Category: Hadisə

  • Qobuda “Mitsubishi” aşıb, sürücü ölüb

    Median.Az xəbər verir ki, avqustun 28-də Qobu qəsəbəsi ərazisində Gədəbəy rayon sakini Tahir Bağırzadə idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb.

    Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

    Abşeron RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Ağcabədi şəhərində yol qəzasında bir nəfər ölüb

    Median.Az xəbər verir ki, avqustun 28-də Ağcabədi şəhəri ərazisində Xocavənd kənd sakini Təyyar Bəşirovun idarə etdiyi “Hyundai” və Bərdə rayon sakini Fariz Musayevin idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub.

    Nəticədə hər iki sürücü Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər, T.Bəşirov avqustun 29-da orada ölüb.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

  • Binəqədi rayonunda “Toyota” qəza törədib, sürücü ölüb

    Median.Az xəbər verir ki, avqustun 29-da Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Teymur Ağayev idarə etdiyi “Toyota” markalı avtomobili yolun kənarındakı maneəyə vurub.

    Nəticədə sürücü hadisə yerində ölüb.

    Binəqədi RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Qarajda boğulub ölən sevgililərlə bağlı YENİ TƏFƏRRÜAT

    Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində beşmərtəbli binanın həyətində yerləşən qarajdakı “Nissan” markalı avtomobildə 1997-ci il təvəllüdlü Könül Əhədova və 1990-cı il təvəllüdlü Elvin Zeynalov intim münasibətdə olarkən qazdan boğularaq ölüb.

    Median.Az “unikal.org”a istinadən xəbər verir ki, Elvin Zeynalov nişanlı olsa da, uzun müddət imiş ki, Könül Əhədova ilə sevgi münasibətində olub.

    O, Könüllə ailə həyatı qurmaq istəsə də, oğlanın ailəsi buna qarşı olub. Hadisə baş verən gün Elvin Zeynalov K.Əhədovaya zəng edərək sentyabrın 7-si toyu olacağını, son dəfə onunla görüşmək istədiyini bildirib.

    Gözəllik salonunda çalışan Könül anasından qaynaq edəcəyi adıyla icazə alaraq evdən gedib. Elvinlə münasibətlərindən xəbərdar olan Könülün anası qızının saat 21:00-dan getdiyini 00:30-a qədər gəlmədiyini görüncə qızına zəng edir.

    Bu zaman Könül anasına gələcəyini bildirsə də, sonradan onun telefonuna zəng çatmır. Daha sonra hər iki tərəfin ailəsi onların qarajda boğulduqlarından xəbərdar olur.

    Qeyd edək ki, sentyabrın 7-də toyu olacaq Elvin Zeynalovun bu gün xınayaxtı mərasimi olacaqmış.

  • Qarajda sevgilisi ilə boğulan gəncin FOTOLARI

    Bakıda qarajda intim əlaqədə olduqdan sonra ölən gəncin fotoları yayılıb.

    Median.Az Elvin Zeynalovun fotolarını təqdim edir:

    Qeyd edək ki, hadisə Yasamal rayonu, Mirəli Seyidov küçəsində baş verib.

    Belə ki, ötən gecə beşmərtəbli binanın həyətində yerləşən qarajdakı “Nissan” markalı avtomobildə 1997-ci il təvəllüdlü Könül Əhədova və 1990-cı il təvəllüdlü Elvin Zeynalovun meyiti tapılıb. Ehtimala görə onlar sevgili olub və boğulma hadisəsi intim əlaqədən sonra baş verib.

    Onu da bildirək ki, sentyabrın 7-də E.Zeynalovun toy mərasimi olacaqdı.






  • Bakıda intim əlaqədə olan sevgililər qarajda öldü – Oğlanın toyu olacaqdı… – FOTO

    Bakıda sevgililər qarajda boğularaq ölüb.

    Median.Az Report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Mirəli Seyidov küçəsində baş verib.

    Belə ki, ötən gecə beşmərtəbli binanın həyətində yerləşən qarajdakı “Nissan” markalı avtomobildə 1997-ci il təvəllüdlü Könül Əhədova və 1990-cı il təvəllüdlü Elvin Zeynalovun meyiti tapılıb.

