Category: Hadisə

  • Bakıda polis əməkdaşı ağır qəza törətdi: 2 nəfərin ayağı qırıldı

    Bakı şəhərinin Xətai rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    Nobel prospektində 1994-cü il təvəllüdlü Asif Hacıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçməyə çalışan şəxsləri vurub. Ağır xəsarət alan İsmayıllı rayon sakinləri Vüqar Mahmudovla Dəmir Qasımov xəstəxanaya yerləşdirilib. Hər iki şəxsin bazu sümüyünün qırıldığı məlum olub.

    Bildirilir ki, əzanı törədən 24 yaşlı A.Hacıyev polis əməkdaşıdır və yeni işə düzəlib.

    Faktla bağlı araşdırma aparılır.

    ///Publika.az

  • Lənkəranda “VAZ 2107” dirəyə çırpılıb, 3 uşaq xəsarət alıb

    Median.Az xəbər verir ki, Nərimanabad qəsəbə sakini Malik Babayev idarə etdiyi “VAZ-2107” markal elktrik dirəyinə çırpıb.

    Nəticədə sərnişinlər, sürcünün nəvələri – Asiman Babayeva, Malik Babayev (2010-cu il təv.) və Səmayəxanım Babayeva (2012-ci il təv.) müxtəlif dərəcəli xəsarətlərlə Mərkəzi rayon xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • “Bakıinşaatsənaye”də fəhlə faciəli şəkildə öldü

    Bakıda fəhlə faciəli şəkildə ölüb.

    Median.Az report-a nistinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində qeydə alınıb. “Bakıinşaatsənaye” ASC-də fəhlə işləyən Şamaxı rayon sakini, 1998-ci il təvəllüdlü Qəhrəman Sabir oğlu Mahmudlu yayma dəzgahının birləşdirici muftaları arasında qalaraq dünyasını dəyişib.

    Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən araşdırma başlanıb.

  • Qadın xəstəxanada öldü – Əri həkimləri günahlandırdı

    Qax rayonunda şəkərli diabet xəstəsi xəstəxanada dünyasını dəyişib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə noyabrın 1-də baş verib. Rayonun Güllük kənd sakini, 1960-cı il təvəllüdlü Məmmədova Tamam Qurban qızı həmin tarixdə insulit və şəkərli diabet xəstəliyi ilə Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada dünyasını dəyişib.

    Qadının həyat yoldaşı Məmmədov Mais Hacıməmməd oğlu mərhumun ölümündə xəstəxananın tibbi personalını günahlandırıb və faktla bağlı rayon prokurorluğuna müraciət edib.

    Müraciət əsasında meyit məhkəmə-tibb ekspertizasında daxili müayinə olunub.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Bakıda maşın taksidən düşən qadını vurub öldürdü – FOTO + YENİLƏNİB

    Bilgəh-Buzovna yolunda baş verən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı məlum olub.

    Qəza nəticəsində dünyasını dəyişən qadının qızının yaxın günlərdə toyu olmalı idi.

    Hadisə şahidləri bildiriblər ki, qadın maşının sol qapısından düşdüyü zaman onu digər avtomobil vurub. Qəza zamanı qadını ünvan başına gətirən taksinin sürücüsü də yüngül xəsarət alıb.

    “Anam işdən qayıdırdı. Məhərrəm ayı başa çatandan sonra toyum olmalı idi. Hamı toya hazırlaşırdı, amma yas düşdü”, – qadının qızı deyib.

    Hadisə yerində araşdırma aparan yol-patrul xidmətinin əməkdaşlarının sözlərinə görə, ilkin ehtimallara əsasən, qəza “Azsamand” markalı avtomobilin sürücüsünün sürət həddini aşması və yolun sağ zolağı ilə ötmə əməliyyatı etməsi olub.

    * * * * *

    Bilgəh-Buzovna yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.az-ın hadisə yerində olan müxbiri xəbər verir ki, “Azsamand” markalı avtomobil qadını vurub.

    Qadın hadisə yerində ölüb.

    Bildirilir ki, qadın taksidən düşərkən “Azsamand” tərəfindən vurulub.//oxu.az




  • Şabranda naringi daşıyan yük maşını aşıb

    Median.Az xəbər verir ki, noyabrın 1-də Bakı-Quba-Rusiya Federasiyası avtomobili yolunun, Şabran şəhəri ərazisində “Mercedes” markalı yük avtomobili körpüdən aşaraq, şəhər sakinin həyətinə düşüb.

    Qəza zamanı sürücü yüngül xəsarət alıb, Azərbaycandan Rusiyaya naringi daşıyan yük avtomaşınına ciddi ziyan dəyib.

    Şabran RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda maşın körpüdən aşdı – Bir ailənin 5 üzvü…

    Tovuzda bir ailənin 5 üzvü olan avtomobil körpüdən aşıb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Bayramlı kəndi ərazisində baş verib.

    Kənd sakini, 1967-ci il təvəllüdlü Qasımov Rəhim Mikayıtl oğlu idarə etdiyi “VAZ” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və kənd ərazisindəki körpüdən çaya aşıb.

    Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişinlər – Bayramlı kənd sakinləri, 1987-ci il təvəllüdlü Cəfərova Xəyalə Rəşid qızı, 1971-ci il təvəllüdlü Cəfərov Cəmil Kamil oğlu, 1962-ci il təvəllüdlü Cəfərov Rəşid Kamil oğlu və1976-cı il təvəllüdlü Cəfərova Samirə Əli qızı müxtəlif dərəcəlki bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Yaralılardan X.Cəfərovanın vəziyyəti ağırdır.

    Faktla bağlı araşdırma aparılır.

  • Gəncədə “Volkswagen” 2 qardaşı vurub, onlardan biri ölüb

    Median.Az xəbər verir ki, oktyabrın 31-i saat 20 radələrində Nizami prospektində Gəncə şəhər sakini Arzu Abbasov idarə etdiyi “Volkswagen” markalı avtomobillə həmyerliləri İslam Allahverdiyevi və qardaşı Amini vurub.

    Nəticədə İ.Allahverdiyev hadisə yerində ölüb, digər zərərçəkən isə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

    Kəpəz RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Lökbatanda avtobus piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, oktyabrın 31-i saat 6 radələrində Lökbatan qəsəbəsi ərazisində Abşeron rayon sakini Namiq Məmmədov idarə etdiyi “Daewoo” markalı,130 saylı xətt avtobusla yolu keçən 25-30 yaşlı şəxsi vurub.

    Nəticədə piyada hadisə yerində keçinib.

    Hadisə Qaradağ RPİ və 10-cu polis bölməsinin əməkdaşları tərəfindən araşdırılır.

  • 59 yaşlı qadın intihar etdi

    Gəncə şəhərində 59 yaşlı qadın intihar edib.

    Median.Az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsi 301 ünvanında qeydə alınıb. Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Familə Cəmşid qızı Məmmədova özünü asaraq intihar edib.

    İntiharın səbəbləri hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.