
Bu səhər Bakı Beynəlxalaq Avtovağzalında bədbəxt hadisə baş verib.
Faktor.az xəbər verir ki, ortayaşlı kişi ürəktutmasından vəfat edib.
Hadisə yerinə təciliyardım briqadası yetişsə də, şəxsi həyata qaytarmaq mümkün olmayıb.

Bu səhər Bakı Beynəlxalaq Avtovağzalında bədbəxt hadisə baş verib.
Faktor.az xəbər verir ki, ortayaşlı kişi ürəktutmasından vəfat edib.
Hadisə yerinə təciliyardım briqadası yetişsə də, şəxsi həyata qaytarmaq mümkün olmayıb.

Bakıda qadın intihara cəhd edib.
Median.Az “Report”a istinadən xəbər verir ki, Sabunçu rayon sakini 36 yaşlı Ç.T. Dənizkənarı Milli Parkda, Saat qülləsinin yaxınlığında özünü dənizə atıb. Qadın polis və Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları tərəfindən dənizdən çıxarılıb. Ç.T. polisə izahatında analığı ilə mübahisədən sonra intihar etməyə qərar verdiyini bildirib.
Median.Az xəbər verir ki, Mərkəzi Rayon Xəstəxanasına odlu silah yarası Hazırəhmədli kənd sakini Emil Rəfiyev daxil olub və əməlliyyat olunub.
Onun həyatı xilas edilib.
Araşdırmaya başlayan Goranboy RPŞ-nin əməkdaşlarına məlum olub ku, E.Rəfiyev tüfənglə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən qarın nahiyəsindən xəsarət alıb.
Hadisə yerinə baxış zamanı, oradan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.
Araşdırma davam edir.

Median.Az xəbər verir ki, Qusar rayonunun Xuray kəndi ərazisində kənd sakini Novruz Babayev idarə etdiyi “Opel” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü hadisə yerində keçinib, daha 3 nəfər müxtəlif xəsarətlərlə Mərkəzi Rayon Xəstəxanaya yerləşdiriliblər.
Qusar RPŞ tərəfindən araşdırma aparılır.

Median.Az xəbər verir ki, avqustun 3-nə keçən gecə Udulu Tava kəndi ərazisində kənd sakini Xəyyam Abuzərov idarə etdiyi “KİA” markalı avtomobili aşırıb.
Nəticədə 4 sərnişin Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, onlardan biri – Vüsal İsifov orada ölüb.
Hacıqabul RPŞ-də faktla bağlı araşdırma aparılır.

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Bunu oxu.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, hadisə dünən Sabunçu rayonu, Balaxanı-Mehdiabad yolunda qeydə alınıb:
“MAN markalı, “90JK-960” dövlət qeydiyyat nişanlı zibildaşıyan maşın, “Mitsubishi” markalı, “90-TT-928” dövlət qeydiyyat nişanlı və “Volkswagen” markalı, “90-LF-821” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib”.
Rüfət Quliyev qeyd edib ki, hadisə nəticəsində dörd nəfər müxtəlif bədən xəsarəti alıb:
“Faktla bağlı hazırda araşdırma aparılır”.
Qeyd edək ki, maşınlardan biri yararsız hala düşüb.

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.
Median.Az-ın Report-a istinadən xəbərinə görə, hadisə magistral şosenin piyadaların istifadəsi üçün nəzərdə tutulmayan hissəsində baş verib.
26 yaşlı Ağayeva Vüsalə Nazim qızı yol qovşağının altından digər tərəfə keçmək istəyərkən onu naməlum markalı avtomobil vurub.
Ağır xəsarət alan V.Ağayeva hadisə şahidlərinin köməyi ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, piyada aqonal vəziyyətdə qəbul edilib. Həkimlərin səyinə baxmayaraq, o, dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Hazırda hadisənin hansı şəraitdə baş verməsi, qəzanı kimin törətdiyi araşdırılır.

Nəsimi rayon Məhkəməsində Qismət Sultanovun CM-nin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, məhkəmənin hökmü ilə Q.Sultanova şərti cəza verilib və o, iclas zalından azadlığa buraxılıb.
Xatırladaq ki, insident bu ilin fevral ayında baş verib. Nəsimi rayonunda binaların birində elektrik enerjisinin kəsilməsinə görə, orada yaşayan Q.Sultanov komendantın köşkünə bıçaqla hücum çəkib. Hadisənin videosu binada yaşayan sakinlərdən biri tərəfindən çəkilib, sosial şəbəkədə paylaşılıb. Hadisə ilə əlaqədar cinsi azlığın nümayəndəsi, “Səbinə” adı ilə tanınan Qismət Sultanov Nəsimi RPİ 19-cu polis bölməsinə dəvət olunub və izahatı alınıb. Zərərçəkmiş şəxslə barışdığından o sərbəst buraxılıb. Mətbuata açıqlama verən Q.Sultanov bildirib ki, komendanta hücum etməsinin səbəbi sadəcə elektrik enerjisinin dayandırılması olmayıb. Onun sözlərinə görə, komendant onun həmin binada yaşamağını istəməyib.
Lakin bir müddətdən sonra cinsi azlığın nümayəndəsi barəsində CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanılıb, rayon məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib və o, Bakı İstintaq Təcridxanasına köçürülüb.
Türkiyənin Aydın vilayətində uzun müddətdir depressiyada olduğu deyilən 16 yaşlı Beyza, bağda özünü ağacdan asaraq intihar edib.
Median.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisə saat 18.00 radələrində qeydə alınıb.
Gənc qızın cansız bədənini görən məhəllə sakinləri dərhal polisə məlumat veriblər.
Qızlarının ölüm xəbərini alaraq olay yerinə gələn atası Mustafa E. və yaxınları isə şoka düşüblər.
Polis araşdırma aparır.

Goranboyda güllələnmənin səbəbi məlum olub.
Hadisə ehtiyatsızlıqdan baş verib.
Rayonun Hazırəhmədli kənd sakini, 1983-cüil təvəllüdlü Rəfiyev Emil İlqar oğlu özünə məxsus qarğıdalı sahəsində olan itləri qovmaq üçün tüfəngdən atəş açıb. Həmin vaxt açılan güllə onun özünə istiqamətlənib.
Kənd sakini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
* * * * *
Goranboyda güllələnmə olub.
Median.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Hazırəhmədli kəndində baş verib.
Kənd sakini, 1983-cüil təvəllüdlü Rəfiyev Emil İlqar oğlu qarın nahiyəsinin odlu silah yarası ilə xəstəxanaya yerləşdirilib.
Vəziyyətinin orta ağır olduğu bildirilir. E. Rəfiyevin kim tərəfindən güllələndiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.