Category: Hadisə

  • Bərdədə 22 yaşlı qız intihar etdi

    Bərdə rayonunda 22 yaşlı qız intihar edib.

    Median.Az report-a istinadən xəbər verir ki, rayonun Ərəblər kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədova Nailə Şakir qızı özünü asaraq öldürüb.

    İntiharın səbəbləri hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Lənkərandan Bakıya gələn mikroavtobus aşdı: yaralılar var

    Lənkəran rayonundan Bakıya gələn mikroavtobus paytaxtın Qaradağ rayonunda aşıb.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə zamanı 2-si qadın olmaqla 6 nəfər xəsarət alıb.

    Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov açıqlamasında deyib ki, təcili tibbi yardım maşınları hadisə yerindən 6 yaralını xəstəxanaya aparır.

    O qeyd edib ki, yaralılardan 4-ü kişidir: “Kişilərdən biri Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına, digər 5 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilir”.

  • Qəbələdə ərəblərin qaldığı ev yanıb, ölən var – YENİLƏNİB

    Qəbələ rayonunda ərəb turistlərin qaldığı evdə baş verən yanğın zamanı bir nəfər ölüb, altı nəfər yaralanıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, hadisə zamanı evdə olan Küveyt vətəndaşları – 1993-cü il təvəllüdlü Əhmad Adnan Əl-Həmidi, 2001-ci il təvəllüdlü Nura Adnan Əl-Həmidi, 1989-ci il təvəllüdlü Sara Adnan Əl-Həmidi, 2017-ci il təvəllüdlü Adam Mudar Əl-Dehni, 1960-ci il təvəllüdlü Raba Muhammed Əl-Rovaşda, 1958-ci il təvəllüdlü Adnan Əl-Həmidi müxtəlif dərəcəli bədən xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Yaralılara ilkin tibbi yardım göstərilib, onlardan üç nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    * * * * *

    Qəbələ rayonunda ərəb turistlərin yaşadığı evdə yanğın olub.

    Median.Az Report-a istinadən xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən fərdi evlərdən birində baş verib.

    Belə ki, ərəb turistlərin kirayələyərək yaşadığı evdə baş verən yanğın zamanı bir nəfər ölüb, iki nəfər yaralanıb.

    Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Qəbələ Rayon Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb.

    Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda daha bir doğuş faciəsi – Körpə öldü

    İmişli rayonuda yeni doğulan körpə ölüb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, İmişli rayon sakini, 2000-ci il təvəllüdlü Şahbazlı Nəzrin Saleh qızı oktyabrın 3-də gecə saatlarında doğuş sancıları ilə İmişli rayon Mərkəzi Xəstəxanasına daxil olub.

    Qadın xəstəxanada oğlan uşağı dünyaya gətirib. Uşaq oktyabrın 6-da gecə saat 1 radələrində xəstəxanada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda daha bir avtobus qəzası: xəsarət alanlar var

    Bakıda daha bir avtobus qəzası baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə aeroport yolunda qeydə alınıb.

    Belə ki, 160 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusu minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilini idarə edən 1976-cı il təvəllüdlü Mənsurə Məmmədova və onun 6 yaşlı övladı Rəşad Məmmədov xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, bu, son bir həftədə 160 saylı xətt avtobusunun törətdiyi ikinci yol qəzasıdır. Bundan bir neçə gün əvvəl həmin xətt üzrə hərəkət edən marşrut avtobusunun qatarla toqquşması nəticəsində iki nəfər ölüb, 40 nəfər xəsarət alıb.

  • Fəhlələri daşıyan avtomobil aşdı: iki ölü, iki yaralı – YENİLƏNİB

    Göygöldə fəhlələri daşıyan yük avtomobilinin qəzaya uğraması nəticəsində ölənlərin və yaralananların kimlikləri məlum olub.

