Category: Hadisə

  • Gəncədə “Mercedes” piyadanı vurub öldürüb

    Median.Az xəbər verir ki, oktyabrın 26-i saat 22 radələrində Nizami küçəsində şəhər sakini Amin Əliyev idarə etdiyi “Mercedes-Vito” markalı avtomobillə yolu keçən həmyerlisi Tural Talıbovu (1993-cü il təv.) vurub.

    Təcili Tibbi Yardım Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

    Gəncə ŞBPİ-də faktla bağlı araşdırma aparılır.

  • Nizami rayonunda “Ford” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, oktyabrın 25-i saat 13 radələrində Babək prospektində Bakı şəhər sakini Atakişi Alıyev idarə etdiyi “Ford” markalı avtomobillə paytaxt sakini Tural Abdullayevi vurub.

    Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

    Nizami RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Ağdamda “NazLifan” piyadanı vurub öldürüb

    Median.Az xəbər verir ki, Quzanlı qəsəbəsi ərazisində rayon sakini Babək Köçərli İdarə etdiyi “NazLifan” markalı avtomobillə yolu keçən rayon sakini Zülfü Əsədovu vurub.

    Nəticədə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş piyada orada keçinib.

    Ağdam RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Bakıda 2 uşaq anası özünü 5-ci mərtəbədən atdı – Təcili yardım gecikdi

    Bakının mərkəzində səhər saatlarında intihara cəhd hadisəsi qeydə alınıb.

    Median.Az Milli.Az-a istinadən xəbər verir ki, paytaxta gənc qadın yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb.

    Ağrı-acı içində yerdə çabalayan qadın üçün hadisə şahidləri dərhal təcili yardıma zəng etsələr də, yardım gec gəlib. Ağır vəziyyətdə olan qadını necə gəldi təcili yardım maşınına qoyan tibb işçilərinin bu addımı bina sakinlərini bərk qəzəbləndirib.

    Qeyd edək ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Qadının 2 övladı olduğu deyilir.

    Gənc xanımın son vəziyyəti barədə məlumat əldə etməyə çalışırıq.

  • Bakıda hərbçiləri avtomobil vurdu – Yaralıların vəziyyəti ağırdır

    Bu gün Xətai rayonu, Nobel prospektində iki hərbiçini – Vüqar Mahmudovu və Dəniz Qasımovu avtomobil vurub.

    Median.Az virtualaz.org-a istinadən xəbər verir ki, hadisə “Asiman” şadlıq evinin qarşısında baş verib.

    Onlardan birinin 20, digərinin 21 yaşı var.

    Hər iki yaralı təcili yardımla Tibbi Klinik Mərkəzə aparılıb.

    Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkir təsdiqləyib.

    Xəstəxanadan bildiriblər ki, hər iki şəxsdə sınıq və travmalar var. Yaralıların vəziyyəti orta-ağırdır.

  • Hövsanda ağac aşdı: üç qadın yaralandı

    Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində güclü külək nəticəsində ağac aşıb və üç qadın yaralanıb.

    Hadisə Olimpiya Kompleksinin yaxınlığında baş verib.

    Belə ki, qadınlar skamyada əyləşən zaman ağac onların üzərinə aşıb. Qadınlar xəsarət alıblar. Onlardan birinin vəziyyəti ağırdır.

    Səhiyyə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Səfayə Əhmədova saytımıza faktı təsdiq edib.

    Nazirlik rəsmisi qeyd edib ki, qadınlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər:

    “Onlardan biri kəllə-beyin və digəri baş beyinin müştərək zədələnməsi travması alıb. Qadınlardan birinin isə sol qolu zədələnib”.

  • Zərdabda traktorla “VAZ” avtomobili toqquşub, 1 nəfər ölüb

    Median.Az xəbər verir ki, oktyabrın 23-ü saat 19 radələrində Dəkkəoba kəndində şəhər sakini Rövşən Həsənovun idarə etdiyi “Belarus” markalı traktorla Bəyimli qəsəbə sakini Əjdər Əhmədovun idarə etdiyi “VAZ-2104” markalı avtomobil toqquşub.

    Nəticədə Ə.Əhmədov hadisə yerində ölüb.

    Zərdab RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Ucarda baş vermiş yol qəzalarında 3 nəfər ölüb

    Median.Az xəbər verir ki, oktyabrın 23-ü saat 13 radələrində Ucar rayonunun Qaradağlı kəndi ərazisində Gədəbəy rayon sakini Elman Məmmədov idarə etdiyi “VAZ-21063” markalı avtomobili yolun kənarındakı dirəyə vurub.

    Nəticədə sərnişini, arvadı Solmaz hadisə yerində, özü isə xəstəxanaya aparılarkən yolda ölüb.

    Bundan başqa, həmin gün saat 20 radələrində Ucar şəhərinin ərazisində şəhər sakini Rəşad Hüseynov idarə etdiyi “Ford” markalı avtomobillə həmyerlisi Xuraman İsmayılovanı vurub. Nəticədə piyada hadisə yerində keçinib.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsində, habelə Ucar RPŞ-də faktlarla bağlı araşdırmalar aparılır.

  • Tovuzda 22 yaşlı qız dərmandan zəhərlənib

    Tovuz rayonunda 22 yaşlı qadın dərmandan zəhərlənib.

    Median.Az “Report”a istinadən bildirir ki, rayonun Alakol kənd sakini, 1996-cı il təvəllüdlü Türkan Hüseynova xəstəxanaya yerləşdirilib.

    Xəstəxanadan onun artıq miqdarda həb qəbul etdiyinə görə zəhərləndiyi bildirilir.

    Hadisənin intihara cəhd olduğu da ehtimal edilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Abşeronda ana 2 azyaşlı uşağı ilə itkin düşdü

    Abşeron rayonu Xırdalan şəhərində yaşayan bir ailənin üç üzvü itkin düşüb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xırdalanda kirayədə yaşayan 1988-ci il təvəllüdlü Hüseynova Günay İmran qızı 2014-cü il təvəllüdlü qızı Aylin və 2015-ci il təvəllüdlü oğlu Aminlə birgə evdən çıxıb və geri qayıtmayıblar.

    Ana və iki azyaşlının axtarışları polislər tərəfindən davam etdirilir.