Category: Hadisə

  • Ucarda “Ford” qoyun sürüsünü vurub, 42 baş heyvan tələf olub

    Median.Az xəbər verir ki, noyabrın 8-i saat 3 radələrində Ucar rayonunun Müsüslü kəndi ərazisində Ağdam rayon sakini Yusifəli İsmayılov idarə etdiyi “Ford Transit” markalı avtomaşınla qəflətən yolun hərəkət hissəsinə çıxmış, rayon sakini Qurban Hacıyevə məxsus qoyun sürüsünü vurub.

    Nəticədə 42 baş qoyun tələf olub.

    RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Sevdiyi qızın başqasıyla nişanlandığını eşidib özünü asdı – Azərbaycanda dəhşətli intihar

    Xızıda intihar hadisəsi baş verib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Qarabulaq kəndində əsgərlikdən yeni qayıdan 1998-ci il təvəllüdlü İsmayılov Səxavət Umud oğlu bu gün özünü asıb.

    Hadisəyə ilkin səbəb kimi Səxavətin sevdiyi xalası qızının başqa şəxslə nişanlanması göstərilir

  • Təcili yardım maşını aşdı – 5 nəfər yaralandı

    Sabirabad rayonunda yol qəzası baş verib. 

    “Report”un Aran bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xankeçən kəndi ərazisində qeydə alınıb. 

    Belə ki, Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının (TTTYS) Salyan Regional Məntəqəsinə məxsus “UAZ” markalı avtomobil Şirvandan geri qayıdarkən idarəetməni itirərək yolun kənarına aşıb.

    Nəticədə Hacıqabul rayon sakinləri, 1962-ci il təvəllüdlü Mərziyyə Məlikalı qızı Məlikova, onun qardaşı, 1960-cı il təvəllüdlü Rəhim Məlikalı oğlu Məlikov, Salyan rayon sakini, 1961-ci iltəvəllüdlü İsa Əjdər oğlu İsmayılov, Neftçala rayon sakini, 1960-cı il təvəllüdlü Güllüqız Qoca qızı Məlikova və 1962-ci il təvəllüdlü Gülnarə İmanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Badamdarda “Mercedes” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, noyabrın 7-i saat 9 radələrində Badamdar qəsəbəsinin ərazisində Bakı şəhər sakini Dilqəm Umudov idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada zolağında yolu keçən Yardımlı rayon sakini Cavid Nemətlini vurub.

    Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

    Səbail RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Daha bir süpürgəçini maşın vurub öldürdü – VİDEO

    Səhər saatlarında Bakının “Neftçilər” metrostansiyası yaxınlığında süpürgəçi qadını maşın vurub.

    Hadisə şahidinin sözlərinə görə, servis maşınının törətdiyi qəza nəticəsində təxminən 50 yaşlarında olan qadın dünyasını dəyişib.
    //oxu.az

  • Amaliya Pənahova vəfat etdi – YENİLƏNİB

    Xalq artisti Amaliya Pənahovanın nəşi Təzə Pir məscidinə gətirilib.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, mərhumla vida mərasimi sabah saat 12:00-da Akademik Milli Dram Teatrında olacaq.

    * * * * *

    Xalq artisti Amaliya Pənahova vəfat edib.

    Bu barədə oxu.az-a Əməkdar artist Hüsniyyə Mürvətova məlumat verib.

    Qeyd edək ki, Amaliya Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olub. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirib.

    1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar.

    1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülüb. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Respublikanın əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR-in xalq artisti fəxri adı verilib.

    1982-ci ildə ilin aktrisası elan edilmiş, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunub.

    Aktrisa həmçinin bacarıqlı rejissor kimi də özünü sınayıb. 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş vermişdir ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ. Əfəndiyevin “Mənim günahım”, M. Muradın “Təkan”, M. Qurbanovun “Sənsiz”, O. Altunbayın “Tomris”, A. Məmmədovun “Dəli Domrul” və s. xüsusi qeyd etmək olar.

    1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaradıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dərs demək üçün dəvət olunub və universitetin professorudur. Dərs dediyi tələbələrin əksəriyyəti Bakı Bələdiyyə Teatrında onunla birgə çalışırlar.

    Prezident təqaüdçüsüdür. 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olub.

    2013-cü ildə “Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri” mövzusunda doktorluq işini müdafiə edərək sənətşünaslıq elmləri doktoru elmi adını alıb.

    17 iyun 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

    Aktyor Yusif Muxtarovun həyat yoldaşıdır.

    Oğlu İlqar Muxtarov Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiridir. 14 aprel 2009-cu ildən 27 yanvar 2016-cı ilədək Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında və eyni zamanda Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Kolumbiya Respublikasında, Panama Respublikasında, Peru Respublikasında və Honduras Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

  • Bakıda yaşlı kişi evində yanaraq öldü

    Bakıda ölümlə nəticələnən yanğın olub.

    FHN-dən verilən xəbərə görə, Binəqədi rayonunda ümumi sahəsi 64 m2 olan ikimərtəbəli dörd otaqlı evin birinci mərtəbəsində bir otağın yanar konstruksiyaları və ev əşyaları 9 m2 sahədə yanıb, digər otağın əşyaları qismən qarslanıb.

    Yanğının kəşfiyyatı zamanı 1958-ci il təvəllüdlü İslamov Əli Ağasəlim oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Bakıda yol polisinin maşını yandı

    Bakıda avtomobil yanıb.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində qeydə alınıb.

    Məlumata görə, bu gün səhər saatlarında həmin ərazidə Kənan Nizami oğlu Fərzəliyevə məxsus 90-GA-562 dövlət nömrə nişanlı “Subaru” markalı şəxsi avtomobil yanıb.

    Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub, yanğın söndürülüb. Xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

    K.Fərzəliyev Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətində çalışır.

  • Bakıda zəncirvari qəza: 5 avtomobil toqquşdu – VİDEO

    Bakıda zəncirvari qəza baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Mehdi Mehdizadə küçəsində qeydə alınıb.

    Belə ki, “Peugeot”, “Naz lifan”, “Mercedes”, “Mitsubishi”, “Hyundai” markalı avtomobillər toqquşub.

    Hadisə zamanı xəsarət alan olmasa da maşınlara ziyan dəyib.

  • Binəqədidə “Mercedes” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, noyabrın 5-i saat 21 radələrində Binəqədi qəsəbəsində Bakı şəhər sakini Arif Namazov idarə etdiyi “Mercedes” markalı avtomobillə paytaxt sakini Abiddin Bağırovu vurub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    Binəqədi RPİ-də faktla bağlı araşdırma aparılır.