Category: Hadisə

  • Azərbaycanda növbəti doğuş faciəsi – Körpə öldü

    Gəncə şəhərində körpə doğuş zamanı ölüb.

    Median.Az Report-a istinadən xəbər verir ki, hadisə Gəncə şəhərində yerləşən özəl klinikalardan birində baş verib.

    Gəncə şəhər sakini,1994-cü il təvəllüdlü Mahirə Mahir qızı Qarayevanın dünyaya gətirdiyi körpə doğuş zamanı ölüb. Körpənin ölüm səbəbi hələlik məlum deyil.

    Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Minaya düşüb ayağı kəsilən 14 yaşlı Elgünün FOTOSU

    Xəbər verdiyimiz kimi, Tovuz rayonunda iki dinc sakin minaya düşüb.

    Hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.
    Kənd sakini, 14 yaşlı Elgün Hüseynov mal-heyvan otararkən piyada əleyhinə minaya düşüb. Onu ərazidən çıxarmaq üçün köməyə gedən 24 yaşlı Elşad Mehdiyev də bədənin müxtəlif yerlərindən qəlpə yaraları alıb.

    Xəstəxanaya çatdırılan Elgün Hüseynovun sol ayağı və bədəninin qurşaqdan aşağı hissəsi amputasiya olunub. Elşad Mehdiyevin isə yüngül qəlpə yaraları ilə müalicəsi davam etdirilir.

    14 yaşlı Elgünün fotosunu təqdim edirik:
    /big.az

  • Şabranda piyadanı vurub, qaçan sürücü axtarılır

    Median.Az xəbər verir ki, avqustun 8-i gecə saat 03 radələrində Bakı-Quba yolunda, Sincanboyad kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Qorğan kənd sakini Rauf Hacıyev vurulub və nəticədə piyada hadisə yerində ölüb.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

  • Salyan rayonunda yol qəzasına bir nəfər ölüb

    Median.Az xəbər verir ki, avqustun 8-i səhər saat 6 radələrində Salyan rayonu ərazisində, Bakı şəhər sakini Vüsal Babayev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanmış eyni markalı avtomobilə vurub, sonra isə yaxınlıqda dayanmış avtomobilin sahibi, Lənkəran şəhər sakini Bəxtiyar Əzizova dəyib.

    Nəticədə B.Əzizov hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Balaxanıda “Tofaş” “Hyundai”a çırpılıb, sürücülər ölüb

    Median.Az xəbər verir ki, ötən gün saat 23 radələrində Balaxanı qəsəbəsində qəsəbə sakinləri Kamran Muradov idarə etdiyi “TOFAŞ” markalı avtomobili yolun kənarında dayanmış Ziya Dövlətovun idarə etdiyi “Hyundai HD” markalı avtomaşına vurub. Nəticədə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılan hər iki sürücü orada ölüb.

    Sabunçu RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda axşam çaxan ildırım dəhşətə SƏBƏB OLDU – Ölən var

    Ötən gün axşamdan əsən külək və yağışla müşayiət olunan şiddətl ildırım çaxması Neftçalada insan tələfatı ilə nəticələnib.

    Median.Az “virtualaz”a istinadən xəbər verir ki, ildırım çaxması nəticəsində ev sahibləri yuxuda olduğu zaman rayonun Şirvanlı qəsəbəsində həyətlərdən birinin üzərindən keçən yüksək gərginlikli elektrik xətti qırılaraq yerə düşüb.

    Səhər sübhdən bundan xəbərsiz yaşadıqları həyəti süpürən 38 yaşlı Aynurə İman qızı Əzimova yerə düşmüş elektrik xəttinə toxunduğu üçün onu elektrik cərəyanı vuraraq öldürüb.

    Hazırda hüquq-mühafziə orqanlarının əməkdaşları hadisə yerində araşdırmalara başlayıblar.

  • Neftçalada “VAZ 207” yolun kənarında dayanan piyadanı vurub

    Median.Az xəbər verir ki, ötən gün Xıllı qəsəbəsi ərazisində Salyan rayon sakini Rizvan Fərəcov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarında dayanmış Kürkənd kənd sakini Pirverdi Xanməmmədovu vurub. 

    Nəticədə Mərkəzi Rayon Xəstəxanasına çatdırılan piyada orada ölüb.

    Neftçala RPŞ tərəfindən araşdırma aparılır.

  • Qazaxda “OKA” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, avqustun 8-i gecə saat 1 radələrində 2-ci Şıxlı kəndi ərazisində rayon sakini Həmid Mustafayev idarə etdiyi “Oka” markalı avtomobillə yolu keçən kənd sakini Azad Abbasovu vurub, nəticədə piyada hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Abşeron rayonunda yol qəzasında 1 nəfər ölüb

    Median.Az xəbər verir ki, Abşeron rayonunda Sumqayıt şəhər sakinləri Beydulla Yunusovun idarə etdiyi “VAZ-21150” və Emin Həsənovun idarə etdiyi “Ford Tranzit” markalı avtomobillər toqquşub.

    Nəticədə “VAZ”-ın sürücüsü və sərnişini Zərifə Məhərrəmova müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıblar. Z.Məhərrəmova orada keçinib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda oteldə ölən ərəbin ölüm səbəbi bəlli oldu; cinsi fəaliyyəti artıran həblər və …

    Nərimanov rayonunda yerləşən “Caspian Business Otel”də İraq Respublikasının vətəndaşı dünyasını dəyişib. 1967-ci il təvəllüdlü Ammar Al Ce Cuborinin halı pisləşdiyindən otel rəhbərliyi təcili yardım çağırıb və Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq ərəbin təzyiqini aşağı sala bilməyiblər və 51 yaşlı əcnəbi dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə aparılıb.

    Median.Az xəbər verir ki, oteldən ölkə.az-a verilən açıqlamaya görə, Ammar Al Ce Cuborinin avqust ayının 3-dən turpaketlə İraqdan Azərbaycana turist kimi gəlib, ayın 10-da qayıtmalı idi:

    “Hadisə ötən gün axşam saat 18 radələrində baş verib, halı pisləşdi, bizə məlumat verdi, biz də təcili yardım çağırdıq, apardılar xəstəxanaya. Sonra məlumat gəldi ki, dünyasını dəyişib. Biz də ölüm faktı ilə bağlı nümayəndəliyə məlumat verdik. Ümumiyyətlə onun ölümünə ilkin səbəb kimi cinsi gücü artıran dərmanları həddindən artıq çox qəbul etməsidir, onun da üstündən enerji içkilərini içirlər. Bu zamanda ürəyin fəaliyyəti pozulur və belə hallar yaranır”.

    Faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırmalara başlanılıb.