Gəncə şəhərinin sabiq icra başçısı Elmar Vəliyevin qayınanası Dürrü xanım vəfat edib.
Median.Az yenicag.az-a istinadən xəbər verir ki, Yevlax şəhərində yaşayan Dürrü xanım, bu gün dünyasını dəyişib.
Median.Az xəbər verir ki, oktyabrın 29-da Bakı şəhər sakini Əli Abdullayevin xəsarətlə xəstəxanaya gətirilməsi barədə Xəzər RPİ 2-ci polis şöbəsinə məlumat daxil olub.
Araşdırma zamanı, Şağan qəsəbə sakini olan Ə.Abdullayevin həmin gün saat 19 radələrində Buzovna qəsəbəsində avtomobillə vurulması məlum olub.
Əməliyyat-axtarış tədbirləri ilə hadisənin “Mercedes” markalı avtomlobillə törədildiyi müəyyən edilib və həmin nəqliyyat vasitəsinin sürücüsü, Buzovna qəsəbə sakini Mahir Əhmədov saxlanılıb.
Xəzər RPİ-də faktla bağlı araşdırma aparılır.

Median.Az xəbər verir ki, oktyabrın 30-da Daş Salahlı kəndi ərazisində rayon sakinləri Hidayət Osmanovun və İsrayıl Rzayevin idarə etdikləri “VAZ” markalı avtomobil toqquşub.
Nəticədə hər iki sürücü və H.Osmanovun sərnişini olan qızı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Tibbi yardımlara baxmayaraq H.Osmanov orada ölüb.
Qazax RPŞ-də faktla bağlı araşdırma aparılır.
Sumqayıtda selfi çəkmək istəyən turist yıxılaraq ağır xəsarət alıb.
Median.Az report-a istinadən xəbər verir ki, şəhərdəki dənizkənarı bulvarda Gürcüstan vətəndaşı 1993-cü il təvəllüdlü Nika Buruşvili selfi çəkmək istəyən zaman hündürlükdən yıxılıb.
O, bel sümüyünün sınığı diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Sabunçu rayonunda yanğın hadisəsi baş verib.
MediaN.Az FHN-nə istinadən xəbər verir ki, rayon ərazisində ümumi sahəsi 1000 m2 olan tikilinin (taxta sexi kimi fəaliyyət göstərir) içərisində gözətçi otağının yanar konstruksiyaları 30 m2 sahədə yanıb.
Yanğın zamanı bir nəfər yanaraq ölüb. Hazırda onun kimliyi dəqiqləşdirilir.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ötən gecə Bakının Ziya Bünyadov prospektində zəncirvari qəza baş verib.
“Şaqman” markalı yük maşının sürücüsü yol hərəkət qaydalarını pozaraq ötmə əməliyyatı edib. Nəticədə “KamAZ”la yolun sağında divar arasında sıxılaraq qalıb.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.
Qəzadan 30 dəqiqə sonra yük yeri taxılla dolu olan digər bir “Kamaz” DYP xidmətinin maşınına çırpılıb.
Hadisə nəticəsində yaralanan olmayıb, avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırmalar aparılır.

Median.Az xəbər verir ki, oktyabrın 28-i saat 22 radələrində Şiştəpə kəndi ərazisində şəhər sakini Cəmil İbadullayev idarə etdiyi “Lexus” markalı avtomobillə kənd sakini Natiq Məmmədovu vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
Şəmkir RPŞ-də faktla bağlı araşdırma aparılır.

Bakıda iş yerində yanıq xəsarəti alan şəxs ölüb.
Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən “Ekol Mühəndislik xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində çilingər vəzifəsində işləyən 21.07.1988-ci il təvəllüdlü Mustafayev Adəm Alxan oğlu iş yerində yanıq xəsarəti alıb.
Adəm Mustafayev QSC-nin inzibati ərazisindəki sexdə quraşdırılmış motorxanada təmir işləri apararkən motorun kamerasında anidən başlayan yanğın zamanı yanıq xəsarətləri alıb.
Xəstə Respublika Yanıq Mərkəzinə çatdırılıb. Lakin aldığı xəsarətlərdən orada dünyasın dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.//oxu.az

Median.Az xəbər verir ki, oktyabrın 28-də Mingəçevir şəhəri ərazisində, şəhər sakini Mübariz Atayev idarə etdiyi “JAC” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən həmyerlisi Saat Mikayılovu vurub.
Xəstəxanaya yerləşdirilmiş S.Mikayılov orada ölüb.
Mingəçevir ŞPŞ-də faktla bağlı araşdırma aparılır.
Median.Az xəbər verir ki, Şəmkir rayonun Dəllər Cəyir kəndində rayon sakini Elxan Bəylərov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə rayon sakini Tuncay Əliyevi (2008-ci il təv.) vurub.
Nəticədə piyada müxtəlif dərəcəli xəsarətlərlə xəstəxana yerləşdirilib, həkimlər onun həyatını xilas ediblər.
Anoloji hadisə rayonun Çinarlı qəsəbəsində baş verib. Rayon sakini Sənan Məmmədov idarə etdiyi avtomobillə rayon sakini Zəhra Məmmədovanı (2011-ci il təv.) vurub. Nəticədə azyaşlı aldığı ağır xəsarətən ölüb.
Şəmkir RPŞ-də faktlarla bağlı araşdırma aparılır.