Category: Hadisə

  • Bakıda 31 yaşlı gənc kirayədə qaldığı mənzildə intihar etdi – Borca görə

    Qaradağ rayonu, Sahil qəsəbəsində intihar faktı qeydə alınıb.

    Median.Az “ölkə.az”a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü İbişov Bayram Əsgər oğlu kirayədə qaldığı fərdi yaşayış evində özünü iplə asıb. Mərhumun meyitini qonşular aşkar ediblər.

    Hadisə yerinə gələn prokurorluq əməkdaşları araşdırmalar zamanı məlum ediblər ki, rayondan Bakıya işləməyə gələn Bayram fərdi əməklə məşğul olub, ancaq borcu olduğundan qazandığı pullarla onları ödəyə bilmirmiş. Elə bu səbəbdən də intihar yolunu seçib.

    Faktla bağlı Qaradağ rayon prokurorluğunda cinayət məcəlləsinin 125,9 ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

  • Daşkəsəndə bir nəfər süni göldə batıb – YENİLƏNİB

    Daşkəsən rayonu, Əmirvar kəndində süni göldə batan 1975-ci il təvəllüdlü İmamverdiyev Habil Əli oğlunun meyiti tapılıb.

    Onun cəsədi batdığı yerdən beş metr kənardan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.

    * * * * *

    Daşkəsəndə bir nəfər süni göldə batıb.

    Median.Az-ın FHN-nin saytına istinadən məlumatına görə, Daşkəsən rayonu, Əmirvar kəndində süni göldə 1975-ci il təvəllüdlü İmamverdiyev Habil Əli oğlu batıb.

    Dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

    Əlavə məlumat veriləcək.

  • Bakıda ərəb turist ölüb

    Bakıda ərəb turist dünyasını dəyişib.

    Nərimanov rayonu ərazisindəki “Caspian Business” hotelindən oxu.az-a bildiriblər ki, İraq vətəndaşı, 1967-ci il təvəllüdlü Ammar Ali Abed Al-Juvoorin vəziyyəti qəflətən pisləşib.

    O, təcili yardımla Respublika Kliniki Xəstəxanasına çatdırılsa da, orada ürək tutmasından dünyasını dəyişib.

    Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

  • Yevlax rayonunda “KİA” piyadanı vurub

    Median.Az xəbər verir ki, ötən gün saat 21 radələrində Yevlax rayonu ərazisində Bərdə rayon sakini Əlizamin Hüseynov idarə etdiyi “KİA” markalı avtomobillə rayon sakini Elçin Əliyevi vurub.

    Nəticədə ağır xəsarət alan piyada Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib.

    Faktla bağlı araşdırma aparılır.

  • Tovuzda 2 nəfər minaya düşdü

    Tovuzda 2 nÉfÉr minaya düÅdü

    Tovuz rayonunda iki nəfər mülki şəxs minaya düşüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinin rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində baş verib.

    Belə ki, həmin kəndin sakinləri, 24 yaşlı Mehdiyev Elşad Vidadi oğlu və 14 yaşlı Hüseynov Elgün Fərid oğlu minaya düşərək ağır bədən xəsarətləri alıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Qeyd edək ki, həmin ərazidə müvafiq nişanlar quraşdırılıb və əhaliyə həmin ərazilərə keçməmək barədə xəbərdarlıq edilib.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • Şəmkirdə yol qəzasında 2 nəfər ölüb

    Median.Az xəbər verir ki, Şəmkir rayonunun Düyərli kəndi ərazisində Bakı şəhər sakini Vüqar Vəliyevin idarə etdiyi “BMW” və Abşeron rayon sakini Mais Mirzəyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub.

    Nəticədə M.Mirzəyev və sərnişini Rəsul Əliyev hadisə yerində ölüblər, daha bir sərnişini, həmçinin digər sürücü Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • 71 yaşlı kişi özünü binadan atdı – İNTİHARA CƏHD

    Sumqayıt şəhərində 71 yaşlı kişi intihara cəhd edib.

    Median.Az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayon ərazisində baş verib.

    Belə ki, şəhər sakini, 1947-ci il təvəllüdlü Xamoğlan Hümbət oğlu Cəfərov özünü yaşadığı binanaın 4-cü mərtəbəsindən ataraq intihara cəhd edib. Ağır bədən xəsarətləri alan X.Cəfərov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

    Hazırda baş vermiş hadisənin səbəbləri araşdırılır.

  • Sumqayıtda mənzildən meyit tapıldı

    Sumqayıt şəhərində mənzildən meyit tapılıb.

    Median.Az FHN-nin saytına istinadən xəbər verir ki, bir qadın mənzildə bağlı qapı arxasında köməksiz qalıb.

    Hadisə yerinə cəlb olunmuş müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1930-cu il təvəllüdlü İbrahimova Şamama Mehdi qızının cəsədini aidiyyəti üzrə təhvil veriblər.

  • Bakı-Xudat marşrutu aşdı

    Bakı-Xudat marşrut avtobusu Zarat kəndi ərazisində (81-ci kilometr) idarəetməni itirərək, yol kənarına aşıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, nəticədə bir neçə nəfər yaralansa da bəziləri tibbi yardımdan imtina edib. Sərnişin 1970-ci il təvəllüdlü İlqar Axundova ilkin tibbi yardım göstərilib, Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

    Faktla bağlı BDYPİ-ndə araşdırma aparılır.

  • Lənkəranda ana və körpəsi öldü

    Lənkəranda doğuş zamanı körpə və ana ölüb.

    Bunu oxu.az-a açıqlamasında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Əbülfət Məmmədov deyib.

    Onun sözlərinə görə, Lerik rayon sakini, 1983-cü il təvəllüdlü Sadıqova Elnarə bu gün doğum şöbəsində vəfat edib.

    Əbülfət Məmmədov qeyd edib ki, qadın qanaxmadan dünyasın dəyişib:

    “Dünən ana ölü oğlan uşağı dünyaya gətirib. Bu gün isə səhər saat 09:00 radələrində özü vəfat edib”.

    Faktla bağlı araşdırma aparılır.