Category: Hadisə

  • Şagirdləri məktəbə aparan sürücü qıcolma keçirdi, AĞIR QƏZA baş verdi (Video)

    Səhər saatlarında Avropa Azərbaycan Məktəbinin qarşısında ağır qəza baş verib.

    Median.Az xəbər verir ki, bu barədə məlumat Baku.ws-in qaynar xəttinə daxil olub.

    Bildirilib ki, qəzaya səbəb sürücünün sükan arxasında qıcolma keçirməsi olub.

    Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində bir nəfər ağır xəsarət alıb, avtomobillərə ziyan dəyib.

    Qəza törədən sürücü Avropa Azərbaycan Məktəbinə şagird gətirirmiş.

  • Ağstafada ayrı-ayrı vaxtlarda beş üzvü ölən ailənin evi yanıb

    Ağstafada yanğın hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qırılı kəndində Sahil İsmayılova məxsus evdə qeydə alınıb.

    Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib. Alov söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.

    Faktla bağlı rayon Polis İdarəsinin və prokurorluğun əməkdaşları əraziyə baxış kecirib. Hazırda yanğının səbəbləri araşdırılır.

    Qeyd edək ki, İsmayılovlar ailəsinin 5 üzvü bir ildə müxtəlif vaxtlarda bədbəxt hadisələr nəticəsində ölüb. 2024-cü ilin avqust ayında 2 yaşlı Gülxar İsmayılzadə, daha sonra onun nənəsi və babası, ardınca ailənin digər azyaşlı övladı ölüblər. Ötən il iyulun 8-də isə ailənin gəlini Şəfayət İsmayılova evin pəncərəsinin şüşəsini silərkən nərdivandan yıxılaraq həyatını itirib.

  • Ağstafada bir ailənin 5 üzvünün öldüyü ev müəmmalı şəkildə yandı

    Ağstafada yanğın olub.

    “Unikal”ın məlumatına görə, hadisə rayonun Qırılı kəndində baş verib.

    Kənd sakini Sahil İsmayılova məxsus evdə qəfl yanğın qeydə alınıb. Hadisə yerinə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib. Qısa müddət ərzində yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.

    Məlumata görə, evin mətbəxindən başlayan yanğının ətrafa və evin yuxarı mərtəbəsinə keçməsinin qarşısı alınıb.

    Qeyd edək ki, İsmayılovlar ailəsində 6 nəfərlik ailənin 5 üzvü bir il ərzində ayrı-ayrı ayların 8-i tarixində bədbəxt hadisə zamanı ölüblər. Ailə 8 tarixini qorxaraq gözlədiyi bir vaxtda 5 yanvarda bu yanğın olub.

    Onu da qeyd edək ki, 8 avqust 2024-cü il 2 yaşlı Gülxar İsmayılzadənın ölümü ilə başlayan ailə faciəsi nənə və babanın faciyəvi ölümü, daha sonra evin sonuncü körpəsi Nilay İsmayılzadənin ölümü və sonda, 8 iyul tarixində evin gəlini Şəfayət İsmayılovanın evin ikinci mərtəbəsində pəncərə şüşəsi silərkən nərdivandan yıxılıb ölməsi xəbəri ilə hər kəsi şoka salıb.

    Hadisə yerinə polis və rayon prokurorluğunun əməkdaşları da baxış keçirib. Hazırda baş verən yanğının səbəbləri adiyyatı qurumlar tərəfindən araşdırılır.

  • Bakıda 71 yaşlı kişi damdan yıxılıb öldü

    Bakıda 71 yaşlı kişi evinin damından yıxılıb ölüb.

    Hadisə yanvarın 3-də axşam saat 17 radələrində paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində baş verib.

    Qəsəbə sakini, 1955-ci il təvəllüdlü Nazim Məmmədqulu oğlu Hüseynov yaşadığı evin dam örtüyünü təmir edərkən ehtiyatsızlıqdan yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • “Baku City Karting”də yeniyetmə ölüb

    Yanvarın 1-də saat 18:30-də Səbail rayonu, akademik Əhəd Yaqubov, 15 ünvanında yerləşən “Baku City Karting”də ölüm hadisəsi baş verib.

    Median.Az Bakupost.az-a istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxsin idarə etdiyi avtomobil digər avtomobillə toqquşub.

    Nəticədə o, hadisə yerində həlak olub.

    Faktla bağlı cinayət işi açılıb. Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Siyəzəndə sahibkar mağazada öldü

    Siyəzən sakini mağazada ölüb.

    Hadisə dünən gecə saatlarında baş verib. Rayon sakini, 1970-ci il təvəllüdlü Azər Məmməd oğlu Məmmədovun icarə əsasında işlətdiyi Siyəzən rayonu, Qalaşıxlı kəndində “Beşbarmaq pirinin altı” adlanan ərazidə yerləşən marketdə qəflətən halı pisləşib. O, mağazada dünyasını dəyişib.

    Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.
    //oxu.az

  • Şabranda mənzilin tavanı çöküb, xəsarət alanlar var

    Şabranda mənzilin tavanı çöküb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, şəhərin dəmir yolu stansiyası ətrafında olan ikimərtəbəli çoxmənzilli binalardan birində mənzilin tavan hissəsi sakinlərin üzərinə çöküb. Bir neçə nəfərin yüngül xəsarətlər aldığı bildirilir.

    Şabran Rayon İcra Hakimiyyətindən bildirilib ki, hadisə istismar dövrünü başa vuran binalardan birində baş verib. Həmin bina İH-nin balansında deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Toya gedənlər qəzaya düşdü: 2 ölü, 5 yaralı var

    Astarada mikroavtobusun aşması nəticədində iki nəfər ölüb.

    APA-nın yerli bürosunun xəbərinə görə, qəzada ölənlərin 1996-cı il təvəllüdlü Əfsanə Baxşıyeva və 1961-ci il təvəllüdlü Səyyarə Həsənova olduğu bildirilir.

    Qəzada 5 nəfər xəsarət alıb. Məlumata görə, onlar toya gedirmiş.

  • İsmayıllıda içərisində turistlərin olduğu avtomobil AŞDI – Xilasetmə GÖRÜNTÜLƏRİ (Video)

    İsmayıllı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, qəza nəticəsində vətəndaşlar avtomobildə köməksiz vəziyyətdə qalıblar.

    “Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb ediliblər.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması səbəbindən “Toyota” markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşdığı və vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

    Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə köməksiz vəziyyətdə qalan vətəndaşların xilas olunması təmin edilib”, – məlumatda qeyd olunub.

    Aşan avtomobildəki hər üç şəxs xarici ölkə vətəndaşları olublar.

  • Bakıda usta iş yerində öldü

    Bakıda usta iş yerində ölüb.

    Hadisə yanvarın 2-si paytaxtın Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsindəki avtotəmir sexində baş verib.

    Orada usta işləyən 1961-ci il təvəllüdlü Məhəmməd Qasımov avtomobil təmir edərkən halı qəfil pisləşib. O. hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, M.Qasımov ürək çatışmazlığından ölüb.

    Faktla bağlı araşdırmalar aparılır.
    //oxu.az