Category: Hadisə

  • Sumqayıtda dostların dəniz kənarında qonaqlığı faciə ilə bitdi

    Sumqayıt şəhər bulvarında ölüm hadisəsi baş verib.

    Median.Az-ın Report-a istinadən məlumatına görə, Tovuz rayon sakini Cəfərov Vaqif Yahya oğlu iki həmyerlisi ilə birgə dəniz kənarında yeyib-içdikdən sonra çimmək fikrinə düşüb və “Damba” adlanan əraziyə gələrək suya baş vurub.

    Hündür yerdən suya atılan şəxs başı üstə dənizin dayaz hissəsinə düşüb. Nəticədə onun boyun fəqərəsi qırılıb. Kişi aldığı xəsarətlərdən yerindəcə ölüb.

    Meyit müayinə olunması üçün tibbi ekspertizaya aparılıb.

    Hər üç dost Tovuz rayonundan Sumqayıta işləməyə gəlib.

    Faktla bağlı araşdırma aparılır.

  • “Deyirdilər ki, o elə ölməyə layiq idi” – Maşınla “bomj”u öldürən baş həkim

    Binəqədi-Xırdalan şossesində hərəkətdə olarkən sərxoş vəziyyətdə yolu keçmək istəyən Məmmədov Yəhya Məmməd oğlunu vuran baş həkim Arif Yunusov hadisəyə münasibət bildirib.

    Median.Az-ın məlumatına görə, A. Yunusov “Qafqazinfo”ya müraciətində qeyd edib ki, o, 9 saylı Təcili Tibbi Yardım Stansiyasının yox, 16 saylı TTYS-nın baş həkimidir: “Bu hadisə sentyabrın 28-də axşam saat 19:30-da baş verib. Piyada Yəhya Məmmədov küçələrdə yaşayan bomj və alkoqolik olub. Bordürdən səkiyə qalxmaq istəyəndə içkili olduğu üçün arxa üstə yıxılaraq başı maşınım padpresinə dəydi. 30-40 sürətlə getdiyim halda bu hadisə başıma gəldi. Çünki dar bir yoldur. Mənə camaat dedi ki, ona kömək etməyim. Elə hadisə yerindəcə qoyum gedim. Deyirdilər ki, o elə ölməyə layiq idi. Heyf ki qanı gəlib mənə toxundu.

    Ancaq mən insanlıq və həkimlik borcumu yerinə yetirdim. Hadisə yerinə həkim, polis və təhqiqatçı çağırdım.

    O, yüngül beyin silkələnməsi və aşağı qamış sümüyünün sınığı diaqnozu ilə 12 gün xəstəxanada yatıb. Qanında həmin gün 2,9 faiz etanol çıxmışdı. Bu 12 gün ərzində ona xəstəxanada hər gün baş çəkmişəm. Özünə də gəlmişdi, danışırdı. Ölüm diaqnozu isə ağciyər və böyrək çatışmazlığından baş verdi. Qəzayla heç bir əlaqəsi yoxdur”.

    Baş həkim əlavə edib ki, mərhumun ailəsi də ondan şikayətçi deyil: “Bir bacısı var, kasıb ailədir. Digər qardaşı da alkoqolikdir. Onun bütün dəfn və yas xərclərini özüm qarşılamışam. Ailəsi deyir ki, bu başqa vaxt ölsəydi, meyidi onsuz imkansızlıqdan yerdə qalacaqdı”.

  • Təqaüdə çıxa bilməyən kişi özünü parkda yandırdı – Bakıda dəhşət

    ​Bakı sakini özünü yandırıb.

    Hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. Rayon sakini, 1961-ci il təvəllüdlü Kononov Aleksandr Sergeyeviç rayon ərazisində yerləşən parkların birində üzərinə neft tökərək özünü yandırıb. Hadisə yerində olan şəxslərin müdaxiləsi nəticəsində yanğın söndürülüb və o dərhal xəsatəxanaya aparılıb.

    A. Kononov təqüadə çıxa bilməməsinə etiraz edərək özünü yandırıb.

    Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

    ///Open.az

  • 3-cü sinif şagirdi məktəbdə intihar etmək istədi

    Bu gün səhər saatlarında 302 nömrəli tam orta məktəbdən 3-cü sinif şagirdi intihara cəhd edib. Məktəbdən “Qafqazinfo”ya daxil olan məlumata görə, şagird (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) tənəffüs zamanı məktəbin 3-cü mərtəbəsinə qaçaraq özünü pəncərədən atmaq istəyib.

    Müəyyən olunub ki, sözügedən şagirdin ötən tədris ilindən dərsə davamiyyəti yaxşı deyil.

