Category: Hadisə

  • Naxçıvanda məsciddə yanğın baş verib

    Naxçıvanda məsciddə yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qıvraq qəsəbəsində məscid binasının dam örtüyünün yanar konstruksiyaları 70 kvadratmetr sahədə yanıb, qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Bakıda ağır qəza, məhəccər uşağın üzərinə aşdı – Video

    Bakının Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı səkidə olan uşağın üzərinə məhəccər aşıb.

    Median.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində uşaq ağır xəsarət alaraq yıxılıb və huşsuz vəziyyətdə qalıb.

    Hadisə yerindən keçən, mülki geyimdə xidmət aparan polis əməkdaşları vəziyyətin son dərəcə ağır olduğunu anlayaraq dərhal müdaxilə ediblər.

    Polis əməkdaşları tərəfindən azyaşlı xidməti avtomobillə təcili xəstəxanaya çatdırılıb. Dərhal cərrahi əməliyyat edilən uşağın həyatını xilas etmək mümkün olub.

    Hazırda azyaşlının vəziyyəti həkim nəzarəti altındadır.

  • Sumqayıtda kafel-metlax sexində yanğın olub

    Sumqayıtda kafel-metlax istehsalat müəssisəsində yanğın baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Abdullayev Anar Abdulla oğluna məxsus Sumqayıt şəhəri, Kimyaçılar yaşayış massivi ərazisində yerləşən kafel-metlax yapışdırıcı sexində, “Nanokim” MMC-yə məxsus istehsalat sahəsində yanğın qeydə alınıb.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. Yanğın söndürülərək ərazinin təhlükəsizliyi təmin edilib.

    Faktla bağlı araşdırma aparılır, yanğının başvermə səbəbləri müəyyənləşdirilir.

  • Kürdəmirdə avtomobil aşıb: Xəsarət alanlar var

    Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, İbrahim Novruzov “Hyundai i30” markalı avtomobillə qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

    Qəza zamanı avtomobildə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar və həkim nəzarətinə götürülüblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda 64 yaşlı qadın dəm qazından boğularaq ölüb

    Bakıda 64 yaşlı qadın dəm qazından boğularaq ölüb.
     
    Hadisə Yasamal rayonu, 2-ci Alatava yaşayış massivində qeydə alınıb.
     
    Belə ki, 1961-ci il təvəllüdlü Nağıyeva Təranə Hümbət qızı fərdi yaşayış evinin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
     
    ///apa

  • Lerikdə mikroavtobus dərəyə aşdı, 6 nəfər yaralandı

    Lerikdə mikroavtobus dərəyə aşıb, yaralılar var.

    “Report”un cənub bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

    Belə ki, Lerik istiqamətində hərəkətdə olan “Mercedes Vito” markalı avtomobil idarəetmədən çıxıb və dərəyə aşıb. Avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Məlumata görə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə 6 nəfər yaralı daxil olub.

    İlkin məlumata görə, onlar Bakıdan qayıdan rayon sakinləridir. Xəsrət alanların kimliyi dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Türkan qəsəbəsində obyektdə YANĞIN olub (Video)

    Bu gün səhər saatlarında Bakının Xəzər rayonu, Türkan qəsəbəsində yanğın hadisəsi baş verib.

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, hadisə A.Abdullayev küçəsindəki obyektdə olub.

    “Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar. Yangınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus, ümumi sahəsi 70 kvadratmetr olan avtomobil sürtkü yağlarının satış mağazasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik yerləşən tikililərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Ümumilikdə, obyektə bitişik olan digər tikililər də yanğından mühafizə olunub”, – deyə məlumatda bildirilib.

  • Dövlət qurumunun həyətində kişi infarktdan öldü

    İmişlidə dövlət qurumunun həyətində ölüm hadisəsi olub.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən “Azərenerji”nin həyətində qeydə alınıb.

    Orada işləyən şəhər sakini 67 yaşlı Mehdi Məhərrəm oğlu Vəliyev ürək çatışmazlığından ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Qaxda avtomobil ağaca çırpılıb, sürücü ölüb

    Dekabrın 30-da saat bir radələrində Qax rayonu ərazisində VAZ-21099 avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.

    Qəza nəticəsində sürücü, 1985-ci il təvəllüdlü Tural Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

  • Bakı sakini kanalizasiya quyusuna düşdü

    Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində vətəndaş kanalizasiya quyusuna yıxılaraq, köməksiz vəziyyətdə qalıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları əraziyə cəlb edilib.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1984-cü il təvəllüdlü Nəbiyev Rövşən Feyruz oğlu dərinliyi təqribən 15 metr olan kanalizasiya quyusuna yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.

    Xilasedicilər xüsusi vasitələrin köməyi ilə R.Nəbiyevi quyudan çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.