Category: Hadisə

  • Füzulidə əmi və qardaşı oğlunun FACİƏLİ ÖLÜMÜ: Maşından meyitləri tapıldı

    Füzuli rayonunda avtomobildə yatan əmi və qardaşı oğlu dəm qazından boğularaq ölüblər.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, yanvarın 15-i Qarabağ kəndində avtomobili işlək vəziyyətdə saxlayıb yatan 1977-ci il təvəllüdlü Bayram Cavan oğlu Hətəmov və onun 1998-ci il təvəllüdlü qardaşı oğlu Vüsal Natiq oğlu Hətəmli avtomobilin qızdırıcı sistemində yaranan karbonmonoksid qazından (dəm qazı) boğulublar.

    Nəticədə onlar hadisə yerində ölüblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda 25 yaşlı gəncin hamamda MEYİTİ TAPILDI

    Bakıda 25 yaşlı kişi dəm qazından boğulub.

    Oxu.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, ev 60-da baş verib. Həmin ünvanda yaşayan 2001-ci il təvəllüdlü Rüstəm Şabanlı oğlu İsmayılov hamamda çimərkən dəm qazından zəhərlənərək ölüb.

    Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Bakıda tələbə qız ÖLDÜ

    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollecin tələbəsi vəfat edib.

    Kollecin inklüziv təhsil ixtisasının III kurs tələbəsi Rasimə Əsədova dünyasını dəyişib.

    Onun uzun sürən xəstəlikdən sonra öldüyü bildirilir.

  • Gəncədə 35 yaşlı kişi dəm qazından boğuldu

    Gəncə şəhərində 35 yaşlı kişi dəm qazından boğulub.

    Oxu.Az-ın məlumatına görə, hadisə ötən gecə şəhər ərazisində qeydə alınıb. Daşkəsən rayon sakini, 1991-ci il təvəllüdlü Mahir Ələsgərov yaşadığı evin hamamında dəm qazından zəhərlənib. M.Ələsgərov xəstəxanaya çatdırılsa da, orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Abşeronda biryaşlı uşaq ölüb

    Abşeron rayonunda biryaşlı oğlan uşağı ölüb.

    Oxu.Az-ın məlumatına görə, hadisə yanvarın 14-də Abşeron Gənclər şəhərciyində qeydə alınıb. 2025-ci il təvəllüdlü A.Osmanzadə yaşadığı evdə həyatını itirib. İlkin ehtimala görə, uşaq xəstə doğulubmuş.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Bakı-Sumqayıt yolunda beş avtomobil toqquşdu: Xəsarət alanlar var

    Bakı-Sumqayıt yolunda beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə magistralın Xırdalan şəhərindən keçən hissəsində qeydə alınıb.

    Məlumata görə, qəza zamanı xəsarət alanların olduğu bildirilir.

    Hadisə yerinə dərhal polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunublar.

    Faktla bağlı araşdırma aparılır, qəzanın dəqiq başvermə səbəbləri müəyyənləşdirilir.

  • Sumqayıtda kişi qonaq olduğu evdə öldü

    Sumqayıta qonaq gələn kişi ölüb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində qeydə alınıb.

    74 yaşlı qəsəbə sakininin evinə qonaq gələn Neftçala rayon sakini 64 yaşlı Rahil Fazil oğlu Axundov qəfil ölüb. Onun hansı səbəblə öldüyü bilinmir.

    Faktla bağlı araşdırma aparılır.

  • Cəlilabadda avtomobil piyadanı vurdu

    Cəlilabad rayonunda piyadanı avtomobil vurub.

    Hadisə rayonun Bədirli kəndində qeydə alınıb.

    Belə ki, Babaxanlı kənd sakini, Zeynalov Ziyatay Uruf oğlu idarə etdiyi avtomobillə Bədirli kənd sakini, Əliyev Xudu Abdulla oğlunu vurub.

    Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.
    //unikal.az

  • Azərbaycanlı qız Gürcüstanda öldü

    Bir ay əvvəl Gürcüstanda ağır yol qəzası keçirən və xəstəxanada müalicə olunan azərbaycanlı qız vəfat edib.
     
    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Marneuli bələdiyyəsinin Keşəli kənd sakini Asimət Kərimova xəstəxanada həyatını itirib.
     
    Qeyd edək ki, A.Kərimova yaşadığı Marneuli rayonunda baş vermiş qəzada ağır yaralanmışdı.

  • Şəkidə körpə ölümünün təfərrüatı məlum olub: Rusiyadan toya gəliblərmiş

    Şəki rayonunda baş verən körpə ölümü hadisəsinin təfərrüatı məlum olub.

    Median.Az Bizim.media-ya istinadən xəbər verir ki, körpənin ailəsi Rusiya Federasiyasında yaşayırmış və onlar doğma kəndlərində keçiriləcək toy mərasimində iştirak etmək üçün Azərbaycana gəliblər.

    Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən rəsmi məlumata əsasən, 2025-ci il təvəllüdlü qız uşağı əvvəlcə saat 23 radələrində ailə üzvləri tərəfindən Qax RMX-yə çatdırılıb. Tibb işçiləri körpənin vəziyyətinin ağır olduğunu qeyd ediblər.

    Həkimlərin müayinəsi zamanı aşkar edilib ki, körpədə həyat əlamətləri artıq yoxdur, bəbəkləri genişlənib, ətraf mühit və xarici təsirlərə reaksiya vermir, dodaqları isə sianozu (göyərməni) əks etdirir.

    Tibb heyəti körpənin bioloji ölüm faktını təsdiqləsə də, ailə üzvləri saat 23:40-da Qax RMX-ni tərk ediblər.

    Daha sonra körpəni gecə saat 00:20-də Şəki RMX-nin Təcili tibbi yardım şöbəsinə aparıblar. Burada da həkimlər körpənin artıq həyatda olmadığını təsdiq ediblər.

    Hazırda hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

    Qeyd edək ki, Şəki rayonunda 2025-ci il təvəllüdlü Aişə Qoşqar qızı Zəkəriyayeva vəfat edib.