Category: Hadisə

  • Xaçmazda doğuş zamanı körpə öldü

    Xaçmazda doğuş zamanı körpə ölüb.

    Xaçmaz şəhər sakini, 1996-cı il təvəllüdlü Veyisova Könül Nazim qızı doğuş zamanı körpəsini itirib.

    Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda ananın vəziyyəti stabildir:

    “Regional Perinatal Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Ananın vəziyyəti xəstəxanaya çatdırılan zaman ağır olub. Uşağı əməliyyat edib, götürüblər. Amma yaşamayıb. Valideynlər gec müraciət edib”.

    Qeyd edək ki, uşağın meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə aparılıb.//oxu.az

  • Oğlunun ölümünə dözməyib özünü binadan atdı – DƏHŞƏTLİ İNTİHAR – VİDEO

    Paytaxt Bakıda valideyn özünü öldürüb.

    Median.Az xeberaz.az-a istinadən xəbər verir ki, hadisəylə bağlı video sosial şəbəkələrdə paylaşılıb.

    Yayılan məlumata görə oğlunun ölümünə dözə bilməyən valideyn özünü yaşadığı binadan ataraq intihar edib.

    Hadisənin Nərimanov rayonu Həsən Əliyev küçəsi bina 115-də baş verdiyi bildirilir.

  • Bakıda məşhur restoranda kütləvi zəhərlənmə

    Bakının Nərimanov rayonunda yerləşən “Tonqal” restoranında kütləvi zəhərlənmə hadisəsi baş verib.

    Bu barədə oxu.az-a Qida Təhlükəsizliyi Agentliyindən bildiriblər.

    Məlumata görə, avqustun 11-də axşam saat 20:00 radələrində “Tonqal” restoranında iki ayrı masada qidalanan müxtəlif ailə üzvlərində bir neçə saatdan sonra zəhərlənmə əlamətləri baş verib. Hadisə nəticəsində 3-ü azyaşlı olmaqla 13 nəfər zəhərlənib.

    İlkin araşdırmalara görə zəhərlənməyə səbəb baytarlıq-sanitariya nəzarətindən keçirilməyən ət və ət məhsullarından hazırlanan qidalar olub.

    Bundan əlavə hadisənin baş verdiyi “Tonqal” restoranında müvafiq epidemoloji araşdırmalar aparılıb, bir sıra ciddi qida təhlükəsizliyi qaydalarının pozulduğu müəyyən olunmuş və faktla bağlı protokol tərtib edilib.

    Hadisə nəticəsində zəhərlənən 13 nəfərdən 11-i aparılan müayinə və müalicələrdən sonra evə buraxılıb, 2 nəfər azyaşlının müalicəsi isə 2 saylı Uşaq Kliniki Xəstəxanasında davam etdirilir.

    Hazırda onların vəziyyəti qənaətbəxşdir.

  • Bakıda marşrut avtobusu aşdı: ölən var

    Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    DİN-dən verilən məlumata görə, avqustun 10-da saat 20 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakini Tarıyel Rəhimov 64 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusu dərəyə aşırıb.

    Avtobusda sərnişin olmayıb, sürücü xəstəxanaya aparılarkən yolda ölüb.
    Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

  • Abituriyent anasının tənqidlərindən bezərək intihar etdi — Cəlilabadda dəhşət

    Cəlilabadda intihar hadisəsi baş verib.

    Median.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Ocaqlı kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini Nurlan İslam oğlu Mirzəyev yaşadığı evdə özünü asaraq intihar edib.
    Məlumatına görə, N.Mirzəyev bu il qəbul imtahanı zamanı II qrupa aid ixtisaslara qəbul olmaq üçün imtahan verib.

    O, imtahandan sonra anasına 400-480 bal topladığını bildirib. Anası isə onun az bal topladığını deyərək oğlunu danlayıb. Dövlət İmtahan Mərkəzinin (DİM) abituriyentlərin topladığı balları açıqlayandan sonra N.Mirzəyevin 310 bal topladığı məlum olub. Bu zaman anası ilə oğlu arasında yenidən mübahisə yaranıb. Nəticədə N.Mirzəyev anasının tənqidlərindən bezərək avqustun 10-da axşam saatlarında tövlədə özünü asaraq intihar edib.

  • Soyğunçuluq yolu ilə 100 manat ələ keçirən Şirvan sakini tutulub

    Median.Az xəbər verir ki, Sabirabad RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 9-da rayon sakini E.Abdullayevin 100 manat pulunu soyğunçuluq yolu ilə ələ keçirən Şirvan şəhər sakini Tofəddin Səfərovu saxlayıblar.

    RPŞ İstintaq bölməsində CM-nin 180.1-ci (soygunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Qaraçuxurda avtobus aşıb, sürücü ölüb

    Median.Az xəbər verir ki, ötən gün saat 20 radələrində Qaraçuxur qəsəbəsində Bakı şəhər sakini Tarıyel Rəhimov 64 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusu dərəyə aşırıb.

    Avtobusda sərnişin olmayıb, sürücü xəstəxanaya aparılarkən yolda keçinib.

    Suraxanı RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Gədəbəydə “VAZ 2121” aşıb, sürücü ölüb

    Median.Az xəbər verir ki, avqustun 9-u saat 20 radələrində Gədəbəy rayonunun Novo-Saratovka kəndi ərazisində rayon sakini Məzahir Quliyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili aşırıb. Ağır xəsarət alan sürücü Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib.

    Gədəbəy RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda dəhşətli hadisə: universitet müəllimi özünü yandırdı

    Faktla bağlı araşdırma aparılır.

    Samux rayon sakini ağır dərəcəli yanıq xəsarətləri alıb.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qovlarsarı kəndində qeydə alınıb.

    Belə ki, həmin kəndin sakini, 1941-ci il təvəllüdlü Həsən Qəzənfər oğlu Yusifov üzəri alovlanmış vəziyyətdə yaşadığı evin həyətindən küçəyə çıxıb. Ətrafdakıların köməyi ilə alov söndürülüb və H.Yusifov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. H.Yusifovun özü-özünü yandırdığı ehtimal olunur.

    Onun kənd təsərrüfatı üzrə elmlər namizədi olduğu və əvvələr universitetlərin birində müəllim işlədiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Sumqayıtda mənzildə partlayış oldu – Ana ilə oğlu yaralandı

    Sumqayıtda mənzildə partlayış olub.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsində baş verib.

    Mənzildə olan 1962-ci il təvəllüdlü Qasımova Diba Qənbər qızı və oğlu 1982-ci il təvəllüdlü Qasımov Teymur Kamal oğlu yanıq xəsarətləri alıblar. Yaralılar dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıblar. Qadının vəziyyəti ağır olduğundan onu Bakı şəhər 5 Saylı xəstəxanaya göndəriblər.

    Xəstəxanadan bildirilib ki, qadın övladlarının istəyi ilə tam həkim nəzarətində olmaqla evə aparılıb. Hazırda vəziyyəti qənaətbəxşdir. Yanıq xəsarəti alan oğlu isə müayinə olunduqdan sonra buraxılıb.

    Faktla bağlı araşdırma aparılır.