Category: Hadisə

  • “Sədərək”də maşın yandı – VİDEO

    Sədərək Ticarət Mərkəzində avtomobil yanıb.

    Hadisə şahidlərinin azxeber.com-a verdiyi məlumata görə, həmin ərazidə anidən avtomobil alovlanıb. Yanğına səbəb avtomobildən olan nasazlıq göstərilir.

    Hadisə yerinə FHN və polis cəlb edilib. Yanğın söndürülüb.

    Həmin görüntüləri təqdim edirik:

  • Siyəzəndə yol qəzasında 6 nəfər ölüb

    Median.Az xəbər verir ki, Siyəzən rayonu ərazisində şəhər sakini Məhəmməd Güləliyevin idarə etdiyi “VAZ-21073” və Sumqayıt şəhər sakini Vasif Quliyevin idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşub.

    Nəticədə hər iki sürücü, habelə M.Güləliyevin sərnişini Seymur Güləliyev, V.Quliyevin sərnişinlərindən Bakı şəhər sakinləri Qənirə Quliyeva, Nigar Qəhrəmanova və Raul Abdullayev hadisə yerində ölüblər, V.Quliyevin daha bir sərnişini Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

  • Gədəbəydə “VAZ” ağaca çırpılıb, 2 nəfər ölüb

    Median.Az xəbər verir ki, avqustun 26-ı saat 20 radələrində Maarif kəndi ərazisində rayon sakini sakini Samir Abdullayev idarə etdiyi “VAZ-21154” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

    Nəticədə S.Abdullayev və sərnişini Təbriz Əliyev Mərkəzi Rayon Xəstəxanasında ölüblər.

    Gədəbəy RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Ayaqları amputasiya edilən qadın ölüb

    Ucarda avtomobil qəzasında ağır yaralanan qadın xəstəxanada ölüb.

    Median.Az Report-a istinadən xəbər verir ki, dünən Bakı-Qazax avtomagistralının Ucar ərazisində minik avtomobilində qəzaya düşən 1989-cu il təvəllüdlü ağır yaralı Mahmudova Həbibə Fəxrəddin qızı rayon xəstəxanasında gecə saatlarında keçinib.

    Məlumata görə, ağır durumda olan yaralının ayaqları amputasiya olunub. Həkimlərin səylərinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, qəza zamanı idarəetmədən çıxan minik avtomobili aşıb. Nəticədə 3-ü ağır olmaqla 5 nəfər xəsarət alıb.

  • Göyçayda yol qəzasında 4 nəfər ölüb, 8 nəfər yaralanıb

    Median.Az xəbər verir ki, avqustun 24-ü saat 23 radələrində Cəyirli kəndi ərazisində Aqşin Abdullayevin idarə etdiyi “Mercedes” və Ənvər Əhmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

    Nəticədə Ə.Əhmədov və sərnişinləri Ramil Salmanov, onun arvadı Gülnar, oğlu Azər hadisə yerində ölüblər, digər 5 sərnişini, habelə A.Abdullayev və 2 sərnişini Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

    Göyçay RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda toy yasa döndü: bir ailə məhv oldu

    Avqustun 24-də, axşam saat 23:00 radələrində Göyçay-Bərgüşad avtomobil yolunun Göyçay şəhər ərazisindən keçən 2-ci kilometrində dörd nəfərin ölümü, yeddi nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər yayır.

    Rayonun Cəyirli kənd sakini 1989-cu il təvəllüdlü Abdullayev Aqşin Arzu oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı, 99-BU-098 dövlət nömrə nişanlı avtomobillə Çayarxı kənd sakini, 1968-ci il təvəllüdlü Əhmədov Ənvər İlyas oğlunun idarə etdiyi “VAZ 2106” markalı, 23-BD-123 dövlət nömrə nişanlı avtomobil toqquşub.

    Nəticədə “VAZ 2106” markalı avtomaşının sürücüsü Ə.Əhmədov, sərnişinlər rayonun Çayarxı kənd sakinləri – 1984-cü il təvəllüdlü Salmanov Ramin Azər oğlu, 1999-cu il təvəllüdlü İsmayılova Gülnar Nağı qızı, 2010-cu il təvəllüdlü Salmanov Azər Nağı oğlu aldıqları xəsarətdən dünyasını dəyişiblər.

