Category: Hadisə

  • Binə qəsəbəsində tanışını bıçaqlayan şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Xəzər RPİ 2-ci polis şöbəsinin əməkdaşları paytaxt sakini, əvvəllər məhkum olunmuş Zakir Bunyadovu saxlayıblar.

    Məlum olub ki, o ötən gün Binə qəsəbəsi ərazisində, qəsəbə sakini Məlik Əzimova münaqişə zəminində bıçaqla xəsarət yetirib. Nəticədə sonuncu
    3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb, həkimlər onun həyatını xilas ediblər.

    Xəzər RPİ İstintaq şöbəsində CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

  • Almaniyadan Azərbaycana gələn uşaq zəhərləndi

    Almaniyadan Azərbaycana qonaq gələn uşaq zəhərlənib.

    Bunu oxu.az-a açıqlamasında Bakı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

    Onun sözlərinə görə, azərbaycanlı ailə Almaniyada yaşayır:

    “Hacıqabula qonaq gediblər. Orada beş yaşlı Abbasov Nicat Samir oğlu heyvanları təmizləmək üçün olan dərmanı içib. Dərmanın dozası çox olmayıb. Ailə uşağı Şirvan mərkəzi xəstəxanasına aparıb və ona ilkin tibbi yardım göstərilib. Daha sonra Şirvana Toksikologiya şöbəsindən həkim dəvət olunub. Uşaq müayinə olunması üçün Bakıya gətirilib”.

    Azər Maqsudov qeyd edib ki, uşaq sağlam şəkildə xəstəxanadan çıxarılıb:

    “Uşağın səhhəti normal olub. Heç bir problem yox idi. Sadəcə, ailə özü uşağını xəstəxanadan çıxarıb və Almaniyaya aparıb”.

  • Şəmkirdə silahlı insident, bir nəfər yaralanıb

    Median.Az xəbər verir ki, ötən gün Şəmkir şəhərində yaşayan Oruc Həsənovun həyətində, tanışı Ramiz Niftalıyevlə əmisi oğlu Nazim Niftalıyev arasında mübahisə baş verib. Nəticədə sonuncu tüfəngdən açdığı atəşlə, onları aralamağa çalışan O.Həsənovun əl nahiyəsinə xəsarət yetirib.

    Daxil olan məlumat əsasında RPŞ-nin əməkdaşları N.Niftalıyevı saxlayıblar, ondan müvafiq sənədləri olmayan “TOZ-12” markalı ov tüfəngi götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Sərnişin avtobusu 3 yaşlı körpəni vuraraq öldürdü

    Median.Az xəbər verir ki, ötən gün saat 12 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Şüriyyə Həsənov idarə etdiyi “İsuzu” markalı, 62 saylı xətt avtobusu ilə paytaxt sakini, azyaşlı Aygün Binnətovanı vurub.

    Xəstəxanaya çatdırılmış uşaq orada ölüb.

    Xətai RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Göygöl rayonunda “Ford” pyadanı vurub

    Median.Az xəbər verir ki, Yeni Qızılca kəndi ərazisində Goranboy rayon sakini Məmməd Tağıyev idarə etdiyi “Ford” markalı avtomaşınla yolu keçən Daşkəsən rayon sakini Səkinə Bağırovanı vurub.

    Mərkəzi Rayon Xəstəxanasına çatdırılan piyada orada ölüb.

    Göygöl RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Salyanda yol qəzasında bir nəfər ölüb

    Median.Az xəbər verir ki, avqustun 13-ü saat 15 radələrində Qaraçala qəsəbəsi ərazisində, qəsəbə sakinləri İlham Baxşıyevin idarə etdiyi “VAZ-2107” və Vasif İsmayılovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.

    Ağır vəziyyətdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılan İ.Baxşıyev orada ölüb.

    Salyan RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Qobustanda yol qəzasında bir nəfər ölüb

    Median.Az xəbər verir ki, ötən gün saat 16 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində Cəlilabad rayon sakini Zeynal Soltanov idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarındakı hasara çırpıb.

    Nəticədə onun sərnişini – arvadı Elza Hüseynova hadisə yerində ölüb.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

  • Xırdalanda və Gəncədə piyadalar vurulub

    Median.Az xəbər verir ki, Abşeron rayonunun Xırdalan şəhəri ərazisində Saatlı rayon sakini Elçin Səmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə şəhər sakini Murtuzəli Güləliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

    Bundan başqa, Gəncə şəhəri ərazisində şəhər sakini Əfqan Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Sahilə Baxşıyevanı vurub. Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılan piyada orada keçinib.

    Faktlarla bağlı araşdırma aparılır.

  • Biləsuvarda “VAZ 2107” iki piyadanı vurub

    Median.Az xəbər verir ki, avqustun 12-i saat 23 radələrində Biləsuvar şəhəri ərazisində rayon sakini Ravil Rzayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən rayon sakinləri Qabil Qasımovu və Famil Əsgərovu vurub.

    Nəticədə Q.Qasımov hadisə yerində keçinib, digər zərərçəkmiş isə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

    Biləsuvar RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Nİzami rayonunda yol qəzasında bir nəfər ölüb

    Median.Az xəbər verir ki, Nizami rayonu ərazisində Gəncə şəhər sakini Qoca İsmayılov idarə etdiyi “Ford” markalı avtomobili, yolun kənarında dayanmış Şərur rayon sakini Tural Cabbarova məxsus “Azsamand” markalı avtomobilə vurub. Nəticədə ağır xəsarət alan Q.İsmayılov hadisə yerində ölüb.

    Nizami RPİ-də faktla bağlı araşdırma aparılır.