Category: Hadisə

  • Qusarda üç uşaq anası intihar etdi

    Qusar rayonunda üç uşaq anası intihar edib.

    Median.Az-ın Report-a istinadla verdiyi məlumata görə, rayonun Köhnə Xudat kənd sakini, 1952-ci il təvəllüdlü Təranə Hüseynova özünü su ilə dolu hovuza ataraq intihar edib.

    Qadının meyiti yaxınları tərəfindən hovuzda aşkar edilib.

    Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Şəmkirdə dəhşət: Kişi özünü qatarın altına atdı

    Şəmkirdə 57 yaşlı kişi intihar edib.

    Median.Az Report-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında, rayonun Zəyəm kənd ərazisindən keçən dəmiryolu xəttində baş verib.

    Şəmkir rayon sakini, 1961-ci il təvəllüdlü Tahir Məsim oğlu Həsənov özünü qatarın altına ataraq intihar edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanlı xanəndələr qəzada öldülər – Foto

    2015-ci ildə təşkil edilən “Televiziya Muğam Müsabiqəsi”nin iştirakçıları Miryusif Mirizadə (29) və Novruz Hüseynov (28) Ağcabədi-Bərdə yolunda qəzaya düşüblər.

    Milli.Az-ın əldə etdiyi məlumata görə, hər iki gənc xanəndə dəhşətli qəza zamanı həlak olublar.


  • Hacıqabulda yol qəzasında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb

    Median.Az xəbər verir ki, iyulun 31-i saat 19 radələrində Hacıqabul rayonunun Qarasu kəndi ərazisində Bakı şəhər sakini Müşfiq Əliyev idarə etdiyi “BMW” markalı avtomobili yolun kənarında dayanmış Şəmkir rayon sakini Ruslan Məmmədova məxsus “KamAZ” markalı avtomaşına çırpıb.

    Nəticədə “BMW” markalı avtomobilin sərnişinləri – sürücünü arvadı Səmayə Əliyeva, qardaşının arvadı Xatirə Əliyeva və onun oğlu Rizvan hadisə yerində ölüblər, Müşfiq Əliyev və daha 3 sərnişini isə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən faktla bağlı araşdırma aparılır.

  • Ağstafa sakinini ildırım vurub öldürdü – YENİLƏNİB

    İldırım vuran Afstafa sakininin kimliyi bəlli olub.

    Median.Az-ın APA-ya verdiyi məlumata görə, bu, rayonun Köçəsgər kənd sakini, 1964-cü il təvəllüdlü Yusubov Yusif Səfər oğludur.

    Ağstafa rayon Prokurorluğundan bildirilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

    * * * * *

    Ağstafa rayonunda ildırım kişini vuraraq öldürüb.

    Median.Az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Köçəsgər kəndində baş verib.

    Hazırda ölənin şəxsiyyəti müəyyənləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Hacıqabulda ana doğuşdan sonra ölüb

    Hacıqabulda uşaq dünyaya gətirən ana vəfat edib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Bakı sakini, 1978-ci il təvəllüdlü Kərimova Yeganə Məhəbbət qızı Hacıqabulda doğum evində uşaq dünyaya gətirib.

    Doğuşdan sonra qadının halı pisləşib. Y.Kərimova Şirvan Şəhər Xəstəxanasına çatdırılarkən yolda keçinib.

    Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

  • Bakıda 2 nəfər avtomobillərin vurulması nəticəsində ölüb

    Median.Az xəbər verir ki, Xəzər rayonunun Qala qəsəbəsində Bakı şəhər sakini İbadulla Yusifzadə idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Kəngərli rayon sakini Yaşar Ələkbərovu vurub, nəticədə piyada hadisə yerində ölüb.

    Bundan başqa, Yasamal rayonunun Mətbuat prospektində Bakı şəhər sakini Fərhad Vəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə, yolun kənarında təmizlik işləri aparan Mənzil Kommunal İstismar sahəsinin (MKİS) işçisi Telli Babayevanı vurub. Xəstəxanaya çatdırılmış qadın orada keçinib.

    Faktlarla bağlı araşdırma aparılır.

  • “Caspian Plaza” yanır – VİDEO

    “Caspian Plaza” biznes mərkəzinin 8 və 9-cu mərtəbələrində yanğın başlayıb.

    Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb edilib.

    Binada işləyənlər ofislərdən çıxarılıb.

  • Xaçmazda yol qəzasında 3 nəfər ölüb

    Median.Az xəbər verir ki, Xaçmaz rayonunun Yalama kəndi ərazisində Sumqayıt şəhər sakini Müşfiq Əlirzayevin idarə etdiyi “BMW” markalı və Qusar rayon sakini Vadim Balayevin idarə etdiyi “VAZ 21193” markalı avtomobillər toqquşub.

    Nəticədə V.Balayev hadisə yerində ölüb, onun sərnişinləri – Simran Sərkərov, Qorxmaz Musayev, Nəcəf Babayev, habelə M.Əlirzayev Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. S.Sərkərov və N.Babayev orada keçiniblər.

    Xaçmaz RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • İmişlidə yol qəzalarında 2 nəfər ölüb, 8 nəfər yaralanıb

    Median.Az xəbər verir ki, İmişli rayonunun Xoşçobanlı kəndində şəhər sakini Savalan Bayramovun idarə etdiyi “MTZ-80” markalı traktorla Saatlı rayon sakini Eldar Hüseynovun idarə etdiyi “VAZ 21061” markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü və “VAZ”-ın üç sərnişini Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, onlardan biri- Məlahət Allahverdiyev orada ölüb.

    Bundan başqa, İmişli rayonunun Yuxarı Qaralar kəndində naməlum sürücü idarə etdiyi “Renault” markalı avtomobili aşırıb. Nəticəsə avtomobildə olan beş nəfər xəstəxanaya çatdırılıb, onlardan biri – Qiyas Əzizov orada keçinib.

    RPŞ-də faktlarla bağlı araşdırma aparılır.