Category: Hadisə

  • Bakıda avtomobil körpüdən tunelə aşdı – VİDEO

    Paytaxtın Babək prospektində “KİA” markalı avtomobil körpüdən tunelə aşıb.

    Median.Az-ın xəbərinə görə, görüntüləri Baku.TV saytı yayıb.

    Hadisə şahidləri bildiriblər ki, Heydər Əliyev prospektindən Babək prospekti istiqamətində hərəkətdə olan “KİA” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi körpüdən tunelə aşıb.

    Hadisə nəticəsində sürücü yüngül xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Novxanıda “İSUZU” yol kənarı ilə gedən 2 nəfəri vurub, öldürüb

    Median.Az xəbər verir ki, oktyabrın 2-də Novxanı qəsəbəsində Sumqayıt şəhər sakini Fəxrəddin Bəşirov idarə etdiyi “İSUZU” markalı avtomaşınla yolun kənarı ilə gedən qəsəbə sakinləri Ayxan Qasımovu və Rasim Bayramovu vurub.

    Nəticədə zərərçəkmişlər hadisə yerində ölüblər.

    Binəqədi RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Sumqayıtda futbolçu qəzada həlak oldu – FOTO

    “Sumqayıt”ın U-15 komandasının futbolçusu Ayxan Qasımov avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

    Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

    “Sumqayıt” Futbol Klubu futbolçunun vəfatından kədərləndiyini bildirib və ailəsinə dərin hüznlə başsağlığı verib.

  • Qobustanda “KAMAZ” uşağı vurub öldürüb

    Median.Az xəbər verir ki, oktyabrın 1-də Qaradağ rayonunun Qobustan qəsəbəsində Bakı şəhər sakini Vüqar Paşayev idarə etdiyi “KamAZ” markalı avtomaşınla qəsəbə sakini Ayxan Hüseynovu (2009-cu il təv.) vurub.

    Nəticədə azyaşlı hadisə yerində ölüb.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

  • Sumqayıtda piyadanı öldürüb, qaçan sürücü saxlanılıb

    Median.Az xəbər verir ki, sentyabrın 28-i saat 19 radələrində 18-ci mikrorayon ərazisində müəyyən edilməmiş avtomobillə şəhər sakini Sevil İbrahimova vurulub. Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) yerləşdirilmiş piyada sentyabrın 30-da orada ölüb.

    Yol-nəqliyyat hadisəsini törədən “Toyota” markalı avtomobilin sürücüsü, şəhər sakini Elçin Allahverdiyev Sumqayıt ŞPİ 1-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Sumqayıt ŞPİ İstintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb.

  • Ağcabədi rayonunda “VAZ”la traktor toqquşub, 1 nəfər ölüb

    Median.Az xəbər verir ki, sentyabrın 29-da rayon ərazisində Qaravəlli kənd sakini Hüseyn Bayramovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillə şəhər sakini Elçin İbrahimovun idarə etdiyi “MTZ-82” markalı traktor toqquşub.

    Nəticədə “VAZ”-ın sərnişini, sürücünün atası Mehdi Bayramov Mərkəzi Rayon Xəstəxanasında keçinib.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

  • Neftçalada üç yaşlı uşağı cərəyan vurdu

    Neftçala rayonunda azyaşlı uşağı elektrik cərəyanı vurub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Bankə qəsəbəsində qeydə alınıb.

    2015-ci il təvəllüdlü Qənbərov Ziya Zəfər oğlu əli ilə divardan asılı qalan elektrik naqilinə toxunub və nəticədə onu cərəyan vuraraq öldürüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda piyadanı vurub qaçan sürücü saxlanılıb

    Median.Az xəbər verir ki, Nizami RPİ 24-cü polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 26-da paytaxt sakini Afiq Bayramovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən “VAZ-2107” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Həsən Quliyev saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Sabunçuda “ZİL” nənə ilə nəvəni vurub öldürüb

    Median.Az xəbər verir ki, sentyabrın 28-i saat 19 radələrində Sabunçu qəsəbəsində Bakı şəhər sakini Tərlan İmanov idarə etdiyi “Zil-130” markalı yük avtomaşını ilə paytaxt sakinləri Güllü Salmanovanı, azyaşlı nəvələri Aygün və İlkin Məmmədovları vurub.

    Zərəçəkmişlər 3 saylı şəhər klinik xəstəxanasına çatdırılsalar da, G.Salmanova və A.Məmmədova orada keçiniblər.

    Sabunçu RPİ İstintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb.

  • Şəkidə “Chevrolet” ağaça çırpılıb, bir nəfər ölüb

    Median.Az xəbər verir ki, sentyabrın 28-i saat 14 radələrində İncə kəndi ərazisində Şahmir Qalayçıyev idarə etdiyi “Chevrolet” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

    Nəticədə sərnişini, arvadı Lali Qalayçıyeva hadisə yerində ölüb, digər sərnişini isə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

    Şəki ŞRPŞ-də faktla bağlı araşdırma aparılır.