Category: Hadisə

  • Beyləqanda “VAZ 21099” aşıb, sürücü ölüb

    Median.Az xəbər verir ki, sentyabrın 5-i saat 17 radələrində Beyləqan rayonunun Eyvazalılar kəndi ərazisində Ağdam rayon sakini Ziyadxan Bağırov idarə etdiyi “VAZ-21099” markalı avtomobili aşırıb.

    Nəticədə sürücü hadisə yerində ölüb.
    DIN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

  • Nərimanov rayonunda “Mercedes” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, sentyabrın 5-i gecə saat 1 radələrində Z.Bünyadov prospektində Bakı şəhər sakini Asiman Sadıqov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub.

    Nəticədə həmin şəxs hadisə yerində ölüb.
    Nərimanov RPİ-də faktla bağlı araşdırma aparılır.

  • 14 yaşlı qız özünü ağacdan asdı – Astarada

    Astarada 14 yaşlı yeniyetmə intihar edib.

    Təngərüd kənd sakini Aysu Əhmədovanın meyiti meşə ərazisində ağacdan asılmış vəziyyətdə aşkar edilib.

    Onun intihar etdiyi bildirilir. Hadisənin təfərrüatı hələlik məlum deyil.

    Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

    Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.//report.az

  • Azərbaycanda daha bir doğuş faciəsi

    Zaqatala rayonunda ana ölümü baş verib.

    Bu barədə Səhiyyə Nazirliyindən verilən açıqlamada deyilir.

    Rayon sakini, 1994-cü il təvəllüdlü Karatova Sevgiya Eyyub qızı Zaqatala Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib:

    “İkinci hamiləliyi olub. 2700 qramlıq oğlan uşağı dünyaya gətirib. 2017-ci ildə qeysəriyyə yolu ilə ana olub. Bir il keçməmiş yenidən hamilə qalıb. Hamiləliyin 37-38 həftəsində yenidən qeysəriyyə üçün xəstəxanaya müraciət edib”.

    Nazirlikdən qeyd edilib ki, mərhumun dünən 20:50-də halı anidən pisləşib:

    “Sianor diaqnozu qoyulub, təngnəfəslik müşahidə olunub. Bütün reanimasion tədbirlər aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb”.

    Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Hadisə Prokurorluq və Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası tərəfindən araşdırılacaq.

  • Sabirabad rayonunda mikroavtobus piyadanı vurub

    Median.Az xəbər verir ki, sentyabrın 4-ü saat 23 radələrində Şıxsalahlı kəndi ərazisində rayon sakini Nizami Ələsgərov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla kənd sakini Xəyal Paşayevi vurub.

    Nəticədə Mərkəzi Rayon Xəstəxasına yerləşdirilmiş piyada orada ölüb.
    Sabirabad RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Novxanıda “Mercedes” pyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, sentyabrın 4-ü saat 20 radələrində Novxanı qəsəbəsində Abşeron rayon sakini Məmməd İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Şəki rayon sakini Hikmət Nəsrullayevi vurub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    Abşeron RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Ramil Usubov Binəqədiyə yeni rəis TƏYİN ETDİ

    Daxili İşlər naziri Ramil Usubov Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsinə yeni rəis təyin edib.

    Unikal.org-un əldə etdiyi məlumata görə, Ramil Usubovun müvafiq əmrinə əsasən polis mayoru Mərdan Əliyev Binəqədi Rayon DYP-nə rəis təyin olunub.

    Sözügedən məlumatı Binəqədi Rayon DYP-dən Unikal.org-a təsdiqləyiblər.

    Qeyd edək ki, Mərdan Əliyev bundan öncə Sumqayıt Şəhər YPX-nin komandiri olub.

  • Buzovnada “Jeep” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, sentyabrın 4-də Buzovna qəsəbəsində Bakı şəhər sakini Cəmil İsmayılzadə idarə etdiyi “Jeep” markalı avtomaşınla paytaxt sakini Validə Şirinovanı vurub.

    Nəticədə piyada hadisə yerində ölüb.
    Xəzər RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Bakı-Krasnodar avtobusu qəzaya uğradı – FOTO

    Ötən gecə Rusiyanın Stavropol bölgəsində yol-nəqliyyat hadisəsi baş verib. Azərbaycandan Rusiyaya sərnişin daşıyan “Mersedes” markalı avtobus “Qazel” markalı avtomobillə toqquşub.

    Median.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, hadisə Koçubey-Zelenokumsk-Mineralnıye Vodu yolunun 204-cü kilometrliyində, Moskva vaxtı ilə 05:10-da baş verib.

    Hadisə zamanı üç nəfər xəsarət alıb. Nəqliyyat vasitəsi Bakıdan Krasnodara doğru hərəkət edirmiş.

    “İlkin ehtimallara görə, “Mersedes” markalı avtobusun sürücüsü idarəetməni itirib və qarşıdan gələn avtomobilin yoluna çıxıb. Avtobusun iki sərnişini və “Qazel”in sürücüsü Budennovsk rayon xəstəxanasına çatdırılıb”, – yol polisindən bildirilib.

    Hadisə zamanı avtobusda 33 sərnişin və iki sürücü olub. Avtobus sürücüsünün sükan arxasında yuxuladığı iddia edilir.

    Faktla bağlı araşdırmalar aparılır.




  • Füzuli rayonunda “VAZ 21074” piyadanı vurub

    Median.Az xəbər verir ki, sentyabrın 2-i saat 20 radələrində Əhmədbəyli kəndi ərazisində rayon sakini Sahib Niftəliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə rayon sakini Nüsrət Ağayevi vurub.

    Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş piyada ayın 3-də orada keçinib.

    Füzuli RPŞ-də faktla bağlı araşdırma aparılır.