Category: Hadisə

  • Ağdaşda “Mercedes” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, Ləki kəndi ərazisində Samux rayon sakini Ələkbər Cabbarov idarə etdiyi “Mercedes” markalı avtomobillə Goranboy rayon sakini Ceyhun Məmmədovu vurub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

  • Şağanda “KİA” yol ayrıcısına çırpılıb, sürücü ölüb

    Median.Az xəbər verir ki, noyabrın 11-i saat 20 radələrində Şağan qəsəbəsi ərazisində Şuşa şəhər sakini Anar Cabbarov idarə etdiyi “Kia” markalı avtomobili yol ayırıcısına vurub.

    Nəticədə sürücü hadisə yerində ölüb.

    Xəzər RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Türkiyədə Azərbaycanlı iş adamının villasında meyit tapıldı – VİDEO

    Türkiyədə azərbaycanlı iş adamının bağ evində bağban işləyən şəxs quyuya düşərək ölüb.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Sarıyer rayonunda azərbaycanlı iş adamının malikanəsində bağban kimi çalışmış 57 yaşlı Rəcəb Çəlikərin cəsədi su quyusundan tapılıb.

    Hadisə Sarıyerdə Meşəburnu prospektində yerləşən tarixi villada baş verib. Villada işləyən digər işçilər bağbandan xəbər ala bilməiblər və onun axtarışlarına başlayıblar.

    Xilasetmə əməkdaşlarının səyi nəticəsində cəsəd quyudan çıxarılaraq, morqa göndərilib.

    Villa sahibinin azərbaycanlı olduğu bildirilsə də, adı açıqlanmır.

  • Qonşu rayonlarda yanğın hadisələri olub

    Saatlı rayonunda yanğın olub.

    Median.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 156 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 100 m² sahədə yanıb.

    Evin qalan hissəsi yanğından mühafizə olunub.

    Sabirabad rayonunda da ev yanıb. Hadisə rayonun Qalağayın kəndində baş verib.

    Ümumi sahəsi 130 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının qamışdan ibarət tavanı 60 m² sahədə və 1 otağının döşəməsi 15 m² sahədə yanıb.

  • Saatlıda yol qəzasında ana və oğul ölüb

    Median.Az xəbər verir ki, Bəylik kəndi ərazisində Bakı sakini Şamo Qəmbərovun idarə etdiyi “Opel” markalı avtomobil yol kənarındakı dirəyə çırpılıb.

    Nəticədə sərnişinlər – Kəmalə Qəmbərova və onun oğlu Rauf (2017-ci il təv.) hadisə yerində ölüblər.

    Saatlı RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Göygöl rayonunda iki “VAZ” toqquşub, 1 nəfər ölüb

    Median.Az xəbər verir ki, noyabrın 9-da Balçılı kəndi ərazisində Röyal Hacıyevin və Elməddin Abdullayevin idarə etdikləri “VAZ-2107” markalı avtomobillər toqquşub.

    Nətiсədə R.Hacıyevin sərnişini, rayon sakini Xalidə Bağırova hadisə yerində ölüb, digər sərnişini Ruslan Məmmədov isə xəsarətlər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

  • Qusarda “Opel” aşıb : 1 nəfər ölüb, 3 nəfər yaralanıb

    Median.Az xəbər verir ki, noyabrın 8-i saat 16 radələrində Yasab kəndi ərazisində, rayon sakini Vəlixan Vəlixanov idarə etdiyi “Opel” markalı avtomobili aşırıb.

    Nəticədə sürücü hadisə yerində ölüb, 3 sərnişini Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Qusar RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda vəzifəli şəxs avtomobilini gölə aşıraraq öldü

    Qusar rayonunda ağır yol qəzası baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Qusar-Həzrə yolunun 16-cı kilometrliyində, rayonun Yasab kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, rayonun Həzrə kənd sakini Vəlixan Vəlixanov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı gölə aşırıb.

    Nəticədə avtomobilin sürücü V.Vəlixanov suda boğularaq ölüb. Avtomobildə olan daha 3 sərnişin xəstəxanaya çatdırılıb.

    Qeyd edək ki, V.Vəlixanov Qusar Rayon İcra Hakimiyyətinin Həzrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsidir.

    Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Nizami rayonunda avtobus qadını vurub, öldürüb

    Median.Az xəbər verir ki, noyabrın 8-i saat 7 radələrində Q.Qarayev prospektində Sumqayıt şəhər sakini Murğuz Şirinov idarə etdiyi “Hyundai” markalı avtobusla yolun kənarında dayanmış Sabirabad rayon sakini Bəsti Eyvazovanı vurub.

    Nəticədə qadın hadisə yerində ölüb.

    Nizami RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Şirvanda iki uşaq tüstüdən boğularaq öldü

    Şirvan şəhərində ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, şəhər sakini Əbilov Davuda məxsus fərdi yaşayış evində olub.

    Yanğın ümumi sahəsi 180 m² olan evin 40 m²-ni əhatə edib.

    Hadisə zamanı evdə nəzarətsiz qalan iki azyaşlı – 2013-cü il təvəllüdlü Əbilov Məmmədəli Ramil oğlu və 2015-ci il təvəllüdlü Əbilov Əliheybət Ramil oğlu tüstüdən boğularaq ölüb.

    Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Xidmətinin 4 yanğınsöndürən avtomaşını və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb və evin digər hissəsi yanğından mühafizə olunub.

    Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.