

    73 yaşlı qadın xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyəti orta-ağırdır

    Faktla bağlı araşdırma başlanılıb.

  • Goranboyda 12 yaşlı uşaq öldü

    Goranboy rayonunda 12 yaşlı uşaq ölüb.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, T.Cəfərzadə yaşadığı evdə vəfat edib.

    Onun hansı səbəbdən öldüyü dəqiq məlum deyil.

    O, 1-ci qrup əlil və yataq xəstəsi olub.

  • Qəzaya düşən Vətən müharibəsi iştirakçısı öldü

    Vətən müharibəsi iştirakçısı vəfat edib.

    “Unikal”ın məlumatına görə, bir neçə gün əvvəl yol qəzasında yaralanan Samir Umarov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

    Mərhum Ağdaş rayonunun Xosrov kəndində torpağa tapşırılıb.

  • Üç gün əvvəl qəzaya düşən şəxs ÖLDÜ

    Şəkidə üç gün əvvəl qəzaya düşən şəxs ölüb.

    Oxu.Az-ın məlumatına görə, yanvarın 13-də rayonun Çayqaraqoyunlu kəndi ərazisində “Opel” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

    Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü, 32 yaşlı Murad Abdurahmanov bu gün günorta saatlarında xəstəxanada vəfat edib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

  • Yük avtomobili ilə motosiklet toqquşdu, Rusiya vətəndaşı öldü

    Bakıda yük avtomobili ilə motosikletin toqquşması nəticəsində bir nəfər ölüb.

    2003-cü il təvəllüdlü, Rusiya Federasiyası vətəndaşı Ələkbərov Emil Elşən oğlu idarə etdiyi “Haojue HJ150-6” markalı motosikletlə Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən 1996-cı il təvəllüdlü Yasanov Əli Allahverdi oğlunun idarə “Hyundai HD-65” markalı yük avtomobili ilə toqquşub.

    Nəticədə motosikletin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

  • Abşeronda 45 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb

    Abşeronda 45 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1981-ci il təvəllüdlü Usubov Elmidar Fikrət oğlu yanvarın 15-də axşam saatlarında “Yeni massiv” adlanan ərazidəki evində qızdırıcı sobadan ayrılan dəm qazından zəhərlənərək ölüb.

    Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

  • Füzulidə iki nəfər avtomobildə dəm qazından boğularaq ölüb

    Füzuli rayonunda iki nəfər avtomobildə dəm qazından boğularaq ölüb.

    Median.Az report-a istinadən xəbər verir ki, rayonun Qarabağ kənd sakinləri – 49 yaşlı Bayram Hətəmov və onun qardaşı oğlu, 28 yaşlı Vüsal Hətəmli avtomobilin mühərrikini işlək vəziyyətdə qoyub yatıblar.

    Nəticədə avtomovilin istiliyi zamanı yaranan dəm qazı onların ölümünə səbəb olub.

    Faktla bağlı araşdırma başlanıb.