Category: Hadisə

  • Bakıda avtobus piyadanı vuraraq öldürdü

    Bakıda avtobus piyadanı vuraraq öldürüb.

    Hadisə aprelin 24-də paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb.

    Ələşrəf Xaləddin oğlu Əliyev idarə etdiyi avtobusla yolu keçmək istəyən piyada Firudin Vəli oğlu Hacıyevi vurub.

    F.Hacıyev aldığı xəsarətdən hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.
    //oxu.az

  • Dərmandan zəhərlənərək ölən şəxs müəllim imiş – TƏFƏRRÜAT (Video)

    Gəncə şəhərində dərman vasitəsindən zəhərlənmə faktı qeydə alınıb. Hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, digərinin isə vəziyyəti stabildir.

    Median.Az “Xəzər” TV-yə istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Üzeyir Hacıbəyov küçəsindəki çoxmərtəbəli binaların birində baş verib.

    68 yaşlı şəhər sakini Alik İsmayılovun halı qəfil pisləşib. Təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılmasına baxmayaraq, onun artıq yolda keçindiyi müəyyən edilib.

    Qonşulardan biri bildirib ki, həmin şəxs sakit biri idi: “Arada təzyiq problemləri olurdu, çox sakit və mehriban adam idi. Məktəbdə musiqi müəllimi işləyirdi. Axşam saatlarında evinə təcili yardımın gəldiyini gördük. Çox təəssüf ki, onu xilas etmək mümkün olmadı. Belə bir hadisənin yaşanması hamımızı sarsıtdı.”.

    Eyni ünvanda yaşayan 41 yaşlı Samir Əliyev də oxşar diaqnozla Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki akademik Zülfüqar Məmmədov adına xəstəxananın Təcili yardım şöbəsinə gətirilib. Həkimlər tərəfindən ona zəruri tibbi yardım göstərilib. Hazırda vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.

    Faktla bağlı müvafiq araşdırmalara başlanılıb.

  • Göygöldə təcili yardım maşını qəzaya düşdü

    Göygöldə təcili tibbi yardım avtomobili ilə minik maşını toqquşub.

    “Unikal”ın məlumatına görə, hadisə rayonun mərkəzi küçələrindən birində baş verib. Hərəkətdə olan Mercedes markalı təcili tibbi yardım avtomobili ilə “VAZ 2106” markalı minik maşını toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

    Məlumata görə, təcili tibbi avtomobili xəstə gətirən zaman qəzaya uğrayıb.

    Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

    Fakt araşdırılır.

  • Dostunun yasında vəfat etdi

    Tovuz rayonunda yas yerinə gedən kişi vəfat edib.

    “Qafqazinfo” xəbər verir ki, 1969-cu il təvəllüdlü Aşağı Quşçu kənd sakini İlqar Məmmədov dostunun yas mərasimində olarkən vəziyyəti ağırlaşıb.

    Nəticədə o, vəfat edib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

    Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Ağcabədidə yeniyetmənin yanaraq öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI (Yenilənib)

    Ağcabədi rayonunda baş verən yanğın hadisəsinin təfərrüatı məlum olub.

    Rayonun Yuxarı Qiyaməddinli kəndindəki yanğında ölən 2014-cü il təvəllüdlü İmaməddin Şirinov ev sahibinin baldızı nəvəsi imiş.

    Azyaşlı eyni kənddən olsa da, təxminən 10 gün əvvəl qohumunun evinə gəlib, ev sahibi olan qadınla birlikdə yaşayırmış. Hadisə gecə saatlarında baş verib.

    İlkin məlumata görə, gecə saatlarında qısaqapanma olub. Yanğın qısa müddətdə bütün evə yayılıb və qadın tək olduğundan azyaşlını xilas edə bilməyib.

    Nəticədə İ.Şirinov yatdığı otaqda yanaraq ölüb.

    * * * * * 

    Ağcabədi rayonunda baş verən yanğın zamanı ölən şəxsin kimliyi məlum olub.

    Hadisə rayonun Yuxarı Qiyaməddinli kəndindəki fərdi yaşayış evində qeydə alınıb. Yanğın zamanı evdə olan 2014-cü il təvəllüdlü İmaməddin Şirinovun meyiti aşkarlanıb.

    Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

    * * * * *

    Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində fərdi yaşayış evində yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, hadisə zamanı ümumi sahəsi 200 kvadratmetr olan üçotaqlı evin, eləcə də evə bitişik sahəsi 117 kvadratmetr olan talvarın yanar konstruksiyaları yanıb.

    Yanğının kəşfiyyatı zamanı bir nəfərin meyiti aşkarlanıb.

    Əraziyə cəlb olunan yanğından mühafizə bölmələri tərəfindən alov söndürülüb və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

    Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
    //oxu.az

  • Bakıda parkda meyit tapıldı

    Bakıda naməlum kişi meyiti tapılıb.

    Oxu.az-ın məlumatına görə, hadisə aprelin 23-də saat 02 radələrində paytaxtın Nizami rayonunun Qara Qarayev prospekti 71 ünvanında yerləşən parkda qeydə alınıb. Meyitin üzərində zorakılıq əlamətləri müşahidə olunmayıb.

    Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var

    Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

    Qəza şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb. Hərəkətdə olan “Hyundai” və “BMW” markalı minik avtomobilləri toqquşub.

    Qəza nəticəsində bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
    //unikal.az

  • Azərbaycanda hamilə qadın xərçəngdən vəfat etdi

    Beş aylıq hamilə olan Astara sakini Bakıda xəstəxanaların birində ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, rayonun Rinə kənd sakini, Zümrüd Kamran qızı Hacıyeva səhhətində yaranan ağırlaşmalar səbəbindən müalicə üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib.

    Həkimlərin göstərdiyi bütün tibbi müdaxilələrə baxmayaraq, o, müalicə aldığı xəstəxanada vəfat edib.

    Məlumata görə, beş ildir ailəli olan Z.Hacıyeva xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

    Meyit ailəsinə təhvil verilib və kənd qəbiristanlığında dəfn olunub.

  • Gəncədə baş verən yanğın söndürüldü

    Gəncə şəhərində baş verən yanğın hadisəsi tam söndürülüb.

    Hadisə şəhərin Bağmanlar yaşayış massivinin Əhməd Cavad küçəsində yerləşən, ümumi sahəsi 400 kvadratmetr olan fərdi yaşayış evində qeydə alınıb. Yanğın nəticəsində evin 100 kvadratmetrlik talvarının 50 kvadratmetri və mətbəx hissəsi yanıb.
    Hadisə zamanı evin qalan hissəsi, eləcə də yaxınlıqda yerləşən digər yaşayış evləri yanğından mühafizə olunub.
    Xoşbəxtlikdən, yanğın nəticəsində xəsarət alan olmayıb.

    Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma aparılır.

  • Dəhşətli qəzada ölən qadın müəllim imiş

    Xəbər verdiyimiz kimi, ötən gün Yasamal rayonu, Kənar dairəvi yolda minik avtomobilinin “Kamaz”la toqquşması nəticəsində bir nəfər ölüb.

    Həyatını itirən İlhamə Kamranova Beyləqan şəhəri 3 nömrəli tam orta ümumtəhsil məktəbində müəllim kimi fəaliyyət göstərirmiş.