Category: Hadisə

  • Yevlaxda təcili yardım avtomobili piyadanı vurub öldürdü

    Yevlax rayonunda təcili tibbi yardım avtomobili piyadanı vurub.

    Oxu.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində baş verib.

    Gəncə Şəhər Beynəlxalq Xəstəxanasına məxsus təcili tibbi yardım avtomobili yolu keçmək istəyən qadını vurub. Piyada hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda toy karvanında QƏZA: iki bacı öldü

    Biləsuvarda ölümlə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub.
     
    Median.Az APA-ya istinadla bildirir ki, qəzada ölənlər iki bacı olub. Onlar digər sərnişinlərlə əmisi oğlanlarının nişan mərasiminə gedirmişlər.
     
    Digər xəsarət alanların müalicəsi xəstəxanada davam etdirilir.

  • Gürcüstan vətəndaşı Bakıda öldü

    Bakıda Gürcüstan vətəndaşı yaşadığı evdə ölüb.

    Hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.

    Gürcüstan vətəndaşı olan 47 yaşlı Rəna Məmmədova yaşadığı evdə ölüb. Onun ürək çatışmazlığından öldüyü bildirilir.

    Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Bakıda yanıq xəsarətləri alan kişi öldü

    Bakıda yanıq xəsarətləri alan kişi ölüb.

    Hadisə dekabrın 19-da Sabunçu rayonu ərazisində qeydə alınıb.

    63 yaşlı Əliquluyev Əli Şirin oğlu elektrik qısaqapanması nəticəsində yanıq xəsarətləri alaraq, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisindəki xəstəxanaya yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, o, dekabrın 27-də dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Şahbuzda avtomobil qaz xəttinə çırpılıb, 450 abonentin qazı kəsilib

    Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonunda avtomobil qaz xəttinə çırpılması nəticəsində 450 abonentin qaz təchizatında fasilə yaranıb.

    Rayonun Biçənək kəndində minik avtomobili ərazidən keçən D-119-luq qaz xəttini zədələyib.

    Təhlükəsizlik məqsədilə Gömür, Ağbulaq və Biçənək kəndlərində 450 abonentin qaz təchizatı dayandırılıb.

    Qazın verilişi təmir işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.

  • 51 yaşlı qadın gözəllik salonunda öldü

    Biləsuvar rayonunda 51 yaşlı qadın iş yerində ölüb.

    Median.Az xəbər verir ki, hadisə rayon mərkəzində, M. İbrahimov küçəsində yerləşən gözəllik salonunda qeydə alınıb.

    Belə ki, rayon sakini, 1974-cü il təvəllüdlü Məmmədova İlhamə Ümüdvar qızı çalışdığı gözəllik salonunda qəfil dünyasını dəyişib.

    İlkin ehtimala görə, qadının ölümünə ürəktutma səbəb olub.

    Faktla bağlı araşdırma aparılır./unikal

  • Əqli qüsurlu kişini “tok” YANDIRDI

    Bakıda 53 yaşlı əqli qüsurlu kişini elektrik cərəyanı vuraraq yandırıb.

    Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunda baş verib.

    Məlumata görə, rayonun Binə qəsəbə sakini 1972-ci il təvəllüdlü əqli qüsurlu Elşad Sadıqov yaşadığı evdə elektrik sobasına uzanaraq naqilə toxunub və elektrik cərəyanı vurması nəticəsində yanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Astarada kişi işdə öldü

    Astarada kişi bədbəxt hadisə nəticəsində ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

    Fəhlə işləyən 1974-cü il təvəllüdlü Möhübbət Mirzəhəsən oğlu Gülhəsənovun iş başında halı pisləşib. Ətrafdakıların köməyi ilə o, Astara Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Buna baxmayaraq, M.Gülhəsənovun həyatını xilas etmək mümkün olmayıb.

    Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

    Onun ölümünün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

    Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Evdə doğuş zamanı körpə ÖLDÜ

    Xaçmazda körpə evdə doğuş zamanı ölüb.

    Hadisə dekabrın 25-də rayonun Yergüc kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini, 1990-cı il təvəllüdlü Təranə Alik qızı Əliyeva yaşadığı evdə doğuş edib, ancaq körpə ölüb.

    Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Ağdərədə 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü

    Ağdərə rayonunda kişi bədbəxt hadisə nəticəsində ölüb.

    Hadisə rayonun Umudlu kəndində baş verib.

    Kənd sakini, 1970-ci il təvəllüdlü Möhübbət Qayım oğlu Xıdırov kənd ərazisində hündürlükdən yıxılıb.

    Hadisə nəticəsində o, aldığı ağır kəllə-beyin travmasından hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparır.
    //oxu.az