Category: Hadisə

  • Qaxda çoban faciəli şəkildə öldü – Cəsədini FHN-nin helikopteri götürdü

    Qaxda çoban yüksək dağlıq ərazidə yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb

    Median.Az xəbər verir ki, hadisə ötən gün Böyük Qafqaz dağlarının rayonun İlusu kəndi yaxınlığından keçən hissəsində mürəkkəb relyefli yüksək dağ massivində baş verib.

    Çobanlıqla məşğul olan Qax şəhər sakini Radiq Eldar oğlu Əsgərov ərazidə yıxılaraq aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

    R.Əsgərovun meyiti ərazidən FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi və Aviasiya dəstəsinin “Mi-17” helikopteri tərəfindən götürülüb.

    Məlumata görə, R.Əsgərov ötən gün İlisu kəndində olub. O, dağa geri qayıdarkən İlisu ərazisində spirtli içki içib və hadisə baş verən zaman sərxoş olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Binə qəsəbəsində “VAZ 21099” piyadanı vurub öldürüb

    Median.Az xəbər verir ki, sentyabrın 14-də Binə qəsəbəsi ərazisində qəsəbə sakini Eynulla Mirzəyev idarə etdiyi “VAZ-21099” markalı avtomobillə həmyerlisi Mahmud Məmmədovu vurub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    Xəzər RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Şamaxıda yol qəzasında bir nəfər ölüb

    Median.Az xəbər verir ki, sentyabrın 13-ü saat 12 radələrində Əngəxəran kəndi ərazisində şəhər sakini İlham Niyazovun idarə etdiyi “Nissan” və Zarad kənd sakini Bahadur İmaməliyevin idarə etdiyi “UAZ” markalı avtomaşınlar toqquşub.

    Nəticədə İ.Niyazov hadisə yerində ölüb, xəsarət alan B.İmaməliyev Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

    Şamaxı RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Bakıda 16 yaşlı oğlan balkondan yıxılıb öldü

    Bakıda yeniyetmə oğlan bədbəxt hadisə nəticəsində ölüb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

    Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi ev 7, mənzil 33-də yaşayan, 2002-ci il təvəllüdlü Əhmədov Kamran Eldar oğlu yaşadığı binanın 4-cü mərtəbəsindəki mənzilin balkonundan yıxılaraq ölüb.

    Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

  • Bakı metrosunun əməkdaşı iş yerində öldü

    “Bakı Metropoliteni”nin əməkdaşı iş vaxtı ölüb.

    Median.Az Report-a istinadla xəbər verir ki, metropolitendə mühəndis işləyən 61 yaşlı Vaqif Mikayılov “İnşaatçılar” stansiyasında işdə olan zaman dünyasını dəyişib.

    Onun ürəktutmadan öldüyü bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Şamaxıda ağır qəza: Ölən və yaralanan var

    Şamaxı-Pirqulu avtomobil yolunun Əngəxaran kəndi yaxınlığında yol nəqliyyat hadisəsi baş verib.

    Iki avtomobilin toqquşması nəticəsində avtomobillərdən birinin sürücüsü, 1991-cü il təvəllüdlü Şamaxı şəhər sakini Poladov İlham Polad oğlu hadisə yerində dünyasını dəyişib.

    Digər avtomobilin sürücüsü, Şamaxı rayon Zarat-Xeybəri kənd sakini, 1948-ci il təvəllüdlü İmaməliyev Bahadur Məhərrəm oğlu ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilib.

    Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

    Hadisənin dəqiq səbəbləri araşdırılır.

  • Bakıda yaşayış binasında yanğın – Video

    Paytaxtın Nəsimi rayonunda, İmam Əli məscidinin yaxınlığında hündürmərtəbəli yaşayış binasında yanğın baş verib.

    “Qafqazinfo”nun məlumatın görə, yanğın yuxarı mərtəbələrdən birində balkonda çıxıb.

    Yanğınsöndürənlər hadisə yerinə gələnə kimi, yanğın qonşuların köməkliyi ilə söndürülüb və alovun digər mərtəbələrə yayılmasının qarşısı alınıb.

  • Bakıda “Azərişıq”ın əməkdaşı faciəli şəkildə öldü

    Bakıda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin işçisi elektrik cərəyanı vurması nəticəsində ölüb.

    Hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

    “Azərişıq” ASC-nin Nərimanov rayon Enerji Təchizatı və Satışı İdarəsində 4-cü dərəcəli usta işləyən, 1987-ci il təvəllüdlü Əliyev Ziyəddin Əhəd oğlu Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 21 ünvanında yerləşən 220 saylı yarımstansiyanın qapalı paylayıcı bölməsinin elektrik yuvasında təmir və təmizlik işləri apararkən ehtiyatsızlıqdan açıq elektrik naqilinə toxunub.

    Hadisə nəticəsində onu elektrik cərəyanı vurub öldürüb.

    Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlayıb, istintaq aparılır.

  • Ağsu sakini evində diri-diri yanaraq öldü

    Ağsu şəhəri, Mikayıl Müşfiq 17 ünvanında yanğın baş verib.

    Baş verən yanğın zamanı ev sahibi ölüb.

    Hadisə gecə 04:00 radələrində qeydə alınıb. Bir anda alovlanan ev yanmağa başlayıb. Bir mərtəbəli, iki otaqlı evdə qeydə alınan yanğın zamanı ev sahibi, Ağsu şəhər sakini, 1974-cü il təvəllüdlü Mürsəlov Mübariz Möhtərəm oğlu yanaraq ölüb.

    Onun yanmış meyiti otaqdan tapılıb. Məlumata görə, o, evli və üç uşaq atası olub. Yanğın zamanı ailə üzvləri evdə olmayıb.

    Hazırda yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.//oxu.az

  • Şəmkirdə 36 yaşlı kişini qatar vuraraq öldürüb

    Şəmkir rayonunda 36 yaşlı kişini qatar vuraraq öldürüb.

    “Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Gürcüstan dəmiryol xəttinin rayonun Keçili kəndi ərazisindən keçən hissəsində baş verib.

    Toy şənliyindən çıxaraq dəmir yolu xətti ilə piyada hərəkət edən rayonun Çaparlı kənd sakini, 1982-ci il təvəllüdlü Qalib Xudaverdi oğlu Balayev qatarın fitini gec eşitdiyinə görə lokomotiv onu vuraraq kənara atıb. Ağır bədən xəsarəti alan Q.Balayev hadisə yerində keçinib.

    Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.