Category: Hadisə

  • Yevlaxda “KİA” piyadanı vurub

    Median.Az xəbər verir ki, sentyabrın 27-də Yevlax şəhəri ərazisində Mingəçevir şəhər sakini Elvin İbrahimov idarə etdiyi “KİA” markalı avtomobillə şəhər sakini Baloğlan Həşimovu vurub.

    Nəticədə piyada Mərkəzi Rayon Xəstəxanasında ölüb.

    Yevlax RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Qobuda “VAZ 21013” 5 yaşlı uşağı vurub öldürüb

    Median.Az xəbər verir ki, sentyabrın 27-i saat 17 radələrində Qobu qəsəbəsində Kürdəmir rayon sakini Zahir Məlikov idarə etdiyi “VAZ-21013” markalı avtomobillə qəsəbə sakini
    Nuran Güləliyevanı (2013-cü il təv.) vurub.

    Nəticədə xəstəxanaya çatdırılan uşaq orada ölüb.

    Abşeron RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Qala qəsəbəsində “Mercedes” piyadanı vurub öldürüb

    Median.Az xəbər verir ki, sentyabrın 26-ı saat 19 radələrində Qala qəsəbəsində Bakı şəhər sakini Zaur Məlikaslanov idarə etdiyi “Mercedes” markalı avtomobillə həmyerlisi İmran Ağayevi vurub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    Xəzər RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Bulvarda gənc qız sevgilisinə görə özünü dənizə atdı

    Dənizkənarı Milli Parkda gənc qız intihara cəhd edib.

    Median.Az Report-a istinadən xəbər verir ki, Beyləqan rayon sakini, Bakı şəhəri, Sabunçu rayonunda kirayədə yaşayan V.Ş. özünü dənizə atmağa cəhd edib.

    Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları və polis intiharın qarşısını alıb.

    V.Ş. intihar etmək istəməsinə ilkin səbəb kimi sevdiyi oğlanın ondan ayrılmasını göstərib.

  • Qaradağda yük maşını qəza törədib, sürücü ölüb

    Median.Az xəbər verir ki, Qaradağ rayonunun Ələt qəsəbəsində Şərur rayon sakini Mirheydər Tağıyev idarə etdiyi “KamAZ” markalı avtomaşını yol ayırıcısına vurub.

    Nəticədə ağır bədən xəsarətləri alan sürücü xəstəxanada keçinib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bərdədə “Oka” qəza törədib, sürücü ölüb

    Median.Az xəbər verir ki, sentyabrın 25-i saat 20 radələrində Bərdə şəhərinin ərazisində şəhər sakini Azər Həzili idarə etdiyi “Oka” markalı avtomobili yol ayırıcısına vurub.

    Nəticədə sürücü hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Yevlaxda “Hyundai” piyadanı vurub öldürüb

    Median.Az xəbər verir ki, Yevlax şəhəri ərazisində şəhər sakini Vasif Məmmədəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə həmyerlisi M.Əliyevanı vurub.

    Nəticədə Mərkəzi Rayon Xəstəxanaya yerləşdirilmiş piyada orada keçinib.

    Yevlax RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Ağcabədidə “Mercedes” ağaça çırpılıb, sərnişin ölüb

    Median.Az xəbər verir ki, sentyabrın 24-ü saat 4 radələrində Hindarx qəsəbəsində şəhər sakini Rizvan Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobili ağaca vurub.

    Nəticədə sərnişin Afaq Qocayeva hadisə yerində ölüb, sürücü müxtəlif dərəcəli xəsarətlərlə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

    Ağcabədi RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Qaraçuxurda “Opel” piyadanı vurub öldürüb

    Median.Az xəbər verir ki, sentyabrın 24-ü gecə saat 1 radələrində Qaraçuxur qəsəbəsində Bakı şəhər sakini Samir Abbasov idarə etdiyi “Opel” markalı avtomobillə paytaxt sakini Seymur Səfərovu vurub.

    Nəticədə piyada hadisə yerində ölüb, sürücü ilkin araşdırma üçün Suraxanı RPİ 32-ci polis bölməsinə gətirilib.

    Araşdırma aparılır.

  • Şəmkirdə yol qəzasında 2 nəfər ölüb

    Median.Az xəbər verir ki, sentyabrın 23-də Abbaslı kəndi ərazisində rayon sakini Yalçın Babayevin idarə etdiyi “VAZ-2106” və Ağstafa rayon sakini Elvin Salahovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

    Nəticədə Y.Babayev və bir sərnişini hadisə yerində ölüb, daha 2 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

    Şəmkir RPŞ-də faktla bağlı araşdırma aparılır.