Qazax rayon sakini, 1964-cü il təvəllüdlü Nazim Nəsibov ərazidə quru otlardan ocaq yandırıb. Hadisə zamanı alovun ərazisi genişlənib və N.Nəsibov hadisə yerində yanaraq ölüb. Onun yanmış meyiti ərazidən aşkarlanıb.
Bakı şəhəri, Binəqədi rayonu, Emin Bağırov küçəsində yerləşən hamamda yanğın olub.
Bu barədə Median.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Emin Bağırov küçəsində yerləşən hamamda yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 320kv.m. olan hamamın saunasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən hamamın digər otaqlarına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 120 kv.m. olan saunanın taxta üzlüyü 50kv.m. sahədə yanıb, yüksək temperaturdan 70kv.m. sahədə taxta üzlük deformasiya edib.
Hamamın qalan hissəsi yanğından mühafizə olunub.
Qeyd edək ki, hadisə “Xan Hamam” adlanan obyektdə baş verib.
Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin 1 otağında məişət əşyaları və məişət tullantıları 18 m² sahədə qismən yanıb.
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkimi dünyasını dəyişib.
“Unikal”ın məlumatına görə, xəstəxananın Cərrahiyə şöbəsinin 1958-ci il təvəllüdlü həkim-proktoloqu Afiq Xudiyev uzun sürən xəstəlikdən sonra vəfat edib.
Median.Az Bizim.Media-ya istinadən xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinin Xudat bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış fəaliyyəti nəticəsində dekabrın 30-da itkin düşən Xudat şəhər sakini, 38 yaşlı Fuad Sarıaslan oğlu Əliverdiyevin meyiti Köhnə Xudat kəndində meşəlik ərazidən aşkar edilib.
Tanınmış telejurnalist, rejissor və aparıcı Nailə Əkbərova dünyasını dəyişib.
Telejurnalistin vəfatı barədə məlumatı onun yaxınları təsdiqləyiblər.
Qeyd edək ki, Nailə Ənvər qızı Əkbərova 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil alıb. Peşəkar fəaliyyətinə 1981-ci ildə Azərbaycan Dövlət Televiziyasında başlayan Nailə Əkbərova uzun illər televiziya sahəsində çalışıb.
1997-2006-cı illərdə musiqi verilişləri baş redaksiyasında baş rejissor vəzifəsində işləyib. Daha sonra, 2006-cı ildə “Space” telekanalında bir sıra televiziya layihələrinin rejissoru olub. 2009-cu ildən etibarən isə “TRT” telekanalında fəaliyyət göstərib.
O, “TRT Avaz” kanalında yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı kimi tanınıb. Nailə Əkbərova eyni zamanda Azərbaycanda ilk klip yaradıcılarındandır.
Bakıda yerləşən özəl xəstəxanalardan birində vəfat etdiyi bildirilən 9 aylıq körpə dəfn üçün Ağcabədiyə aparılarkən ayılıb.
Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində baş verib.
Kənd sakini Elif Pərviz qızı İsgəndərli əvvəlcə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında müalicə alıb. Vəziyyəti ağırlaşdığı üçün körpə daha sonra Bakıya göndərilib.
Məlumata görə, həkimlər onda həyat əlamətlərinin olmadığını bildirərək ailəsinə təhvil veriblər.
Uşaq dəfn olunması üçün kəndə aparılarkən ayılıb və təxminən 3 saat sonra ölüb.