    O, dini təriqətli valideynlərinin təsiri altındadır:

    “Şagirdin qardaşı da bu məktəbdə 2-ci sinifdə təhsil alır. Hər iki şagirdlə bağlı babaları rəhbərliyə müraciət edərək oğlunun dini təriqətə qoşulduğunu deyib və uşaqların təhsildən yayındığını bildirərək məktəbdən kömək istəyib.
    Məktəb rəhbərliyi bununla bağlı şagirdlərin evində olub, valideynlərlə söhbət aparıb, müvafiq tövsiyələr verib. Məktəb psixoloqu və müəllimlər də məsələnin həllinə cəlb olunub.

    Yeni dərs ilindən şagirdlərin dərsə davamiyyəti düzəlsə də, tez-tez dərsdən qaçmağa və digər neqativ addımlar atmağa cəhd edirlər”.

    Qeyd edək ki, ötən gün də 76 nömrəli tam orta məktəbdə 6-cı sinif şagirdi dəhlizdə gözyaşardıcı qaz sıxdığından şagirdlər təxliyyə olunmuşdu.

  • Bakıda ağır qəza: şirkət maşını iki yerə bölündü (VİDEO)

    Bir neçə dəqiqə öncə paytaxtın Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı özəl şirkətlərdən birinə məxsus yük avtomobili yolda üzərində radar aparatı yerləşdirilmiş dəmir konstruksiyaya çırpılıb.

    Qəzadan sonra avtomobil iki yerə bölünüb və maşında olan yüklər yol kənarına dağılıb. Hadisə zamanı xəsarət alanlarla bağlı məlumat yoxdur.

    Qəza nəticəsində avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda parkın ortasında dəhşət: İnsanların gözü qarşısına özünü yandırdı

    Bakı sakini özünü yandırıb.

    Bu gün saat 10 radələrində Xətai rayonu ərazisində – Məhəmməd Hadi küçəsi ilə Neapol küçələrinin kəsişməsindəki parkda 55-60 yaşlı kişi üstünə benzin tökərək özünü yandırıb. Ətrafdakı şəxslərin köməkliyi ilə yanğın söndürülüb və özünə od vuran şəxs əraziyə gəlmiş təcili tibbi yardım maşını ilə 5 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

    İlkin araşdırmalar zamanı məlum olub ki, özünü yandıraraq intihara cəhd edən şəxs Bakı şəhər Xətai rayonu Məhəmməd Hadi küçəsi, bina 89, mənzil 79-da yaşayan 1961-ci il təvəllüdlü Kononov Aleksandr Sergeyeviçdir. Onun uzun müddət nəqliyyat qurumlarından birində çalışdığı üzə çıxıb. Belə ki, A.Kononov özünü yandırmazdan əvvəl məktub yazıb və məktubunda onun təqaüd alma məsələsinin qəsdən yubadıldığını qeyd edib.

    Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Zəruri istintaq tədbirləri həyata keçirilir.

    ///Publika.az

  • Sumqayıtda 34 yaşlı qadın özünü binadan atdı

    Sumqayıt şəhərində 34 yaşlı qadın özünü binadan atıb.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb.

    Belə ki, Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Səidə Səfa qızı Bağırova yaşadığı yaşayış binasından özünü ataraq intihar edib.

    Onun ruhi xəstə olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır

  • Bakı-Sumqayıt yolunda ağır qəza – VİDEO

    Bir neçə dəqiqə əvvəl Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yüksək sürətlə hərəkətdə olan “Hyundai Sonаta” markalı avtomobilin sürücüsü idarəetməni itirib və dəmir maneələrə çırpılıb.

    Qəza Bakı-Sumqayıt yolunda tıxaca səbəb olub.

    Xəsarət alanlarla bağlı məlumat yoxdur. Qəza zamanı avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.

  • Sumqayıtda yük maşını piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, oktyabrın 8-də Sumqayıt şəhəri ərazisində, yolun təmir hissəsində Kəlbəcər rayon sakini Etibar Xanlarov “Shacman” markalı avtomaşını arxaya verərkən Laçın rayon sakini Məzahir Mustafayevi vurub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

  • Bakıda mikroavtobus aşdı: ölən var

    Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 8-də, saat 11:00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Lənkəran rayon sakini Hüseynağa Zəkiyev idarə etdiyi “Ford Transit” markalı mikroavtobusu aşırıb.

    Nəticədə sürücü və sərnişinləri – Lerik rayon sakini Qəmər Salayeva və Davud Qasımov xəstəxanaya yerləşdirilib, Q.Salayeva orada ölüb.

    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.