    Median.Az-ın Report-a istinadən məlumatına görə, Göygöl şəhər Təmizlik İdarəsinə məxsus yük maşınının idarəetmədən çıxaraq aşması nəticəsində Göygöl şəhər sakini, 1966-cı il təvəllüdlü Elman Saleh oğlu İmanov və Göygöl rayon Toğana kənd sakini, 1967-ci il təvəllüdlü Niyazi Mircəfər oğlu Verdiyev ölüb.

    Onların meyitləri aşan avtomobilin altından çıxarılaraq morqa aparılıb.

    Hadisə zamanı Göygöl rayon sakinləri, 1980-ci il təvəllüdlü Habil Telman oğlu İmanov və 1978-ci il təvəllüdlü Vaqif Renger oğlu Nəcəfov yaralanıblar. Qəzaya uğrayan yük maşınının sürücüsü isə xəsarət almayıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

    * * * * *

    Göygöldə baş verən ağır yol qəzası nəticəsində iki nəfər ölüb, iki nəfər xəsarət alıb.

    Median.Az-ın Report-a istinadən məlumatına görə, hadisə Göygöl şəhərində qeydə alınıb.

    İlkin məlumata görə, rayonun təmizlik idarəsinə məxsus yük maşınının aşması nəticəsində iki nəfər avtomobilin altında qalaraq ölüb. Daha iki nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

    Meyitlərin yük maşınının altından çıxıarılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Sumqayıtda 34 yaşlı qadın faciəli şəkildə öldü

    Sumqayıtda intihar hadisəsi baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə 6-cı mikrorayon ərazisində baş verib.

    Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü İsayeva Vüsalə Bəşir Qızı özünü yaşadığı 6-cı mikrayon, 35 saylı binanın damından ataraq intihar edib.

    İntiharın səbəbi hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda 7-ci sinif şagirdi məktəbdə öldü

    Dünən 18:00 radələrində Xəzər rayonu 26 nömrəli tam orta məktəbdə ölüm hadisəsi baş verib.

    Median.Az Azvision.az-a istinadən xəbər verir ki, həmin məktəbdə 125 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi dünyasını dəyişib.

    Məktəbin həkimi həmin vaxt orada olmayıb. İdman müəllimi isə ilk tibbi yardım göstərə bilməyib. Vəfat edən şagird ailənin tək övladı olub.

    26 nömrəli tam orta məktəbdən bildirilib ki, məktəbin Teymur adlı idman müəllimi evə gedərkən qohumu Məmmədağa Zeynalovun halsız olduğunu görüb və onu özü ilə birlikdə məktəbə gətirib:

    “Dünyasını dəyişən şəxs ürək əməliyyatı keçirib və epilepsiya xəstəliyindən əziyyət çəkib. Teymur müəllim hadisə zamanı ona ilkin tibbi yardım göstərmək istəyib. Poliklinikada çalışan yoldaşına zəng edib. Uşağa dərhal ilkin yardım göstərilib. Təəssüf ki, təcili tibbi yardım gələnədək uşaq vəfat edib”.

    Məlumatda qeyd edilib ki, dünyasını dəyişən şagird Xəzər rayonu 125 nömrəli məktəbdə oxuyub. O, 26 nömrəli məktəbdə dərs deyən idman müəlliminin xalası nəvəsidir.

  • Bakıda dəhşət: lift qırılıb xadimənin başına düşdü

    Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

    Median.Az yenicag.az-a istinadən xəbər verir ki, 5-ci mikrorayonda Asif Məhərrəmov 44a ünvanında yerləşən yaşayış binasının təmirdə olan lifti zənciri qırılaraq şaxtaya düşüb.

    Bu zaman aşağıda təmizlik işləri aparan xadimə liftin altında qalıb. Onun elə hadisə yerindəcə keçindiyi bildirilir.

  • Ağdamda “VAZ 2107” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, oktyabrın 3-ü saat 19 radələrində Quzanlı qəsəbəsində Kamil Şirinov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə qəsəbə sakini Ələddin Əsgərovu vurub.

    Nəticədə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş piyada orada ölüb.