Category: Hadisə

  • “Qəbələ”nin məşqçisi qəzada öldü, sürücü ağır yaralandı – FOTO

    Azərbaycanda futbol məşqçisi yol qəzasında dünyasını dəyişib.

    Median.Az bildirir ki, “Qəbələ” futbol klubundan Trend-ə verilən məlumata görə, Qəbələdə yol qəzasında ölən Teymur Musayev “Qəbələ” futbol akademiyasının məşqçisi olub.

    Bildirilib ki, hadisə gecə saat 02:30 radələrində baş verib. T.Musayev evə qayıdarkən dostu 1952-ci il təvəllüdlü Rafiq Qurban oğlu Məmmədovun idarə etdiyi avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində məşqçi dünyasını dəyişib.

    T.Musayev ailəli idi, iki oğlu və bir qızı var.

    Sürücü R.Məmmədov isə Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzinə gətirilib. Mərkəzdən Trend-ə verilən məlumata görə, onun vəziyyəti ağırdır, hər iki bud nahiyəsində sınıqlar var, döş qəfəsi ciddi zədələnib. Hazırda reanimasiyaya yerləşdirilib.

    Qeyd edək ki, FHN-in yaydığı məlumata görə, Qəbələ şəhərində “Toyota” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunmuş Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxışıb qalan sərnişin,

    1974-cü il təvəllüdlü Musayev Teymur Siracəddin oğlunun meyitini nəqliyyat vasitəsindən çıxarıblar.

  • Mingəçevirdə yelləncəkdə boğazına kəndir dolanan uşaq ölüb – YENİLƏNİB

    Mingəçevir şəhərində yelləncəkdə boğazına kəndir dolanmaqla boğularaq ölən uşağın adı məlum olub.

    Median.Az-ın Report-a istinadən məlumatına görə, bu, 2009-cu il təvəllüdlü Hüseyn Fariz oğlu Səmədovdur.

    * * * * *

    Mingəçevir şəhərində 3-cü sinif şagirdi bədbəxt hadisə nəticəsində ölüb.

    Median.Az Report-a istinadən xəbər verir ki, şəhərin Sahil küçəsində, həyətdə yelləncəkdə yellənən uşağın ehtiyatsızlıqdan boğazına kəndir dolanıb.

    Köməksiz vəziyyətdə qalan səkkiz yaşlı uşaq orada boğularaq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Şabranda “VAZ” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, noyabrın 13-ü saat 20 radələrində Şabran rayonu ərazisində, şəhər sakini Paşa Babayev idarə etdiyi “VAZ-21099” markalı avtomobillə Ağalıq kənd sakini Nurəddin Əzizovu vurub.

    Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş N.Əzizov orada ölüb.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

  • Samuxda elektrik yarımstansiyasında partlayış – Yaralılar var

    Samux rayonunda elektrik yarımstansiyasında partlayış olub.

    Median.Az Report-a istinadən xəbər verir ki, partlayış zamanı xəsarət alanlar var.

    Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • Binəqədi rayonunda “VAZ” naməlum piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, noyabrın 13-ü saat 18 radələrində Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini Nahid Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə 50-55 yaşlı kişini vurub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    Binəqədi RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda dəhşətli yanğın: beş nəfər ölüb – TƏFƏRRÜAT + YENİLƏNİB

    Daşkəsən rayonunda beş nəfərin ölümü ilə nəticələnən yanğının təfərrüatı məlum olub.

    Median.Az-ın Report-a istinadən məlumatına görə, yanğın 1970-ci il təvəllüdlü Quşçu kənd sakini Tağıyev Pənah Cəmil oğluna məxsus, ümumi sahəsi 150 kvadratmetr olan fərdi evdə baş verib.

    Hadisə zamanı ev sahibi həyat yoldaşı Gəncə şəhərində xəstəxanada müalicə aldığı üçün onun yanında olub. Yanğın zamanı ölən 2007-ci il təvəllüdlü Ədilxanova Günel Qoşqar qızının anası, ev sahibinin qızı da anasının yanında olduğuna görə övladını ata evinə aparıb və qardaşı Asim Tağıyevin yanına qoyub.

