Category: Hadisə

  • Bakıda tuneldə avtobus qəzaya uğradı: təkərləri yerindən çıxdı – Foto

    Bakıda 26 saylı marşrut üzrə hərəkət edən avtobus qəzaya uğrayıb.

    Report xəbər verir ki, hadisə metronun “Gənclik” stansiyasının yaxınlığındakı tuneldə baş verib.

    Qəza zamanı avtobusun arxa sol təkərləri yerindən çıxıb.

    Hadisə nəticəsində Atatürk prospekti – “Gənclik” istiqamətində avtomobillərin hərəkətində sıxlıq yaranıb.

  • Sumqayıtda “KAMAZ” iki piyadanı vurub, onlardan biri ölüb

    Median.Az xəbər verir ki, noyabrın 5-i saat 17 radələrində Sumqayıt şəhəri ərazisində, şəhər sakini Spartak Cəbiyev idarə etdiyi “KamAZ-55111” markalı avtokranla həmyerliləri Elvin Ağayevi və Rasim Rüstəmlini vurub.

    Nəticədə E.Ağayev hadisə yerində ölüb, R.Rüstəmli xəstəxanaya yerləşdirilib.

    DIN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

  • Bakıda qoca qadın evdə yanaraq öldü

    Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 35 m² olan birmərtəbəli, ikiotaqlı ev yanıb.

    Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, yanğının kəşfiyyatı zamanı 1941-ci il təvəllüdlü Axundova Tamella Həbib qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

    Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Nəsimi rayonunda “VAZ” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, noyabrın 3-də R.Məmmədov küçəsində Bakı şəhər sakini Ələkbər İsgəndərov idarə etdiyi “VAZ-21014” markalı avtomobillə paytaxt sakini Alyoşa Babayevi vurub.

    Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

    Nəsimi RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Sumqayıtda məktəbli qız özünü asdı

    Sumqayıt şəhərində məktəbli qız intihar edib.

    Median.Az Report-a istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü Fatimə Yusif qızı İsmayılzadə özünü yaşadığı evdə kəndirlə asıb.

    Ailəsinin verdiyi məlumata görə, 16 yaşlı Fatimə bir il bundan əvvəl atasının ölümündən sonra sarsıntı keçirib. İl mərasimində atasının qəbrini ziyarət etdikdən sonra evə qayıdan F.İsmayılzadə intihar edib.

    Yaxınları bildirib ki, məktəbli bir müddət öncə də intihara cəhd etmişdi. Lakin ailəsinin köməyi ilə ölümdən xilas edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Tovuzda kişini qatar vurub öldürdü – FOTO + YENİLƏNİB

    Tovuz rayonunda qatarın altında qalaraq ölən şəxsin adı məlum olub.

    Median.Az-ın Report-a istinadən məlumatına görə, rayon sakini, 1981-ci il təvəllüdlü Nemət Rüfət oğlu Həsənov qatarın altında qalaraq ölüb.

    İlkin məlumatlara görə, hadisə ehtiyatsızlıqdan baş verib.

    Araşdırmalar davam etdirilir.

    * * * * *

    Tovuz rayonunda orta yaşlı kişini qatar vuraraq öldürüb.

    Median.Az-ın Report-a istinadən xəbərinə görə, hadisə dəmir yolu xəttinin Dondar Quşçu kəndi ərazisindən keçən hissəsində baş verib.

    Belə ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişi hərəkətdə olan qatarın altında qalaraq ölüb.


  • Azərbaycanda yaşlı qadın quyuya düşərək vəfat etdi

    Lənkəran rayonunun Liman şəhərində 62 yaşlı qadının meyiti quyudan tapılıb.

    FHN-dən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə bir nəfərin meyitinin su quyusundan çıxarılması üçün müraciət daxil olub.

    Hadisə yerinə cəlb olunmuş müvafiq xilasetmə qüvvələri 1956-cı il təvəllüdlü Əliyeva Vəskinə Kişi qızının meyitini quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

  • Şamaxıda yol qəzasında ər-arvad ölüb

    Median.Az xəbər verir ki, noyabrın 2-i saat 17 radələrində Padarçol kəndi ərazisində rayon sakini Gülbaba Zülfüqarovun idarə etdiyi “VAZ-2106” və Salyan rayon sakini Habil Soltanovun idarə etdiyi “Dong-Feng” markalı yük avtomaşınları toqquşub.

    Nəticədə G.Zülfüqarov və sərnişini, arvadı Tamam hadisə yerində ölüblər.

    Şamaxı RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Sumqayıtda restoranda kloun qadın iş başında öldü

    Sumqayıtda restoranların birində məzhəkəçilik (kloun) edən qadın naməlum şəraitdə ölüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən restoranlardan birində baş verib.

    Həmin şəxs 1964-cü il təvəllüdlü Məmmədova Mahinur Əhəd qızıdır.

    Onun ölümünün səbəbi isə hələlik məlum deyil.

  • Bakıda kafedə yanğın, üç ölü

    Bakıda üç nəfərin ölümü ilə nəticələnən yanğın olub.

    Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən kafedə baş verib.

    Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 1989-cu il təvəllüdlü Əliyev Kərəm Əli oğlunun, 1982-ci il təvəllüdlü Əhmədov Bəhruz Fazil oğlunun və daha 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti aşkar edilib.