Category: Hadisə

  • Mingəçevirdə ana və qızı dəm qazından zəhərləndi

    Mingəçevirdə bir ailənin iki üzvü dəm qazından zəhərlənib.

    “Unikal”ın məlumatlna görə, hadisə Heydər Əliyev prospektində yerləşən keçmiş köçkün şəhərciyində baş verib. 1935-ci il təvəllüdlü Nabat İsmayılova və 1973-cü il təvəllüdlü qızı Mədinə İsmayılova yaşadıqları mənzildə dəm qazından zəhərləniblər.

    Hər iki şəxs xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Monteneqroda azərbaycanlı gənc qəzada öldü

    Monteneqroda baş verən yol-nəqliyyat hadisəsində 26 yaşlı Azərbaycan vətəndaşı Tarıverdi Nağıyev dünyasını dəyişib.

    Bu barədə yerli mətbuatda məlumat verilib.

    Məlumata görə, hadisə dünən axşam Sliepats şəhərinin yaxınlığında baş verib.

    Xəbərdə bildirilir ki, azərbaycanlı sürücünün idarə etdiyi “Audi A6” markalı avtomobil səkiyə çırpılıb.

    Xilasedicilər Azərbaycan vətəndaşını nəqliyyat vasitəsindən çıxarıblar. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan gənc sürücünün həyatını xilas etmək mümkün olmayıb.//oxu.az

  • Qaradağda baş verən qəzada xəsarət alan şəxslərin vəziyyəti AÇIQLANDI

    Bakı şəhəri, Qaradağ rayonu ərazisində iki avtobusun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

    Kliniki Tibbi Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, beş nəfərin müalicəsi tibbi müəssisədə davam etdirilir:

    “Dekabrın 25-i saat 09:00-da Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 11 nəfərdən (4-ü qadın, 7-si kişi) 5 nəfərin müalicəsi tibbi müəssisəsində davam etdirilir.

    Onlardan 2 nəfərin vəziyyəti ağır, 3 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.

    6 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb”.

    Xatırladaq ki, ötən gün baş verən hadisə nəticəsində “Isuzu” markalı avtobus qarşıda gedən “Mercedes” markalı avtobusla toqquşub. “Mercedes” markalı avtobusda olan sərnişinlərdən 2 nəfər hadisə yerində həyatını itirib.

  • Sumqayıtda yaşayış binasında yanğın – Xəsarət alan var

    Sumqayıtda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, şəhərdə doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 90 m² olan 4 otaqlı mənzilin dəhlizinin yanar konstruksiyaları 15 m² sahədə yanıb.

    Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb, yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib və tüstülənmiş mənzillərdən 9 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Qəbələdə qəza – Xəsarət alanlar var

    Qəbələ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Soltannuxa kəndi ərazisində qeydə alınıb.

    1956-cı il təvəllüdlü Aydın Xasəmmədovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillə 1959-cu il təvəllüdlü Bəxtiyar Gəncimovun idarə etdiyi “Toyota” markalı avtomobillə toqquşub.

    Hadisə nəticəsində hər iki sürücü xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda kirayənişin dəm qazından boğulub

    Bakıda kirayənişin dəm qazından boğulub.

    Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Ü.Əkbərov küçəsində baş verib.

    Həmin ünvanda kirayə yaşayan Faiq Yusif oğlu Muradov evin həyətində yerləşən hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Xəzər rayonunda qadın dəm qazından zəhərlənərək ölüb

    Bakıda qadın dəm qazından zəhərlənərək ölüb.

    Xəzər rayonu Binə qəsəbəsi, Qardaşxan küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Xəyalə Asif qızı Qasımova yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.

    Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
    //oxu.az

  • Bakıda sərnişin avtobusu qəzaya uğradı: Ölənlər və yaralananlar var

    Paytaxtın Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

    Median.Az
    xəbər verir ki, bu gün səhər saatlarında baş verən hadisə zamanı iki nəfər ölüb.

    Hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, dekabrın 25-də saat 9:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış qeydə alınıb.

    Qeyd olunub ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb edilib:

    “Hadisə yerində xəsarət alan 9 nəfərə (4 qadın, 4 kişi və bir uşaq) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və onlar Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunublar. İki nəfərin (kişi və qadın) həkiməqədər ölüm faktı qeydə alınıb”.

  • 3 yaşlı uşaq maşında yanaraq öldü – Siyəzəndə faciə

    Siyəzəndə 3 yaşlı uşaq avtomobildə yanaraq ölüb.

    “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Böyük Həmyə kəndində qeydə alınıb.

    Məlumata görə, kənd sakini Hüseynağa Bağırova məxsus “VAZ-2107” markalı minik avtomobilində qəfil yanğın baş verib. Nəticədə maşının salonunda olan 3 yaşlı Seyfəl Bağırlı yanaraq həyatını itirib.

    İlkin məlumata görə, hadisə ata avtomobili təmir edərkən baş verib. Belə ki, azyaşlı atasının yanında olub və təmir prosesi zamanı avtomobilin salonuna daxil olaraq orada oturub. Hüseynağa Bağırov qısa müddətlik işini yarımçıq qoyaraq oradan uzaqlaşıb, geri qayıtdıqda isə nəqliyyat vasitəsindən tüstü çıxdığını görüb.

    Atası uşağı xilas etmək məqsədilə dərhal avtomobilin qapısını açsa da, alov daha da güclənib. Nəticədə alovun içində qalan 3 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda tanınmış alim vəfat etdi

    Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.

    Bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb.

    Alim 62 yaşında ürəktutmadan dünyasını dəyişib.

    Qeyd edək ki, 1963-cü ildə Qazax rayonunda anadan olub.