Category: Hadisə

  • İki “Baku Bus” avtobusu toqquşdu

    Bu gün səhər saatlarında Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində 1 və 13 nömrəli “Bakı Bus” avtobusları toqquşub.

    Median.Az Axar.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində sərnişinlərin xəsarət almadığı qeyd edilib.

    Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev saytımıza açıqlamasında bildirib ki, hazırda hadisənin səbəbləri araşdırılır.

    Qeyd edək ki, bir neçə gün öncə “Bakı Bus”un 3 avtobusu bir-birinə çırpılmışdı.

  • Bakıda 14 yaşlı qız eyvandan paltar asarkən yıxıldı

    Bakıda 14 yaşlı qız eyvandan paltar asarkən yıxılaraq ağır xəsarət alıb.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsi, İsmayılov küçəsi, 3 ünvanında baş verib.

    O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov faktı təsdiqləyərək bildirib ki, bud sümüyünün sınığı və qarnın küt travması diqnozu ilə xəstəxanaya gətirilən yeniyetmənin vəziyyəti orta ağırdır.

  • Şabranda “VAZ 2106” dirəyə çırpılıb, sürücü ölüb

    Median.Az xəbər verir ki, oktyabrın 22-i saat 6 radələrində Şabran şəhərinin ərazisində Pərvin Meylanverdiyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.

    Nəticədə sürücü hadisə yerində ölüb.

    Şabran RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Dağıstanda azərbaycanlıların faciəvi ölümü

    Dərbənddə hüquq-mühafizə orqanları tikintidə aşkar edilmiş üç şəxsin ölüm səbəbini araşdırırlar.

    Median.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, ölənlər Azərbaycan vətəndaşlarıdır.

    Məlumatlara görə, hər üç şəxsin cəsədi Dərbənd şəhərində tikilən hündürmərtəbəli binanın yaxınlığında aşkar edilib. İlkin ehtimallara görə, onlar hündürlükdən yıxılaraq, ölüblər.

    Hazırda faktla bağlı araşdırmalar aparılır.

  • Bakıda dəhşət: 10 yaşlı oğlan ürəyindən güllələndi

    Bakıda 10 yaşlı oğlan bədbəxt hadisənin qurbanı olub.

    Median.Az Publika.az-a istinadən xəbər verir ki, Qaradağ rayon, Ümid qəsəbəsində 2008-ci il təvəllüdlü Abbaszadə Rəsul Teymur oğlu ürək nahiyəsindən aldığı güllə yarası ilə 20 saylı təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına çatdırılıb. Azyaşlı oradaca vəfat edib.

    İlkin araşdırmalar zamanı məlum olub ki, R.Abbaszadə həyətdə oynayarkən həmyaşıdı Rəşad Namazov tir tüfəngi ilə ehtiyatsız davranması nəticəsində atəş açıb. Güllə Rəsulun ürək nahiyəsinə tuş gəlib və o, çatdırıldığı xəstəxanada keçinib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Azərbaycanda polis faciəli şəkildə öldü

    Şabranda ağır qəzada həlak olan polis imiş.

    Median.Az xəbər verir ki, Şabran Rayon Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, idarəetmə hüququ olmayan polis həmkəndlisinin maşını ilə qəza törədərək ölüb.

    Rayonun Sincanboyad kənd sakini, Şabran Rayon Polis Şöbəsinin serjantı 1992-ci il təvəllüdlü Pərvin Əlixan oğlu Meylaverdiyev idarə etdiyi həmkəndlisi Samir Əliyevə məxsus VAZ2106 markalı, 50BD859 dövlət nömrə nişanlı avtomobili səhər saatlarında Bakı-Quba yolunun 122-ci kilometrliyində işıq dirəyinə çırpıb, nəticədə P.Meylaverdiyev hadisə yerində aldığı xəsarətlərdən ölüb.

    Faktla bağlı Şabran Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

  • Azərbaycanda yeni ana olan 26 yaşlı qadın küçədə öldü – TƏFƏRRÜAT

    Balakən rayonunda mərkəzi xəstəxananın əməkdaşı olan 26 yaşlı qadının küçədə qəfil ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb.

    Balakən şəhəri Heydər Əliyev prospektində halı pisləşərək qəfil vəfat edən 1992-ci il təvəllüdlü Şibliyeva Aygün İlqar qızı hadisədən 10 gün əvvəl ana olubmuş. Belə ki, oktyabrın 9-da A.Şibliyeva mərkəzi xəstəxananın doğum şöbəsinə yerləşdirilib və təbii yolla oğlan usağı dünyaya gətirib. Oktyabrın 15-də o, xəstəxanadan evə buraxılıb. 5 gün sonra isə dayanacaqda marşrut gözləyən zaman qəfildən onun halı pisləşərək yıxılıb. 26 yaşlı Aygün xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Bildirili ki, gənc qadın doğuşdan sonra bərpa prosesini yaxşı keçirməyib. O, doğuşdan bir həftə sonra işə çıxmağa başlayıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    ///Publika.az

  • Sumqayıtda sərnişin avtobusu piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, oktyabrın 19-u saat 7 radələrində Sumqayıt şəhərinin Babək küçəsində Abşeron rayon sakini Ramiz Abbasov idarə etdiyi “Hyundai” markalı 522 saylı xətt avtobusu ilə yolu keçən 50-55 yaşlı kişini vurub.

    Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilmiş piyada orada ölüb.

    Sumqayıt ŞPİ-də faktla bağlı araşdırma aparılır.

  • Bakıda daha bir sərnişin avtobusu qəza törətdi: Ölən var

    Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

    Dünən gecə saat 22:00 radələrində Qaradağ rayonu ərazisində, Lökbatan-Xocasən yolunun “Meyvəli” bazarının qarşısından keçən hissəsində 1962-ci il təvəllüdü Ağayev Fərhad Əliqulu oğlu yolu keçməyə çalışan piyadanı vurub.

    Nəticədə, ağır xəsarət alan piyada, 1986-cı il təvəllüdlü Süleyman Nəbiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Məlumata görə, hadisəni törədən avtobus “İ-Qafqaz” MMC şirkətinəməxsus olub.

    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (Publika.az)

  • Hacıqabulda “Mercedes” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, oktyabrın 18-i saat 20 radələrində Hacıqabul rayonunun Muğan qəsəbəsində Ağdaş rayon sakini İlkin Eyvazov idarə etdiyi “Mercedes” markalı avtomobillə Udulu kənd sakini Ağacəfər Səfərovu vurub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.