    Digər sərnişinlər – Çayarxı kənd sakinləri 1993-cu il təvəllüdlü Salmanova Aygün Ənvər qızı, 2010-cu il təvəllüdlü Salmanova Həcər Ramil qızı, 2015-ci il təvəllüdlü Salmanov Ülvi Ümid oğlu, 1963-cü il təvəllüdlü Salmanova Qənimət Usub qızı, “Mercedes-Benz” markalı avtomobilin sürücüsü A.Abdullayev, digər sərnişinlər Cəyirli kənd sakini, 1986-cı il təvəllüdlü Hacıyev Ülvi Xalid oğlu, 1989-cu il təvəllüdlü Cahangirov Məzahir Qədir oğlu müxtəlif dərəcəli xəsarətlərlə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

    Rayon mərkəzi xəstəxanasının baş həkimi Elçin Bilalov bildirib ki, yaralılardan ikisi ilkin tibbi müayinədən sonra evlərinə buraxılıb, biri kəllə-beyin travması, biri isə bud sümüyünün açıq sınığı ilə Bakı şəhərinə göndərilib, üç nəfər isə həkim nəzarəti altındadır.

    Məlumata görə, qəzada ölən şəxslər toydan qayıdırmışlar.

  • Azərbaycanda dəhşətli hadisə – 14 yaşlı uşağın meyiti tapıldı – VİDEO

    Zaqatalada bədbəxt hadisə yaşanıb.

    ARB TV xəbər verir ki, 14 yaşlı uşaq boğularaq ölüb.

    Hadisə Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində baş verib. Köçkün qəsəbə sakini Rəvan İsmayılov iki tanışı ilə birlikdə çimmək məqsədilə icazəsiz olaraq gül plantasiyalarının suvarılması üçün nəzərdə tutulan kiçik su anbarına giriblər.

    Yeniyetmə suya girən kimi boğulub. Digər iki nəfər onun ailəsinə xəbər verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin və Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunublar. Qısa müddət ərzində polis əməkdaşı tərəfindən hovuzdan çıxarılan Rəvan İsmayılov aidiyyatı üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda 8 aylıq hamilə qadın öldü

    Salyan rayonunda hamilə qadın dünyasını dəyişib.

    “Report”un Aran bürosu xəbər verir ki, hadisə Salyan şəhəri, Fikrət Zərgərli küçəsi, 203 ünvanında qeydə alınıb.

    Belə ki, 8 aylıq hamilə olan 1998-ci il təvəllüdlü, Hökumə Oqtay qızı Məmmədova gecə saatlarında qəfil dünyasını dəyişib.

    Yaxınları qadının epilepsiya xəstəliyindən əziyyət çəkdiyini bildiriblər. Həmin gecə də anidən epilepsiya xəstəliyi tutub və onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Beyləqanda yol qəzası : 1 nəfər ölüb, 2 nəfər yaralanıb

    Median.Az xəbər verir ki, avqustun 21-i saat 19 radələrində Beyləqan şəhəri ərazisində, şəhər sakinləri Samir Sadıqovun və Nazim Nağıyevin idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub.

    Nəticədə S.Sadıqov hadisə yerində ölüb, N.Nağıyev və onun bir sərnişini isə Mərkəzi Rayon Xəstəxasına yerləşdiriliblər.

    Beyləqan RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Mingəçevirdə körpə əməliyyat zamanı öldü

    Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında 2 yaşlı körpə əməliyyat zamanı ölüb.

    Median.Az Report-a istinadən bildirir ki, ölüm hadisəsi Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan cərrahiyyə əməliyyatı zamanı baş verib.

    Belə ki, 2016-cı il təvəllüdlü Yevlax rayon sakini Həsənəliyev Ayaz Vüsal oğlu ağır vəziyyətdə əvvəlcə Yevlax rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanada uşağı əməliyyat etməkdən imtina ediblər.

    Bundan sonra Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilən A.Həsənəliyev vəziyyətinin ağırlığı səbəbindən dərhal əməliyyata alınıb. Körpə əməliyyat zamanı bəlli olmayan səbəbdən keçinib.

    Dünyasını dəyişən uşağın meyiti analiz üçün Tibbi-ekspertiza laboratoriyasına aparılıb.

    Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.