Category: Hadisə

  • Bakıda maşın yolda uzanmış oğlanın üstündən keçdi

    Dünən paytaxtın Sabunçu rayonunda ağır yol qəzası baş verib.

    Saat 05:10 radələrində 1987-ci il təvəllüdlü Toğrul Firdovsi oğlu Süleymanov idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Kürdəxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən Məhəmmədli dairəsi yaxınlığında sərxoş vəziyyətdə asfalt örtüklü yolun üzərində uzanmış şəxsin üstündən keçib.

    Nəticədə 2003-cü il təvəllüdlü piyada Kənan Şəmsəddin oğlu Əmirov aldığı xəsarətlədən vəfat edib.

    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət iş başlanıb, istintaq aparılır.

  • Bakıda qadın dəm qazından boğulub

    Bakı şəhərində qadın dəm qazından boğulub.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, Nizami rayonunda yaşadığı ərazidən 60 yaşlı Arzu Əkbər qızı Əmirovanın cansız bədəni tapılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Cəbrayılda mina partladı – Şirkət əməkdaşı xəsarət aldı

    İşgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində 2026-cı il 7 yanvar tarixində mina hadisəsi baș verib.

    Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

    Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Rəşad Nəriman oğlu Məmmədov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Rəşad Məmmədov ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.

    Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

  • Qazaxda yanacaqdaşıyan avtomobil yanır

    Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaqdaşıyan avtomobildə yanğın başlayıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

    Qeyd olunub ki, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

    Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

  • Bakıda avtomobil 23 yaşlı gəncin üzərindən keçib

    Bakıda avtomobil asfaltda sərxoş vəziyyətdə uzanan şəxsi vuraraq öldürüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Toğrul Firdovsi oğlu Süleymanov idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən Məmmədli dairəsi yaxınlığında sərxoş vəziyyətdə asfalt örtük üzərində uzanmış 2003-cü il təvəllüdlü Kənan Şəmsəddin oğlu Əmirovu vurub.

    Kənan Əmirov aldığı xəsarətlər nəticəsində müalicə aldığı xəstəxanada ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

  • Hacıqabulda zəncirvari QƏZA: Beş nəfər xəsarət aldı

    Hacıqabulda zəncirvari qəza olub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

    “QAZel” markalı avtomobillə iki KIA markalı maşın toqquşub.

    Nəticədə beş nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Cəlilabadda 23 yaşlı qız dəm qazından boğularaq ölüb

    Cəlilabad rayonunda 23 yaşlı qız dəm qazından boğularaq ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonunun Üçtəpə kəndində baş verib.

    Belə ki, kənd sakini, 2003-cü il təvəllüdlü Şükran Sakit qızı İsayeva yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək həyatını itirib.

    Meyit daxili və xarici müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Bakıda narkotik gənc oğlanın həyatına son qoydu

    Bakıda narkotik vasitə istifadə edən gənc oğlan həyatını itirib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

    Rayon sakini Beyrək Quliyev yüksək dozada narkotik vasitədən zəhərlənərək dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Şamaxıda gənc müəllim vəfat etdi

    Şamaxı şəhər 3 saylı tam orta məktəbin müəllimi vəfat edib.

    Bu barədə məktəbin rəsmi fesybuk səhifəsində paylaşım edilib.

    Məktəbin ibtidai sinif müəllimi Musayeva Heyran Səyavuş qızı uzun sürən xəstəlikdən sonra vəfat edib.

  • Salyanda 11 yaşlı uşaq ölüb, xəstəxana ilkin səbəbi açıqlayıb

    Salyan şəhərində 11 yaşlı məktəblinin ölümünün səbəbi məlum olub.

    Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib ki, yanvarın 4-də saat 17:30 radələrində 2015-ci il təvəllüdlü Nəcəfov Elcan Səfər oğlu ağır vəziyyətdə tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    Qeyd olunub ki, dəqiqləşdirilməmiş hiperqlikemiya diaqnozu ilə azyaşlıya zəruri tibbi xidmətlər göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, yanvarın 5-də 04:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Ölümünə ilkin səbəb kimi hipotoniya qeyd olunub.

    Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə təhvil verilib.