Category: Hadisə

  • Binəqədi rayonunda “Hyundai” piyadanı vurub öldürüb

    Median.Az xəbər verir ki, sentyabrın 20-də Binəqədi rayonu ərazisində Abşeron rayon sakini Cavid Baxışov idarə etdiyi “Hyundai” markalı avtomobillə Bakı şəhər sakini Əliqulu Cabbarovu vurmuşdur.

    Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

    DIN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

  • Nobel prospektində “Hyundai” dirəyə çırpılıb, 4 nəfər ölüb

    Median.Az xəbər verir ki, sentyabrın 20-i saat 18 radələrində Nobel prospektində Bakı şəhər sakini Anar Əzimov idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı dirəyə vurub.

    Nəticədə sürücü və sərnişinləri – Həsən Məmmədsadıqov, Nurlan Rüstəmov və Hafiz Bilalov hadisə yerində ölüblər.

    Xətai RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Tovuzda yük avyomaşını piyadanı vurub öldürüb

    Median.Az xəbər verir ki, sentyabrın 19-da Tovuz şəhərində Şəmkir rayon sakini Şükür Əhmədov idarə etdiyi “Hyundai” markalı yük avtomsaşını ilə şəhər sakini Səlmiş İsmayılovanı vurub.

    Nəticədə ağır xəsarətlər alan qadın Mərkəzi Rayon Xəstəxanasında ölüb.

    Tovuz RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Pirşağıda “Honda” piyadanı vurub öldürüb

    Median.Az xəbər verir ki, sentyabrın 19-da Pirşağı qəsəbəsində qəsəbə sakini Balahüseyn Ağayev idarə etdiyi “Honda” markalı avtomobillə həmyerlisi Zülfi Əlibalaoğlunu vurub.

    Nəticədə piyada 3 saylı şəhər klinik xəstəxanasına aparılarkən yolda keçinib.

    Sabunçu RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda məktəb yandı

    Quba rayonunda məktəb binasında yanğın olub.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Xaltan inzibati ərazi dairəsində yerləşən Çarxaçu dağ kəndində son tamamlama işləri aparılan modul tipli məktəbdə qeydə alınıb.

    Yanğına elektrik xətlərində yaranan qısaqapanmanın səbəb olduğu bildirilir.

    Hadisə yerinə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və digər rəhbər şəxslər də gəlib.

    Faktla bağlı araşdırma aparılır.

  • Sabirabad rayonunda “Mercedes” piyadanı vurub öldürüb

    Median.Az xəbər verir ki, Zəngənə kəndi ərazisində rayon sakini Sadəli Şahlarov idarə etdiyi “Mercedes” markalı avtomobillə rayon sakini Hakim Məhərrəmovu vurub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    Sabirabad RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Suraxanıda 54 yaşlı kişi su quyusuna düşüb

    Bakının Suraxanı rayonunda 54 yaşlı şəxs su quyusuna düşüb.

    Median.Az-ın FHN-ə istinadən məlumatına görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda su quyusunda aşkar edilmiş 1964-cü il təvəllüdlü Nuriyev Emin Rüstəm oğlunun meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

    Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri E.Nuriyevin meyitini dərinliyi, təqribən, 6 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

    Əməliyyat başa çatıb.

  • Bu il universitetə qəbul olan 2 tələbə dənizdə boğuldu – Sumqayıtda

    Xəzər dənizinin Sumqayıt hissəsində boğulan gənclərin hər ikisi tələbə olub.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.

    Belə ki, Cəlilabad rayonu, Uzuntəpə kənd sakinləri – 2000-ci il təvəllüdlü Hüseynov Fərid Ələddin oğlu və 1999-cu il təvəllüdlü Bağırzadə Hakim Hatəm oğlu dənizdə çimərkən boğulublar.

    Onların meyiti FHN-in dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq yaxınlarına təhvil verilib.

    Məlum olub ki, hər iki şəxs bu il ali məktəblərdən birinə qəbul olublar. Onlar sentyabrın 14-də yeni dərs ilinin başlaması ilə əlaqədar olaraq Cəlilabaddan Sumqayıta köçüblər.

  • Şamaxıda “Moskviç” piyadanı vurub

    Median.Az xəbər verir ki, Şamaxı şəhərində şəhər sakini Əliağa Abdullayev idarə etdiyi “Moskviç-2140” markalı avtomobillə Quşçu kənd sakini Mürayət İsmayılovu vurub.

    Ağır xəsarət alan piyada Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib.

    Şamaxı RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda ağır qəza – avtobus “Kamaz”la toqquşdu: 15 yaralı

    Sumqayıt şəhərində içi sərnişinlə dolu avtobus qəza törədib.

    Median.Az-ın “Report”a istinadla verdiyi məlumata görə, Sumqayıtdan Hacı Zeynalabdin qəsəbəsi istiqamətində hərəkətdə olan 3 saylı sərnişin avtobusu “Kamaz” markalı yük maşını toqquşub.

    Nəticədə avtobusda olan şərnişinlərdən 15 nəfəri xəsarət alıb. Yaralananlar dərhal Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılıb.

    Sumqayıt şəhərində sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində yaralananların adları məlum olub.

    Qəzada xəsarət alan avtobus sərnişinləri bunlardır:

    1986-cı il təvəllüdlü Vəliyeva Binyət Ömər qızı

    1983 cü il təvəllüdlü Vəliyeva Aysel Ömər qızı

    2011-ci təvəllüdlü Məmmədzadə Özgür Sahib oğlu

    1988-ci il təvəllüdlü Məmmədzadə Rəvanə Sahib qızı

    2009-cu il təvəllüdlü Rzayev Ömər Aqşin oğlu

    REKLAM

    facebook.com

    Daha ətraflı
    Native Video by Adributor

    2006-cı il təvəllüdlü Qurbanov Nihat Qurban oğlu

    1953-cü il təvəllüdlü Məmmədova Nərgiz Mahmud qızı

    1971-ci il təvəllüdlü Feyzullayev Feyzulla Əzizulla oğlu

    1982-ci il təvəllüdlü Nuraliyeva Aynurə Rasim qızı

    1995-ci il təvəllüdlü Mahmudov Bəhram Əhmədağa oğlu

    1963-cü il təvəllüdlü Feyzalıyeva Nailə Qardaşxan qızı

    1982-ci il təvəllüdlü Qurbanova Sevinc Xıdır qızı

    2008-ci təvəllüdlü Qurbanova Aysun Qurban qızı.

    Xəsarət alanlardan biri – 2011-ci təvəllüdlü Məmmədzadə Özgür Sahib oğlunun vəziyyəti ağırdır.

    İki nəfər qeydiyyata düşməyib.