Category: Hadisə

  • Naxçıvanda avtomobillər toqquşdu: Dörd nəfər xəsarət aldı

    Naxçıvan şəhərində baş verən avtomobil qəzasında dörd nəfər xəsarət alıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Əziz Əliyev prospektində qeydə alınıb.

    Məlumata görə, “Hyundai” və “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində Süleyman Bəylərov, İlkin Məmiyev, Ceyhun Talıbov, Səməd Bilalov xəsarət alıb.

    Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta ağırdır.

    Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər, fakt araşdırılır.

  • Bakıda tikintidə FACİƏ – Ölən var

    Bakıda tikintidə ölüm hadisəsi baş verib.

    Oxu.az-ın məlumatına görə, hadisə yanvarın 12-də saat 12 radələrində paytaxtın Nizami rayonu, 8-ci kilometr qəsəbəsində qeydə alınıb.

    Həmin ünvanda aparılan tikintidə usta işləyən, 1986-cı il təvəllüdlü Əsgər Bəhruz oğlu Əsgərxanov binadan yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Doğum gününü qeyd etdikdən beş gün sonra körpə faciəli şəkildə öldü

    Şəki rayonunda ölüm hadisəsi baş verib.

    Median.Az “Bizim.Media”ya istinadən xəbər verir ki, hadisə rayonun Biləcik kəndində qeydə alınıb.

    Belə ki, 2025-ci il təvəllüdlü Aişə Qoşqar qızı Zəkəriyayeva evdə olarkən birdən-birə halı pisləşib. Ailə üzvləri körpəni Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırmağa çalışıblar. Bütün səylərə baxmayaraq, Aişə yolda vəfat edib.

    İlkin tibbi müayinələr və ailənin verdiyi məlumata görə, körpənin epilepsiya tutması keçirdiyi ehtimal olunur.

    Qeyd edək ki, beş gün əvvəl mərhumun bir yaşı tamam olub.

  • Abşeronda zəncirvari QƏZA: Yaralananlar var

    Abşeron rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə Bakı-Quba magistral yolunda qeydə alınıb.

    Belə ki, “Opel”, KIA və BYD markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb.

    Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Lənkəranda ev yandı

    Lənkəranda ikimərtəbəli evdə yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, hadisə rayonun Cil kəndində qeydə alınıb.

    “Ümumi sahəsi 480 m² (hər mərtəbəsi 240 m²) olan ikimərtəbəli beşotaqlı evin yanar konstruksiyaları yanıb.

    Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə məlumatda qeyd olunub.

  • Bakıda 66 yaşlı kişi dəm qazından boğulub öldü

    Bakıda kişi dəm qazından boğulararaq ölüb.

    1960-cı il təvəllüdlü, Lökbatan qəsəbə sakini Seyfullayev Seyfula İsmayıl oğlu yaşadığı mənzilin hamam otağında çimərkən dəm qazından boğularaq ölüb.

    Fakt üzrə Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.

  • Azərbaycanda peşə məktəbinin həyətində tələbənin meyiti tapıldı

    Gəncədə yeniyetmənin meyiti tapılıb.

    Hadisə şəhərdə yerləşən peşə məktəblərinin birinin həyətində qeydə alınıb. Bu gün səhər saatlarında peşə məktəbinin həyətində 2008-ci il təvəllüdlü R.Bayramovun meyiti aşkarlanıb. Onun peşə məktəbinin tələbəsi olduğu bildirilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. İlkin məlumata görə, 18 yaşlı gənc ürək tutmasından vəfat edib.
    Faktla bağlı araşdırma aparılır.
     
    ///APA

  • Bakıda moped və motosiklet oğruları saxlanıldı

    Paytaxt ərazisində moped və motosiklet oğurluğu edən şəxslər saxlanılıb.

    Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Binəqədi rayonunda yerləşən evlərdən birinin qarşısından “Tufan M-50” markalı motosikletin oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən N.Məmmədzadə müəyyən edilərək saxlanılıb.

    Digər bir əməliyyatla Suraxanı rayonunda da bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinən İ.Məmmədli polis əməkdaşları tərəfindən saxlanılıb.

    Hər iki faktla bağlı araşdırma aparılır.

  • Zaqatalada maşın aşdı, ölən var

    Zaqatala rayonunun Suvagil kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    “Chevrolet” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 32 yaşlı Şəhriyar Cəfərzadə ölüb, Seymur Mehralıyev isə xəsarət alıb.

    DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

  • Neftçalada avtomobil kanala aşıb, keçmiş baş həkim ölüb

    Neftçalada avtomobilin kanala aşması sürücünün ölümü ilə nəticələnib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Neftçala rayonunun Qırmızıkən kəndi ərazisində qeydə alınıb.

    Belə ki, Neftçala rayon sakini Yaşar Kərimovun idarə etdiyi “Toyota” markalı avtomobili idarəetməni itirərək kanala aşıb. Sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, ölən şəxs əvvəllər Salyan rayonunun Şorsulu kənd əsəb-dispanser xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.