Category: Hadisə

  • Suraxanıda “Mazda” piyadanı vurub öldürüb

    Median.Az xəbər verir ki, sentyabrın 3-ü saat 22 radələrində Yeni Suraxanı qəsəbəsində Bakı şəhər sakini Elnar Salışev idarə etdiyi “Mazda” markalı avtomobillə paytaxt sakini Taleh Xalıqovu vurub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    Suraxanı RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Tərtər rayonunda “Mercedes” aşıb, sərnişin ölüb

    Median.Az xəbər verir ki, Bayandurlu kəndi ərazisində Qazax rayon sakini Elman İsrafilov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.

    Nəticədə sərnişin Fərzəli Qasımov hadisə yerində ölüb, xəsarət alan sürücü Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

    Tərtər RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Ağstafada “VAZ 21099” maneəyə çırpılıb, sürücü ölüb

    Median.Az xəbər verir ki, Böyük Kəsik kəndi ərazisində rayon sakini Elxan Eminov idarə etdiyi “VAZ-21099” markalı avtomobili yolun kənarındakı maneəyə vurub.

    Nəticədə sürücü hadisə yerində ölüb.

    Ağstafa RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Bakıda qatar yaşlı kişini vurub öldürdü

    Bakıda qatar yaşlı kişini vuraraq öldürüb.

    Hadisə Biləcəri-Keşlə dəmir yolu xəttinin 2651-ci kilometrliyində baş verib.

    Dünən saat 11:00 radələrində qatar piyadalar üçün keçid müəyyən olunmayan hissəsindən keçmək istəyən 1929-cu il təvəllüdlü Hüseynov Allahverdini vurub. Həmin şəxs hadisə yerində ölüb.

    Hadisə ilə bağlı araşdırma aparılır.

  • Lökbatanda “AzSamand” dirəyə çırpılıb, sürücü ölüb

    Median.Az xəbər verir ki, sentyabrın 3-ü gecə saat 1 radələrində Lökbatan qəsəbəsində, qəsəbə sakini Bilal Hüseynov idarə etdiyi “AzSamand” markalı avtomobili yolun kənarındakı reklam dirəyinə vurub.

    Nəticədə sürücü hadisə yerində ölüb, iki sərnişini xəstəxanaya yerləşdirilib.

    Qaradağ RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Bakıda turist hotelin saunasında öldü

    Bakıda hoteldə xarici vətəndaş vəfat edib.

    “Rich” hotelindən verilən məlumata görə, turist dünən axşam saatlarında dünyasını dəyişib.

    1953-cü il təvəllüdlü Nasir Sadiq hotelin saunasında ürəktutmadan vəfat edib.

    Hadisə barədə araşdırma aparılır.//oxu.az

  • Səbaildə yol qəzasında 1 nəfər ölüb, 2 nəfər yaralanıb

    Median.Az xəbər verir ki, avqustun 31-də saat 16 radələrində Bibiheybət qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Məhəmməd Abıyevin idarə etdiyi “BMW” və Elnur Abdullayevin idarə etdiyi “NAZ Lifan” markalı avtomobillər toqquşub.
    Nəticədə E.Abdullayev və iki sərnişini Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər, göstərilən tibbi yardımlara baxmayaraq sərnişin Balarəhim Əliyev orada ölüb.

    Səbail RPİ-də faktla bağlı araşdırma aparılır.

  • 4 uşaq atası intihar etdi – Səbəbi heç kimə məlum deyil

    Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

    Rayonun Çaylı kənd sakini, 1980-ci il təvəllüdlü Həmidov Mais Əlipənah oğlu özünü asaraq öldürüb.

    Məsələ ilə bağlı saytımıza danışan mərhumun qardaşı Elşən Həmidov bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib: “Rayonda beton kanalın yanındakı fermada çoban işləyirdi. Səhər gedib heyvanları açmağa, elə orada da özünü asıb”.

    Onun sözlərinə görə Maisin səhhətində və dolanışığında heç bir problem olmayıb: “Problemsiz, sakit adam idi. Nəyə görə belə addım atıb, bilmirik. Hamımız şokdayıq”.

    Mərhum ailəli imiş, 4 azyaşlı uşağı var.

    ///BakuPost

  • Sabunçu rayonunda yol qəzasında 1 nəfər ölüb

    Median.Az xəbər verir ki, Kürdəxanı qəsəbəsində Bakı şəhər sakini Tarıyel Babayevin idarə etdiyi “Ford” və Sumqayıt şəhər sakini Rüfət Məhərrəmovun idarə etdiyi “Volkswagen” markalı avtomobillər toqquşub.

    Nəticədə hər iki sürücü 3 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər, göstərilən tibbi yardımlara baxmayaraq R.Məhərrəmov orada ölüb.

    Sabunçu RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Şəmkirdə mikroavtobus aşıb, sürücü ölüb

    Median.Az xəbər verir ki, Qasımalılar kəndi ərazisində Goranboy rayon sakini Eldəniz Məmmədov idarə etdiyi “Mercedes” markalı mikroavtobusu aşırıb.

    Nəticədə sürücü və bir sərnişin Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Göstərilən tibbi yardımlara baxmayaraq E.Məmmədov orada keçinib.
    Şəmkir RPŞ-də faktla bağlı araşdırma aparılır.