Category: Hadisə

  • Xızıda “Volkswagen” aşıb, sürücü ölüb

    Median.Az xəbər verir ki, Altıağac qəsəbəsində qəsəbə sakini Aslan Hüseynov idarə etdiyi “Volkswagen” markalı avtomobili elektrik dirəyinə vuraraq aşırıb.

    Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda keçinib, bir sərnişini isə müxtəlif dərəcəli xəsarətlərlə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

    Xızı RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Türkiyədə quduz azərbaycanlı öldü

    Çanaqqalanın Bayramiç rayonunda mövsümi işçi kimi işləyən Rauf Əhmədov quduzluq diaqnozu ilə qarantinə alındığı Balıkəsir Şəhər Xəstəxanasında həyatını itirib.

    Raufu Çanaqqalaya getməmişdən öncə Azərbaycanda it dişləyib.

    Azərbaycandan Çanaqqaladakı qohumlarının yanına gedən Əhmədov üç ay imiş ki, kartof əkini sahələrində işləyirmiş.

    Qeyd edək ki, Rauf evli idi və iki uşağı vardı.

  • Qaxda “Audi” piyadanı vurub

    Median.Az xəbər verir ki, avqustun 18-i saat 23 radələrində Qax şəhəri ərazisində, şəhər sakini Vüqar Cəmilov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən rayon sakini Lianet Kasiaşvilini vurub. Nəticədə zərərçəkmiş Mərkəzi Rayon Xəstəxanasında keçinib.

    Qax RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Sumqayıtda dəhşətli olay: qadın müalicə aldığı xəstəxanada intihar etdi

    Sumqayıt şəhərində xəstəxanada müalicə olunan qadın intihar edib.

    Hadisə 2 saylı Şəhər Xəstəxanasında baş verib.

    Şəhərin Corat qəsəbə sakini, 1952-ci il təvəllüdlü Məhrubə Əsgərova müalıcə aldığı xəstəxananın 5-ci mərtəbəsidə yerləşən palatadan özünü ataraq intihar edib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

  • Azərbaycanda yeniyetmə faciəli şəkildə öldü

    Ağdaş rayonunun Hüşün kəndində yeniyetmə bədbəxt hadisə nəticəsində keçinib.

    Median.Az “report”a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Məmmədov İsfəndiyar Vüqar oğlunu elektirik cərəyanı vuraraq öldürüb.

    Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanlı aktyora ağır itki – oğlu dünyasını dəyişdi – FOTO

    Aktyor Sadiq Nasirin oğlu dünyasını dəyişib

    Median.Az xəbər verir ki, xəbəri milli.az-a təsdiqləyən aktyor oğlunun ölümündə həkimləri günahlandırıb.

    “Ürəyim, içim qan ağlayır. Allah heç kimə bala acısı göstərməsin. Oğlumu həkimlər oldürdü, o günahsız mələk həkim səhlənkarlığının qurbanı oldu.

    Həkimlər ona heç bir diaqnoz qoya bilmədilər, bütün analizlərin cavabı təmiz çıxdı.

    Yas məclisini yola verəndən sonra məhkəməyə üz tutacağam.

    Həmin həkimlər mütləq şəkildə cəzalarını çəkməlidir”, – deyə aktyor bildirib.

    Allah rəhmət etsin!



  • Nərimanovda “Mitsubishi” piyadanı vuraraq, öldürüb

    Median.Az xəbər verir ki, avqustun 16-i səhər saat 7 radələrində Z.Bünyadov prospektində Bakı şəhər sakini Telman Xanəliyev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Masallı rayon sakini Seymur Müzəffərovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

    Nərimanov RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Əkizlərdən biri öldü, digərinin vəziyyəti ağırdır – Bakıda

    İyulun 30-u Bakıda yerləşən “German Hospital”da əkiz uşaqlar dünyaya gəlib. Hospitaldan doğulan uşaqların valideynlərinə iyulun 31-i və avqustun 1-də uşaqların vəziyyətinin yaxşı olduğunu bildirsələr də, heç bir analizin nəticəsi təqdim olunmayıb.

