Category: Hadisə

  • Qobustanda 13 yaşlı qız dəm qazından zəhərlənib

    Qobustan rayonunda 13 yaşlı qız dəm qazından zəhərlənib.

    Oxu.Az-ın məlumatına görə, rayon sakini, 2013-cü il təvəllüdlü M.Maxsudova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra onun vəziyyəti normallaşıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ötən il Azərbaycanda avtoqəzalarda 689 nəfər ölüb – Rəsmi

    2025-ci ildə ölkə ərazisində 1 252 yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hərəkətin təhlükəsizliyinin təbliği şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev məlumat verib.

    Onun sözlərinə görə, bu hadisələr nəticəsində 689 nəfər ölüb.

    Qeyd edək ki, 2024-cü ildə yol-nəqliyyat hadisələrinin sayı 1 427, ölənlərin sayı isə 764 nəfər olmuşdu.

  • Sumqayıtda zavodda partlayış – Xəsarət alan var

    Sumqayıt şəhərində zavodda partlayış baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodların birində qeydə alınıb.

    Belə ki, Sumqayıt sakini 1994-cü il təvəllüdlü Elməddin Səxavət oğlu Qurbanov operator işlədiyi zavodda borunun partlaması nəticəsində termiki yanıq xəsarətləri alıb.

    Yaralı dərhal xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Binəqədi rayonunda “Opel” YANDI

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

    Bu barədə FHN məlumat yayıb.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin tərəfindən “Opel” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

    Hadisə zamanı xəsarət alan olmayıb.

    Yaxınlıqda yerləşən obyekt və yaşıllıq sahə yanğından mühafizə olunub.

  • 38 yaşlı kişi spirtli içkidən zəhərlənərək ölüb

    Bakıda 38 yaşlı kişi zəhərlənərək ölüb.

    Hadisə Xəzər rayonunda qeydə alınıb.

    Belə ki, Buzovna qəsəbə sakini, 1988-ci il təvəllüdlü Rəşad İsmayılov yanvarın 7-də yaşadığı evdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək olmayıb.

    R.İsmayılovun spirtli içkidən zəhərləndiyi iddia olunur.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Sumqayıtda dəm qazı CAN ALDI

    Sumqayıtda 23 yaşlı oğlan dəm qazının qurbanı olub.

    Hadisə Ceyranbatan bağları ərazisində qeydə alınıb.

    Belə ki, 2003-cü il təvəllüdlü Musa Nazim oğlu Məmişov yaşadığı evdə dəm qazından zəhərlənərək həyatını itirib.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Füzuli-Horadiz ərazisində güclü yanğın: Tüstüdən zəhərlənən var

    Füzuli-Horadiz ərazisində baş verən yanğında bir nəfər tüstüdən zəhərlənib.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

    Qeyd olunub ki, yanvarın 8-də 01:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Füzuli-Horadiz ərazisində yanğın baş verməsi səbəbilə çağırış daxil olub:

    “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası bir nəfərə (kişi) zəruri tibbi xidmət göstərib, tüstüdən zəhərlənmə diaqnozu ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub”.

  • Şagird dəm qazından boğulub öldü – Anasının vəziyyəti ağırdır

    Yanvarın 5-i Saray qəsəbəsində ana və oğul dəm qazından boğulub.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, Saraydakı H.Axundov adına 3 saylı məktəbin şagirdi Dadaşzadə Tahir Tamerlan oğlu dəm qazından boğlaraq ölüb.

    Anasının isə hazırda ağır vəziyyətdə olduğu və oğlunun vəfatından xəbər tutmadığı qeyd edilib.

  • Bakı metrosunda faciə: Sərnişin stansiya yoluna düşdü, həlak oldu

    İlkin məlumata əsasən, 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb.

    Qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib.

    Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

    Allah rəhmət eləsin!

  • Xırdalanda 12-ci mərtəbədən yıxılan qadın öldü

    Abşeron rayonu Xırdalan şəhərində faciəvi hadisə baş verib.

    Dünən saat 12 radələrində şəhərin Rəsulzadə küçəsi bina 6-da qadın 12-ci mərtəbədən yıxılıb. O, hadisə yerində həlak olub.

    Ölən şəxsin həmin binada yaşayan Masallı rayon sakini 1986-cı il təvəllüdlü Könül Əlibəyli olduğu müəyyənləşib.

    Faktla bağlı araşdırma aparılır.