    Avtomobil K.Əhədovaya məxsus olub.

    Meyitlər tapılarkən avtomobilin kondisoneri işlək vəziyyətdə olub, cütlülk də məhz maşının qazından ölüb.

    Hadisə yerinə Yasamal Rayon Prokurorluğu və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

    Ehtimala görə onlar sevgili olub və boğulma hadisəsi intim əlaqədən sonra baş verib.

    Faktla bağlı cinayət işi başlanılıb.

    Qeyd edək ki, sentyabrın 7-də E.Zeynalovun toy mərasimi olacaqdı.

  • “Dedilər beyninə hava getməyib” – Doğulduqdan 1 saat sonra ölən körpənin nənəsi danışdı – VİDEO

    Ağsu Rayon Mərkəzi Xəstəxanasında uşaq ölümü baş verib.

    ARB TV xəbər verir ki, rayon sakini 27 yaşlı Çinarə Nəbiyevanın övladı təbii doğuşla dünyaya gəldikdən sonra ağır anlar yaşanılıb.

    Uşaq doğulduqdan 40-50 dəqiqə sonra dünyasını dəyişib

    Qadının həyat yoldaşı bildirib ki, Çinarə Nəbiyeva müayinə üçün bir neçə gün müntəzəm olaraq xəstəxanaya aparılıb. Həkimlər uşağın ana bətnində normal olduğunu deyiblər.

    Şamama Mahmudova – Uşağın nənəsi: “Uşaq doğulandan 40-50 dəqiqə sonra öldü. Mən təkidlə dedim ki, gedim uşaga baxım. Gördüm burnuna nəsə qoşublar. Amma uşağın rəngi çox da qaralmamışdı. Dedilər beyninə hava getməyib. Ürək döyüntüsünün olduğunu da dedilər. Üstündən 10-15 dəqiqə keçdi, dedilər ki, uşaq ölüb. Başım çıxmır, niyə belə oldu”.

    Faktla bağlı rayon prokurorluğuna müraciət edilib.

  • FHN-dən çayda boğulan gənclərlə bağlı – AÇIQLAMA

    Fövqəladə Hallar Nazirliyi dünən Lerik rayonunda boğulduğu iddia edilən gənclər barədə açıqlama verib.

    FHN-dən verilən məlumata görə, hadisə Daşkəsən rayonunda süni yaradılan “Daşbulaq” gölündə baş verib:

    “Avqustun 10-da 2000-ci il təvəllüdlü Əliyev Emin Bəhruz oğlunun süni göldə batması ilə FHN-nin “qaynar xətt”inə məlumat verilib. Aran Dalğıc Qrupunun xilasediciləri göldə xilasetmə əməliyyatına başlayıb və həmin şəxsin cəsədi sudan çıxarılaraq, aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təhvil verilib”.

    Məlumatda qeyd edilib ki, göldə bir nəfər batıb:

    “Videoda suda boğulan şəxsə köməyə gedən gənc batmaq təhlükəsindən xilas olub”.

    Qeyd edək ki, dünən hadisə barədə videonu Unikal.org saytı yayıb.

  • Azərbaycanda toy yasa döndü – 1 ölü, 14 yaralı

    Şəmkir rayonunda mikroavtobus qəzaya uğrayıb.

    Median.Az yenicag.az-a istinadən xəbər verir ki, hadisə rayonun “Yasamal aşırımı” adlanan ərazisində baş verib.

    Qəza nəticəsində sürücü ölüb. 14 nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.

    Yaralılar xəstəxanaya yerləşdirilib.

    Məlumata görə, mikroavtobus toy karvanında hərəkət edirmiş.

  • İsmayıllıda yol qəzasında 1 nəfər ölüb, 2 nəfər yaralanıb

    Median.Az xəbər verir ki, avqustun 27-də İsmayıllı şəhəri ərazisində, şəhər sakini Tahir Məmmədovun idarə etdiyi “QAZ-3507” və rayon sakini İslam Şirinovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

    Nəticədə İ.Şirinov və iki sərnişini müxtəlif dərəcəli xəsarətlərlə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Göstərilən tibbi yardımlara baxmayaraq sürücü orada ölüb.

    İsmayıllı RPŞ-də faktla bağlı araşdırma aparılır.