    Median.Az xəbər verir ki, bu barədə şikayət edən valideyn Yusif Sadiyev Modern.az-a deyib ki, avqustun 2-si səhər saatlarından uşaqların vəziyyətində pisləşmə olduğunu bildirdilər.

    “Vəziyyət pis olduqdan sonra xəstəxanalardan da həkimlər dəvət olundu. Biz bildirdik ki əgər sizin müalicə üçün lazımı şəraitiniz yoxdursa, başqa ixtisaslaşmış xəstəxanaya köçürək. Dedilər ki, biz müalicəni öz üzərimizə götürüb edəcəyik. Təəssüf ki, avqustun 3-də uşağın biri dünyasını dəyişdi. Biz bunu qəbul edib şikayət eləmədik. Digər uşağın müalicəsini davam etməyi və təkrar olaraq başqa uyğun xəstəxanada müalicə olunmasını təklif etdik. Bizə şifahi şəkildə bildirildi ki, başqa yerə köçürülməklə nə isə dəyişməyəcək, lazım olan müalicə burada olunur.

    Qeyd edim ki, nə analizin nəticəsi, nə də xəstəlik tarixçəsi bizə təqdim olunub. Biz yenə də xəstəxanadan şikayət eləmədik, inanmışdıq onlara. Təkrar çağırılan həkimlərin rəyi belə oldu ki, əməliyyat olmaz və müalicəsinin OMD-də yaxud “German”da davam etməsinin bir fərqi yoxdur. Biz müalicənin “German”da davam edilməsini istədik.

    Y.Sadiyev deyib ki, 14.08.2018-ci il tarixində onlar hospitaldan ölən uşağın ölüm kağızını istədikdə təqdim olunan arayışda uşağın ölü doğulduğunu qeyd ediblər.

    “Dedilər ki, uşağın OMD-də ölməsi yaxud qalması bizi maraqlandırmır. O zaman uşaq pis vəziyyətə düşməmiş niyə başqa yerə köçürülməsinə razı olmurdular? İndi ölümcül vəziyyətdə olan uşağın müalicəsindən imtina edərək köçürülməsini “bizdə lazımi şərait yoxdur” deyərək əsaslandırırlar. Xüsusilə də qeyd edirlər k, bizim klinikada yer tutur, biz ona müalicə edirik və s. Bu necə olur axı! Uşağın birinin o klinikada ölməsi, ikincinin bu vəziyyətdə onun müalicəsindən boyun qaçırılması bilmirəm hansı insani dəyərlərə xidmət edir”.

    Məsələ ilə bağlı “German Hospital”la da əlaqə saxladıq. Xəstəxanadan bu barədə hər hansı mövqe bildirməyəcəklərini, yalnız hüquq-mühafizə orqanlarına açıqlama verəcəklərini qeyd ediblər.

  • 26 yaşlı gənc özünü yük vaqonundan asdı – ŞƏMKİRDƏ İNTİHAR

    Şəmkir rayonunda 26 yaşlı gənc intihar edib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Könüllü kəndinin ərazisindəki Alabaşlı dəmir yolu stansiyasınıda qeydə alınıb.

    1992-ci il təvəllüdlü Nadir Məmmədov özünü Alabaşlı dəmir yolu stansiyasınıda yük vaqonundan asaraq intihar edib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

  • Maşın yol kənarında dayanan 3 nəfəri vurdu – Ölən var

    Bakıda avtomobil yol kənarında dayanan 3 nəfəri vurub, onlardan biri ölüb.

    Median.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Məlumata görə, hadisə Xətai rayonunun Gəncə prospektində qeydə alınıb. Belə ki, avqustun 16-da Xətai rayonunun Gəncə prospektində Bakı şəhər sakini Elşən Şahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında dayanan paytaxt sakinləri Azər Mirzəyevi, Fuad Şirinovu və Lənkaran rayon sakini Samir Mustafayevi vurub. Nəticədə S.Mustafayev hadisə yerində ölüb, digər iki piyada isə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Xətai Rayon Polis İdarəsi araşdırma aparır.