    Dünən axşam saatlarında isə Asim mal-qarasının gəlmədiyini görüb, meşəyə heyvanların dalınca gedib. Lakin mal-qaranı orada tapmayan Asim gecə saatlarında onları axtarmağa başlayıb və bu səbəbdən yanğın zamanı evdə olmayıb.

    Yanğın baş verən zaman evdə onun həyat yoldaşı Sevinc Tağıyeva, üç övladı və bir baldızı qızı olub. Qadın və uşaqlar yatdığı üçün yanğından xəbərləri olmayıb. Yanğının evdə quraşdırılan odun sobasından başlayaraq evə yayıldığı ehtimal edilir.

    Yanğın zamanı ev tamamilə yararsız vəziyyətə düşüb və ətrafdakı qonşular yanğından yalnız evin çardağında olan materialın (şiferin) parçalandığı an səsə oyanıblar. Hadisə yerinə iki yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb. Yaxınlıqda olan iki tövlə yanğından mühafizə edilib.

    * * * * * 

    Daşkəsən rayonunda dəhşətli yanğın hadisəsi olub.

    Median.Az Report-a istinadən xəbər verir ki, rayonun Quşçu kəndindəki evlərdən birində baş vermiş yanğın zamanı beş nəfər həyatını itirib.

    Ölənlər arasında dörd uşaq var: Tağıyeva Sevinc Şahin qızı (1990), Tağıyeva Aysun Asim qızı (2010), Tağıyev Sakit Asim oğlu (2012), Tağıyev Sadiq Asim oğlu (2017), Ədilxanova Günel Qoşqar qızı (2007).

    Yanğının başvermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

  • Ağstafada “Mitsubishi” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, Ağstafa şəhərində Şəmkir şəhər sakini Vüqar Vəliyev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə şəhər sakini Bayraməli Hüseynəliyevi vurub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    Ağstafa RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Bakıda məktəbdə yanğın, şagirdlər təxliyyə edildi

    Bakı şəhərinin Binəqədi rayonunda üçmərtəbəli binanın 3-cü mərtəbəsində yanğın baş verib.

    Fövqəladə Hallar Nazirliyinin bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub.

    Hadisə zamanı 10 nəfər bina sakini xilas olunub, 100 nəfər şagird və 50 nəfər bina sakini təxliyyə edilib.

    Binanın qalan hissəsi yanğından mühafizə olunub. Qeyd edilir ki, binanın ümumi sahəsi 3600 m² təşkil edir. Tikilinin 2 və 3-cü mərtəbələrdə məcburi köçkünlər məskunlaşıb, 1-ci mərtəbədə 45 saylı orta məktəb fəaliyyət göstərir.

    Faktla bağlı araşdırma aparılır.

  • Qusarda sərxoş kişi pilləkəndən yıxılıb öldü

    Qusar rayonunda yaşayan Rusiya vətəndaşı spirtli içkinin təsirindən yıxılıb və ölüb.

    Qusar şəhəri, H.Əliyev prospekti, ev 73-də yaşayan 1971-ci il təvəllüdlü Balaşov Rasim Əbulferzoviç dünən axşam saatlarında alkoqol sərxoşluğu vəziyyətində yaşadığı evin pilləkənindən həyətə düşərkən qəfildən yıxılıb.

    Hadisə nəticəsində baş nahiyəsi dəhlizin beton döşəməsinə dəyib və aldığı zərbədən yerindəcə dünyasını dəyişib.

    Hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırmaları zamanı məlum olub ki, R.Ə.Balaşov Qusar rayonunda anadan olsa da, Rusiya Federasiyasının vətəndaşı kimi Dağıstan Respublikasının Məhərrəmkənd rayonu, Quysun kəndində qeydiyyatda olub.

    Meyitə baxış zamanı onun üzərində heç bir zorakılıq əlamətləri qeydə alınmayıb və daxili müayinə üçün Azərbaycan Respublikası MTE və PA Birliyinin Qusar rayon şöbəsinin meyitxanasına gətirilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.//oxu.az

  • Ağcabədidə faciə: qadın öz evində yanaraq öldü

    Ağcabədidə üç otaqlı yaşayış evi yanıb.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qamışdan ibarət birmərtəbəli evdə yanğın zamanı 1944-cü il təvəllüdlü Ələmşahova Şərəfnisə Xasay qızı dünyasını dəyişib.

    Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Faktla bağlı araşdırma aparılır.