Category: Hadisə

  • Qaradağ rayonunda “Mercedes” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, sentyabrın 10-da Qaradağ rayonunun Salyan yolu küçəsində Şəmkir rayon sakini İsgəndər Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə Füzuli rayon sakini Mahir Ağayevi vurub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    DIN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

  • Qəbələdə “Nissan” dirəyə çırpılıb, sürücü ölüb

    Median.Az xəbər verir ki, sentyabrın 6-ı saat 21 radələrində Qəbələ şəhəri ərazisində rayon sakini Vüqar İsmayılov idarə etdiyi “Nissan” markalı avtomobili yolu kənarındakı elektrik dirəyinə vurub.

    Nəticədə sürücü və sərnişini Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər, amma göstərilən tibbi yardımlara baxmayaraq ayın 8-də V.İsmayılov orada keçinib.

    Qəbələ RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Bakıda ölən piyadanın yaxınları axtarılır – FOTO

    Bakıda avtomobilin vuraraq öldürdüyü piyadanın yaxınları axtarılır.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 5-də gecə saat 01:24-də Nərimanov rayonu Z.Bünyadov prospektində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında 55-60 yaşlarında naməlum kişi yol nəqliyyat hadisəsi zamanı avtomobil vurması nəticəsində dünyasını dəyişib.

    Onun xarakterik əlamətləri: boyu 170-santimetr, arıq bədən quruluşlu, saçları ağdır. Şəxsiyyəti məlum olmayan şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə (012) 490-88-27, həmçinin 055-277-71-53 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

  • Sabirabad rayonunda “Mercedes” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, sentyabrın 8-nə keçən gecə Cəngən kəndi ərazisində Salyan rayon sakini Rövşən İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə kənd sakini Lamiyə Mərdanovanı vurub.

    Nəticədə xəsarət alan piyada Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib.

    Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

  • Sabirabadda qəza: Bacısının toyundan qayıdan qızı maşın vurub öldürdü

    Ötən axşam Sabirabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Salyan-Sabirabad avtomobil yolunun Sabirabad rayonunun Cəngən kəndindən keçən hissəsində 18 yaşlı kənd sakini Lamiyə Xalıq qızı Mərdanova Salyan rayonunun Ərəbqardaşbəyli kənd sakini, 31 yaşlı Rövşən Elşən oğlu İsmayılovun idarə etdiyi “Mercedes-C” markalı 90 EH 382 dövlət nömrə nişanlı minik maşını ilə vurulub. Hadisə baş verən zaman piyada L.Mərdanova yaxınları ilə birgə bacısının Salyan rayonunda keçirilən toy məclisindən qayıdırmış. Onlar avtobusdan düşərək yolu keçmək istədikləri zaman Lamiyəni maşın vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

    Bundan qəzəblənən həyatını itirmiş piyadanın yaxınları sürücünü döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiklərindən o, maşını hadisə yerində qoyaraq könüllü Salyan Rayon Polis Şöbəsinə gəlib və təslim olub.

  • Daha bir körpə doğuş zamanı öldü

    Quba rayonunda doğuş zamanı körpə ölümü baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, Quba şəhər sakini, 1994-cü il təvəllüdlü Turac Nəzər qızı Sultanova Quba Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə doğuş üçün aparılıb. Lakin ilk hamiləliyindən dünyaya gətirdiyi oğlan körpəsi ölü doğulub.

    T.Sultnovanın qayınatası Salman Sultanov açıqlamasında hadisənin həkimlərin səhlənkarlığı ucbatından baş verdiyini bildirib. O, faktın araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edəcəyini də bildirib: “Gəlinim hamiləliyin ən son anlarınadək həkim nəzarətində olub. Heç bir problem olmadığını bildiriblər. Lakin doğuşa gedən gəlinimə 20 dəqiqədən sonra körpənin artıq bətində öldüyünü deyiblər. Nəvəmin ölümünə səbəb həkimlərin səhlənkarlığı olub”.

    Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlyar Sərvərov isə “Report”un yerli bürosuna deyib ki, doğuş zamanı döl ölü doğulub: “Bu həkim səhvi deyil, ananın patalogiyası hesab olunur”.

    Faktla bağlı araşdırma aparılır.

  • Yevlax rayonunda “VAZ 21214” aşıb, sərnişin ölüb

    Median.Az xəbər verir ki, sentyabrın 5-i gecə saat 1 radələrində Yevlax rayonu ərazisində rayon sakini Səməndər Heydərov idarə etdiyi “VAZ-21214” markalı avtomobili aşırıb.

    Nəticədə sərnişin Sadıx Heydərov ağır xəsarətlərlə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və sentyabrın 6-da orada ölüb.

    DIN Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

  • Yevlax sakini avtomaşınla nəvəsini vurub, öldürüb

    Median.Az xəbər verir ki, sentyabrın 6-ı saat 17 radələrində Yevlax şəhər sakini Novruz Nağıyev “Volkswagen” markalı avtomobili idarə edərkən evin həyətində nəvəsi – 3 yaşlı Ramiz Əlizadəni vurub.

    Nəticədə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş uşaq orada ölüb.

    Yevlax RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Qazaxda “VAZ 2106” piyadanı vurub

    Median.Az xəbər verir ki, Qazaxbəyli kəndi ərazisində rayon sakini Turxan Nəzərov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Bakı şəhər sakini Əlövsət Nəsibovu vurub.

    Nəticədə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş piyada orada keçinib.

    Qazax RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Binəqədi rayonunda “Mercedes” piyadanı vurub

    Median.Az xəbər verir ki, sentyabrın 2-i gecə saat 3 radələrində Novxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Sərxan Bayramzadə idarə etdiyi “Mercedes” markalı avtomobillə Sumqayıt şəhər sakini Babək Dadaşovu vurub.

    Nəticədə Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş piyada sentyabrın 4-də orada keçinib.
    Binəqədi RPİ-də faktla bağlı araşdırma aparılır.